AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsraildə parlament seçkiləri keçirilir

27.10.2026 [10:32]

Bakı, 27 oktyabr, AZƏRTAC
İsraildə parlament seçkilərində səsvermə başlayıb. Seçkilərin nəticələrinin Baş nazir Benyamin Netanyahunun siyasi gələcəyinə və ölkədə hakimiyyət bölgüsünə təsir göstərəcəyi gözlənilir.
AZƏRTAC İsrailin TPS-IL mətbuat xidmətinə istinadla xəbər verir ki, son sorğular keçmiş hərbi rəis Qadi Eisenkotun rəhbərlik etdiyi mərkəzçi Yaşar Partiyasının və Netanyahunun Likud Partiyasının aparıcı siyasi qüvvələr sırasında olduğunu göstərib.
Səsvermə yerli vaxtla saat 07:00-da başlayıb. Seçkilərin nəticələri partiyaların parlamentdə əldə edəcəyi yerlərin sayını və yeni hökumətin formalaşdırılması imkanlarını müəyyənləşdirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az