AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır VİDEO

27.10.2026 [10:46]

Bakı, 27 oktyabr, AZƏRTAC

İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az