AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gənc vokalçı yenidən “Koroğlu” obrazını canlandıracaq VİDEO

19.08.2014 [14:45]

Bakı, 19 avqust (AzərTAc). Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq.
AzərTAc xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq tamaşada Koroğlu rolunu gənc vokalçı Ramil Qasımov ifa edəcək.
Tamaşada Həsən xan rolunu Xalq Artisti Şahlar Quliyev, Nigar obrazını isə İlahə Əfəndiyeva canlandıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az