AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində ölən və yaralananlar var

27.10.2026 [11:23]

Moskva, 27 oktyabr, AZƏRTAC

Rusiyanın Bryansk vilayətinə dron hücumu nəticəsində bir nəfərin öldüyü, 6 mülki şəxsin yaralandığı bildirilir.
AZƏRTAC xəbər verir ki, regional hakimiyyət orqanlarının məlumatına görə, vilayətin Bejitsk rayonunda pilotsuz uçuş aparatından atılan partlayıcı qurğu bir kişinin ölümünə səbəb olub.
Vilayətin qubernatoru Yeqor Kovalçuk bildirib ki, həmin şəxsin aşkar etdiyi içərisində partlayıcı maddə olan boru şəklində əşya partlayıb. Rusiya Müdafiə Nazirliyinin pirotexnikləri hadisə yerində işləyirlər.
İlkin məlumatlara görə, şəhərin Sovetski rayonunda altı nəfər yaralanıb. Hücum nəticəsində üç çoxmənzilli bina və 11 avtomobilə ziyan dəyib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az