Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan cüdoçuları İordaniyanın paytaxtı Ammanda keçiriləcək gənclər arasında Asiya Kubokunda iştirak edəcəklər.
Cüdo Federasiyasından AZƏRTAC-a bildirilib ki, beynəlxalq yarışda Azərbaycanı dörd çəki dərəcəsində beş idmançı təmsil edəcək. Heyətdə Gülşən Hüseynova və Gülgəz Musayeva (hər ikisi 48 kiloqram), Çinarə Sadıqova (52 kiloqram), Aytən Verdiyeva (57 kiloqram) və Ayan Əliyeva (63 kiloqram) yer alıblar.
İdmançılar yarışda gənc qızlardan ibarət millinin böyük məşqçisi Saşa Herkenrat-Vimar və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında çıxış edəcəklər.
Oktyabrın 31-dən noyabrın 1-dək təşkil olunacaq Asiya Kubokunda 19 ölkədən 140 cüdoçu mübarizə aparacaq.