AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi bəlli olub

27.10.2026 [11:27]

Bakı, 27 oktyabr, AZƏRTAC
“Gəncə” basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisinə türkiyəli mütəxəssis Murad Dikmen rəhbərlik edəcək.
Təcrübəli məşqçi Azərbaycan basketboluna tanış simadır. O, "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və ölkə kubokunun gümüş medallarını qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az