AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət “Atasport” komandası klublararası Avropa çempionatının bürünc medalını qazanmışdır

11.06.2014 [19:04]

Bakı, 11 iyun (AzərTAc). Azərbaycanın kişi otüstü xokkeyçilərdən ibarət “Atasport” komandası klublararası Avropa çempionatında iştirakını yekunlaşdırmışdır.
AzərTAc xəbər verir ki, bu mövsümdən “Trofi” divizionunda debüt edən “Atasport” komandası İtaliyanın Kagliari şəhərində üçüncü yer uğrunda görüşdə yerli “Amsikora” kollektivi ilə qarşılaşmışdır.
Rəqibini 4:0 hesabı ilə məğlub edən “Atasport” klublararası Avropa çempionatının bürünc medalına sahib olmuşdur. Komandamızın heyətində Kasif Ali het-trik etmiş, Şahbaz Ali isə bir dəfə fərqlənmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az