AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mədəni sahibkarlıq və “yumşaq güc”: VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda növbəti panel

27.10.2026 [10:42]

Bakı, 27 oktyabr, AZƏRTAC
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “GEC+Baku”: Yaradıcı sənayelər” adlı beynəlxalq tədbirin növbəti paneli “Sərhədləri aşan yaradıcı və mədəni sahibkarlıq: “yumşaq güc” mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sessiyada yaradıcı şəhərlərin sahibkarlar, investorlar və bu sahənin mütəxəssisləri üçün cəlbediciliyini şərtləndirən amillər, yaradıcı sənayelərin beynəlxalq səfərlərin, tərəfdaşlıqların və investisiyaların təşviqində rolu ətrafında müzakirə aparılıb.
Paneldə, həmçinin şəhərlərarası səfərlərin sadə insanlar, biznes subyektləri, qurumlar və bazarlar arasında davamlı əlaqələrə çevrilməsi imkanlarına diqqət yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az