AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təhlükəli malların bazardan geri çağırılması və məhv edilməsi qaydaları müəyyənləşir

27.10.2026 [11:21]

Bakı, 27 oktyabr, AZƏRTAC

“Texniki tənzimləmə haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin oktyabrın 27-də keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AZƏRTAC xəbər verir ki, qanun layihəsinə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu mallarla bağlı yeni müddəa əlavə edilir.
Belə ki, həmin malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqləyəcəyi qaydalara uyğun həyata keçiriləcək.
Dəyişiklik “Texniki tənzimləmə haqqında” Qanuna 15.5-ci maddənin əlavə edilməsini nəzərdə tutur.

Fotoqraf - Aydın Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az