AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İRİA: 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir

27.10.2026 [10:56]

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycanda rəqəmsal savadlılığın artırılması istiqamətində işlər görülür. Hazırda ölkədə əhali arasında rəqəmsal savadlılıq 25 faiz təşkil edir. 2030-cu ilədək əhalinin rəqəmsal savadlılığının 70 faizə çatdırılması hədəflənir.
AZƏRTAC xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal səriştələrin inkişafı departamentinin müdiri Vüsalə Qurbanova deyib.
Onun sözlərinə görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) 2026-cı il Qlobal İnnovasiya İndeksində Azərbaycan 139 ölkə arasında 85-ci yerdə qərarlaşıb. O, rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini vurğulayaraq qeyd edib ki, son illərdə bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilib.
Vüsalə Qurbanova bildirib ki, rəqəmsal bacarıqların inkişafı, əhalinin rəqəmsal xidmətlərdən istifadəsinin genişləndirilməsi və beynəlxalq proqramlarda iştirak bu sahədə diqqət yetirilən əsas istiqamətlərdəndir.

Müxbir - Pərvanə Qafarova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az