Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycanı CEV Çelenc Kubokunda təmsil edən qadın voleybolçulardan ibarət “DH Volley” klubu bu gün avrokuboklarda ilk oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, komanda 1/32 final mərhələsində Danimarkanın “Holte” klubu ilə üz-üzə gələcək. Danimarkada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu noyabrın 5-də Bakıda təşkil olunacaq.