AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə hərbi parad keçirilib VİDEO

09.05.2016 [13:33]

Moskva, 9 may, AZƏRTAC

Böyük Vətən müharibəsində Qələbənin 71-ci ildönümü münasibətilə mayın 9-da Moskvada, Qızıl meydanda hərbi parad təşkil olunub.
Paradda Rusiya silahlı qüvvələrinin 10 mindən çox hərbi qulluqçusu, 135 hərbi texnika iştirak edib. Moskva səmasından 71 hərbi təyyarə və helikopterin uçuşu həyata keçirilib.
Hərbi paradı Rusiya müdafiə naziri Sergey Şoyqu qəbul edib. Rusiya Prezidenti Vladimir Putin bayram münasibətilə təbrik nitqi söyləyib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də Qızıl meydanda parada baxıb.
Daha sonra Rusiya və Qazaxıstan prezidentləri, Böyük Vətən müharibəsinin veteranları “Naməlum əsgər”in məzarı önünə əklil qoyublar.

Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az