AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aİ Ukraynaya hərbi yardım üçün 4,9 milyard avro ayırıb

27.10.2026 [00:03]

Bakı, 27 oktyabr, AZƏRTAC

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya dəstək məqsədilə Avropa Sülh Fondu (EPF) çərçivəsində 4,9 milyard avro vəsait ayrılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ Şurasının bəyanatında bildirilib.
Vəsaitin 4,7 milyard avrosu üzv dövlətlərin Ukraynaya göstərdikləri hərbi yardımın xərclərinin ödənilməsinə, 230 milyon avrosu isə Aİ-nin Ukraynaya Hərbi Yardım Missiyasının (EUMAM Ukraine) maliyyələşdirilməsinə yönəldiləcək.
Qərarlar, həmçinin Ukraynaya 1 milyard avro dəyərində yeni hərbi yardım göstərilməsini və 2027-ci ildə hərbi təlim missiyasının gücləndirilməsini nəzərdə tutan 6,6 milyard avroluq siyasi razılaşmanın həyata keçirilməsinin bir hissəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az