Bakı, 27 oktyabr, AZƏRTAC
Futbol üzrə Türkiyə Superliqasında IX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun bağlanış oyunu İstanbul derbisi ilə əlamətdar olub.
Prinsipial qarşılaşmada “Qalatasaray” və “Fənərbağça” komandaları üz-üzə gəliblər. “Rams Park” stadionunda keçirilən görüş ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qalatasaray"ın heyətində Viktor Osimhen dubl edib. "Fənərbağça"nın yeganə qolunu isə İrfan Can Kahveçi vurub.
Bu nəticədən sonra turnir cədvəlində “Qalatasaray” 22 xalla liderliyə yüksəlib, “Fənərbağça” isə 16 xalla 4-cü pilləyə geriləyib.
Qeyd edək ki, günün digər matçlarında “Beşiktaş” “Başakşəhər”i 2:0, “Trabzonspor” isə “Rizəspor”u 4:3 hesabı ilə məğlub edib.