AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRLİYİNİN MƏLUMATI

12.02.2002 [17:17]

Nazirliyin Antiinhisar departamenti ötən ay ərzində “Təbii inhisar subyektlərinin dövlət reyesteri”nə daxil edilmiş təsərrüfat subyektlərinin anket məlumatlarının toplanması və araşdırılmasını davam etdirmişdir.

Antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinin öyrənilməsi məqsədi ilə kərə yağının istehsalı, idxalı, qablaşdırılması və satışı sahəsində təsərrüfat subyektlərindən ilkin məlumatlar toplanmış və araşdırılmış, 12 ticarət obyektində keyfiyyətsiz və yararlılıq müddəti keçmiş kərə yağlarının satışdan çıxarılması haqqında göstəriş verilmişdir. Araşdırılan 7 təsərrüfat subyektində aşkar olunmuş qanun pozuntularının aradan qaldırılması haqqında antiinhisar qanunvericiliyinə uyğun iş qaldırılmış və 1 halda maliyyə sanksiyası tətbiq edilmiş, 2 halda xəbərdarlıq edilmiş, 4 subyektə qanun pozuntularının aradan qaldırılması haqqında müvafiq göstəriş verilmişdir.
“Bolşevik” fabrikinin “Priçuda” əmtəə markasından qanunsuz
istifadə etməklə saxta tortlar istehsal edilməsi və satılması, “Mieszko”
fabrikinin əmtəə nişanından qanunsuz istifadə etməklə şokoladlar
istehsal edilməsi və satılması ilə əlaqədar araşdırmalar, “Mars
İnkorporated” şirkətinin müraciəti ilə bağlı “TWOMAX” və “Snowbar”
şokoladının qeyri-qanuni satışı üzrə qaldırılmış işlə əlaqədar əlavə
tədqiqatlar aparılmışdır.
İstehlakçıların hüquqlarının qorunması üzrə 7 işə baxılmış və
müvafiq göstəriş və qərarlar verilmişdir.
“Ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydaları”nın
pozulmasına görə 5 halda yoxlanılan obyektlərə (fiziki və hüquqi
şəxslərə) xəbərdarlıq edilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az