AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Araz-Naxçıvan” futzal klubu Çempionlar Liqasında mübarizəyə başlayır

27.10.2026 [10:21]

Bakı, 27 oktyabr, AZƏRTAC

“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin ilk matçında Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.
Polşadakı “Prezero Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, V qrupda yer alan "Araz-Naxçıvan" oktyabrın 28-də Bosniya və Herseqovinanın "Buba Mara", 30-da isə Polşanın "Pyast" komandaları ilə qarşılaşacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az