AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır

27.10.2026 [09:24]

Bakı, 27 oktyabr, AZƏRTAC

Almaniya Bundesverinin xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün hərbi münaqişəyə hazırlıq məqsədilə təlimlər keçirir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild” qəzeti briqada komandiri Andreas Kühneyə istinadla məlumat yayıb.
Komandirin sözlərinə görə, təlimlər genişmiqyaslı əməliyyatların aparılmasını, tanklara, artilleriyaya, dronlara və elektron müharibə sistemlərinə qarşı mübarizəni, eləcə də sərt soyuq şəraitdə fəaliyyət göstərməyi əhatə edir.
Nəşrin məlumatına görə, bölmənin şəxsi heyəti təxminən 1,5 min nəfərdir. Onların yalnız üçdə biri xüsusi təyinatlı hərbçilərdir. Heyətlə təminat səviyyəsi isə 70-80 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az