Bakı, 27 oktyabr, AZƏRTAC
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) müxtəlif təhsil layihələri çərçivəsində bu günədək 11 min 408 məzun hazırlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda infosessiyanın açılışında deyib.
R.Bayramov qeyd edib ki, son bir il ərzində təqaüd proqramları üzrə 10 min 491 nəfər məzun olub, olimpiada və müsabiqələrdə 29 min 780 nəfər iştirak edib, 10 beynəlxalq tərəfdaş ilə əməkdaşlıq qurulub. Bu məzunlar arasında 72 faiz məşğulluq göstəricisi var. Həmçinin Azərbaycanda 315 nəfər rəhbər şəxs Rəqəmsal Akademiyanın məzunu olub. Bu tərəfdaşlar sırasında “Holberton School”, “StrategEast”, EPAM, “Andersen”, “Cisco” kimi şirkətlər yer alır”.
Müxbir - Pərvanə Qafarova