AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT Baş katibinin müavini: Forumun mövzusu müasir reallığı tam əks etdirir

27.10.2026 [10:41]

Bakı, 27 oktyabr, AZƏRTAC

Yenidən Bakıda olmaqdan çox məmnunam. Bizi bir daha Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bir araya gətirdiyi üçün Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində deyib.
O qeyd edib ki, bu il yeddinci forumun keçirilməsi 2011-ci ildə ilk Ümumdünya Forumunun təsis olunmasının 15 illik yubileyinə təsadüf edir. "Bu 15 il ərzində geosiyasi mənzərə kökündən dəyişib. Bununla belə, dialoqa olan ehtiyac heç də azalmayıb. O, hədsiz dərəcədə aktual olub. Bu forumun mövzusu müasir reallığı tam əks etdirir".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az