AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda turizm sahəsində GİS sistemi fəaliyyətə başlayacaqdır

17.01.2011 [14:37]

Bakı, 17 yanvar (AzərTAc). Azərbaycanın “Sinam” informasiya texnologiyaları şirkəti turizm sahəsində geoinformasiya sisteminin (GİS-sistem) yaradılması üzrə işləri başa çatdırır.
Sistem yaxın bir neçə həftə ərzində tam fəaliyyətə başlayacaqdır.
Geoinformasiya layihəsi çərçivəsində istifadəçilər ölkəmizin ərazisindəki turizm obyektləri barədə məlumat əldə edəcəklər.
Şirkətdən AzərTAc-a bildirmişlər ki, layihədə qlobal mövqe sistemi (Global Position System - GPS) fəaliyyət göstərəcək, turizm obyektləri GPS sistemi ilə təchiz olunacaqlar. Bu, həmin yerlərin koordinatlarını dəqiq müəyyən etməyə imkan verəcəkdir.
Hazırda GİS sistemindən hərbi, ekologiya, kənd təsərrüfatı, tikinti, faydalı qazıntıların işlənməsi və hasilatı kimi sahələrdə istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az