Bakı, 27 oktyabr, AZƏRTAC
“Sabah" basketbol komandası bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu müntəzəm mövsümün III turunda Fransanın "Nanter" klubu ilə üz-üzə gələcək.
Milli Gimnastika Arenasında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” əvvəlki iki turda Litvanın "Ritas" klubuna 73:82 və Türkiyənin "Trabzonspor" komandasına 83:100 hesabları ilə uduzub.