AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai rayonuna içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır VİDEO

27.01.2014 [16:48]

Bakı, 27 yanvar (AzərTAc). İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması məqsədi ilə “+110 Şərq” su anbarının çıxış xətti üzərində “Krohne” elektromaqnit tipli su sayğacı quraşdırılır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar yanvarın 28-də Xətai rayonun M.Hadi, X.Məmmədov, Vunqtau küçələrinə və Gəncə prospektinə içməli suyun verilməsində gün ərzində məhdudiyyətlər olacaqdır.
Yarana biləcək narahatlığa görə “Azərsu” ASC abonentlərdən üzr istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az