AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vətən müharibəsi şəhidi Ruslan Binnətovun ailəsi ziyarət edilib

27.10.2026 [11:33]

Bakı, 27 oktyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin əməkdaşları Vətən müharibəsinin altıncı ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidi Ruslan Rafiq oğlu Binnətovun ailəsini ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Bildirilib ki, Göygöl rayonunun Haçaqaya kəndində anadan olan Ruslan Binnətov Vətən müharibəsi zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları, eləcə də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Görüş zamanı şəhidin xatirəsi ehtiramla yad edilib, xidmətin əməkdaşları ailə üzvlərinin qayğı və problemləri ilə maraqlanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az