AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN DEPUTATLARI MÜZAKİRƏLƏRDƏ FƏALLIQ GÖSTƏRMİŞLƏR

04.03.2003 [14:45]

Martın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyası hüquqi məsələlər və insan hüquqları komitəsinin növbəti iclasında AŞPA-nın 1372 nömrəli qətnaməsinin yerinə yetirilməsi, Çeçenistanda insan hüquqlarının qorunması, İnsan hüquqları haqqında Avropa Konvensiyasının tətbiq edilmədiyi ərazilər, demokratik cəmiyyətdə prokurorluğun rolu məsələləri müzakirə edilmişdir. 

Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Rafael Hüseynov müzakirələrə fəal qoşulmuş, gündəlikdəki məsələlərə dair Azərbaycanın mövqeyini açıqlamışlar. Müzakirəyə çıxarılan məsələlər çox olduğuna görə, belçikalı deputat Corc Klerfaytın təklifi ilə Azərbaycanda məhbusların vəziyyəti barədə məsələ gündəlikdən çıxarılmışdır.
Komitənin martın 4-də keçirilən iclasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi məsələsi müzakirə olunmuşdur.

Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
www.azertag.az