AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
                <description>Naxçıvan, 16 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən ötən həftə ərzində Naxçıvanda 4 yanğın hadisəsinə çıxış həyata keçirilib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yanğın hadisələri Kəngərli rayonunun Xök kəndində və Şərur rayonunun Bəhruz Kəngərli kəndində ot bağlamalarında, Babək rayonunun Çeşməbasar kəndində elektrik dirəyində, eləcə də Şərur rayonunun Aşağı Daşarx kəndində açıq sahədə qeydə alınıb.Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların ətraf ərazilərə yayılmasının qarşısı alınıb və operativ söndürülməsi təmin edilib. Müxbir- Nail Əsgərov</description>
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan “Tofaş” markalı, 10-GU-380 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Ü.Mirzəzadə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə AZƏRTAC-a idarəndən məlumat verilib. Sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla Ü.Mirzəzadə inzibati qaydada həbs edilib.</description>
Milli Kitabxanada Milli Dirçəliş Günü münasibətilə kitab sərgisi açılıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycan Milli Kitabxanasında “17 Noyabr – Milli Dirçəliş Günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan xalqının milli azadlıq mübarizəsini, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını, ölkəmizin çoxəsrlik tarixini, milli oyanış və müstəqillik hərəkatını, dövlətçilik ənənələrinin inkişafını, milli özünüdərk proseslərini, xalqımızın mənəvi dəyərlərini, eləcə də Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasını əks etdirən Azərbaycan və xarici dillərdə nəşrlər nümayiş olunur.</description>
MDU-da elmi fəaliyyət stimullaşdırılır: 100-ə yaxın əməkdaş mükafatlandırılıb
                <description>Mingəçevir, 16 noyabr, AZƏRTAC Son bir il ərzində Mingəçevir Dövlət Universitetinin (MDU) əməkdaşları dərsliklər, dərs vəsaitləri, monoqrafiyalar, beynəlxalq nüfuzlu elmi jurnallarda indekslənən məqalələr və digər elmi-tədqiqat məhsulları üzrə ümumilikdə 100-ə yaxın uğurlu nəticə əldə ediblər.  Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu nailiyyətlərə töhfə verən 100-ə yaxın əməkdaş mükafatlandırılıb. Ali təhsil müəssisəsinin əməkdaşlarının elmi və pedaqoji fəaliyyətinin qiymətləndirilməsi, peşəkar inkişafının dəstəklənməsi və motivasiyasının artırılması məqsədilə universitetdə diferensial əməkhaqqı sistemi tətbiq olunur. İlin sonunda elmi, tədris və digər akademik fəaliyyət göstəricilərinə əsasən 30 əməkdaşın əməkhaqqı artırılacaq. Prosesin şəffaf, obyektiv və nəticəyönümlü təşkili üçün universitetdə ASİS (Akademik Stimullaşdırma və İnkişaf Sistemi) platformasının təqdimatı keçirilib. Əməkdaşlara elmi və akademik nəticələrini sistemə yerləşdirmək, göstəricilərini təqdim etmək və qiymətləndirmə prosesində iştirak etmək imkanları barədə məlumat verilib.  Son beş il ərzində universitetin “Scopus” beynəlxalq elmi bazasında indekslənən məqalələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Bu ilin noyabr ayınadək əldə olunan nəticə 2025-ci ilin göstəricisi ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Bu nəticələr universitetin elmi inkişafda həm keyfiyyət, həm də kəmiyyət baxmından yeni mərhələyə keçdiyini göstərir. Artım elmi-tədqiqat fəaliyyətinə verilən strateji önəmin, akademik heyətin fəallığının, beynəlxalq elmi əməkdaşlığın genişlənməsinin və tədqiqat mədəniyyətinin inkişafının bəhrəsidir. Son bir ay ərzində MDU əməkdaşlarının 40 elmi məqaləsi “Scopus” elmi-metrik bazasında indekslənib. Onlardan 8-i ən yüksək kateqoriya olan Q1 kvartil jurnallarında dərc olunub. Bu təşəbbüslər universitetdə sağlam akademik rəqabət mühitinin formalaşmasına, yüksək nəticə göstərən əməkdaşların əməyinin layiqincə qiymətləndirilməsinə və elmi-tədqiqat fəaliyyətinin güclənməsinə xidmət edir.Müxbir – Vüsalə Cənnətova</description>
“İnnovativ məktəb” layihəsi çərçivəsində təlimlər başa çatıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə İsrailin “ORT” məktəblər şəbəkəsinin əməkdaşlığı çərçivəsində həyata keçirilən “İnnovativ məktəb” layihəsinin növbəti mərhələsi üzrə təlimlər başa çatıb.Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, İsrailin Təl-Əviv şəhərində təşkil olunan təlimlərdə Azərbaycandan 23 məktəbi təmsil edən pedaqoji heyət, regional təhsil idarələrinin nümayəndələri, Təhsil İnstitutunun və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşları olmaqla, ümumilikdə 48 nəfər iştirak edib.Təlim proqramı çərçivəsində iştirakçılar sahibkarlıq, layihələrin hazırlanması və qiymətləndirilməsi, kurikulum əsasında bacarıq və səriştələrin tədrisi, təqdimat bacarıqları üzrə nəzəri və praktiki biliklər əldə ediblər.Səfər zamanı iştirakçılar İsrailin “ORT Yad Leibovich” və “ORT Kiryat Tivon” məktəblərində olub, təhsil müəssisələrinin rəhbər və müəllim heyəti ilə fikir mübadiləsi aparıb, onların iş təcrübəsi ilə tanış olub və dərsləri müşahidə ediblər. Həmçinin Şimon Peres Sülh və İnnovasiya Mərkəzinə, eləcə də Yakob Aqam İncəsənət Muzeyinə ekskursiyalar təşkil olunub.Təlimlərdə problem əsasında öyrənmə metodları da diqqət mərkəzində olub. İştirakçılar bu metodları mənimsədikdən sonra təmsil etdikləri məktəblərdə mövcud problemlərin həlli yollarına dair təqdimatlar hazırlayıb, əldə etdikləri təcrübəni həmkarları ilə bölüşüblər. Bununla yanaşı, məktəb nümayəndələri fəaliyyət planları tərtib ediblər. Onlar növbəti aylarda təhsil müəssisələrində həyata keçirəcəkləri dəyişikliklərlə bağlı hesabat təqdim edəcəklər.“İnnovativ məktəb” layihəsinin icrası bu səfərlə yekunlaşıb. Gələcəkdə digər məktəblər 23 innovativ məktəbin təcrübəsindən faydalanaraq öz təhsil müəssisələrində müasir tədris metodlarının tətbiqini genişləndirəcək və bu innovativ yanaşmaların ölkə üzrə tətbiqinə töhfə verəcəklər.Təlimin son günü iştirakçılara sertifikatlar təqdim olunub.</description>
“Goldman Sachs”: Neft bazarında kifayət qədər böyük təklif artıqlığı yarana bilər
                <description>Bakı, 16 noyabr, AZƏRTAC ABŞ-nin qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” gələn il neft bazarının qiymətlərin aşağı düşməsinə səbəb olacaq kifayət qədər böyük təklif artıqlığı ilə üzləşəcəyini proqnozlaşdırır.AZƏRTAC xəbər verir ki, analitiklər xam neft hasilatının son istehlak tələbindən artıq olan həcminin 2027-ci ildə gündəlik 2 milyon barelə çatacağını gözləyirlər. Bununla belə, tədarükdə yaranacaq fasilələr bu həcmin təxminən yarısı qədər olacaq.Analitiklərin proqnozuna görə, “Brent” markalı xam neftin fyuçers qiyməti gələn il orta hesabla bir barel üçün 88 dollar təşkil edəcək, risk mükafatının tədricən normallaşması nəticəsində isə ilin sonuna doğru 78 dollara qədər azalacaq.Bu il qlobal xam neft bazarı əvvəlcə Körfəz regionunda hasilatı demək olar ki, dayandıran ABŞ-İran müharibəsi səbəbindən ciddi sarsıntılarla üzləşib. Lakin tədarükçülər alternativ ixrac marşrutlarından istifadə etməklə Hörmüz boğazı vasitəsilə neft axınını yenidən bərpa edə biliblər.“2027-ci ildə də tədarükdə fasilələrin yaranması ilə bağlı yüksək risklər və bazarın artan uyğunlaşma imkanları arasında mübarizənin davam edəcəyini gözləyirik. Əsas ssenarimizə görə, tankerlər arasında neftin bir gəmidən digərinə ötürülməsi və boru kəmərlərinin genişləndirilməsi hesabına uyğunlaşma prosesi davam edəcək. Nəticədə Yaxın Şərqdə neft tədarükü 2025-ci ilin orta göstəricisini üstələyəcək, digər regionlarda isə təklif artımı dayanacaq”, - deyə “Goldman Sachs”ın analitikləri bildiriblər.Beynəlxalq Enerji Agentliyi ötən həftə münaqişənin başlanmasından sonra ilk dəfə qlobal neft bazarında təklif artıqlığının yaranacağını açıqlayıb.Kəskin qiymət dəyişmələrindən sonra “Brent” markalı neft hazırda bir barel üçün təxminən 96 dollar səviyyəsində ticarət olunur. Bu ilin aprel ayında bir barelin qiyməti 126 dolları ötərək 2022-ci ildən bəri gün ərzində qeydə alınan ən yüksək səviyyəyə çatmışd. İlin əvvəlindən etibarən isə “Brent” markalı neftin orta qiyməti təxminən 91 dollar olub.Analitiklər qeyd ediblər ki, Körfəz ölkələrinin Hörmüz boğazından yan keçərək nefti birbaşa Oman körfəzinə, Qırmızı dənizə və ya Aralıq dənizinə nəql etməyə imkan verən boru kəmərlərinə investisiya yatırması nəticəsində gələn il ərzində gündəlik 3,8 milyon barel əlavə boru kəməri gücünün istifadəyə veriləcəyi gözlənilir.Ekspertlərin fikrincə, dünyanın ən böyük xam neft idxalçısı olan Çinin tələbi qiymətləri dəstəkləmək üçün kifayət etməyəcək.</description>
Vətən müharibəsində həkimin yaddaşından silinməyən an: “Mən Daşaltıdan gəlirəm, Şuşaya yaxınlaşmışıq”
                <description>Füzuli, 16 noyabr, AZƏRTAC 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının birliyini, ordumuzun gücünü və hər bir vətəndaşın Qələbə naminə fədakarlığını nümayiş etdirdi. Həmin günlərdə ön cəbhədə döyüşən hərbçilərlə yanaşı, arxa cəbhədə yaralı əsgərlərin həyatını xilas etmək üçün çalışan tibb işçiləri də üzərlərinə düşən vəzifəni böyük məsuliyyətlə yerinə yetirirdilər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Ruhəgiz Quliyeva müharibənin ilk günündən yaralı hərbçilərin müalicəsində iştirak edib.“Müharibə başlayan gün Füzuli Rayon Mərkəzi Xəstəxanası olaraq ilk yaralıları qəbul etdik. Onların arasında çoxsaylı qəlpə yaraları alan, ağır travmatik-hemorragik şok vəziyyətində olan hərbçilər vardı. Biz həkimlər yaralılarımızın həyatda qalması üçün əlimizdən gələni edirdik. Rəhbəri olduğum şöbənin tibb işçiləri ilə birlikdə onların yenidən həyata bağlanması üçün bütün gücümüzü səfərbər etmişdik. Üç-beş saatlıq əməliyyatdan sonra ayılan əsgərlərimiz bizdən soruşurdular. “Həkim, mənim qardaşlarım necə oldu? Mən tez qayıdacağam? Yenidən cəbhə bölgəsinə, qardaşlarımın yanına gedə biləcəyəm?”. Biz də onlara deyirdik ki, sağalacaqsınız və yenidən silahdaşlarınızın yanında olacaqsınız”, - deyə Ruhəgiz Quliyeva bildirib.Ruhəgiz Quliyeva müharibənin təxminən 15-ci günü baş verən bir hadisəni də xüsusi xatırlayır. Həmin vaxt əməliyyatda olarkən ona ağır yaralıların gətirildiyi bildirilib. Təcili aşağı düşən həkim ayağından yaralanmış bir əsgərlə qarşılaşıb: “Əsgər mənə dedi ki, “Həkim, yarama təcili sarğı qoyun, mən döyüş meydanına qayıtmalıyam”. Soruşdum ki, oğlum, yaralısan, niyə qayıtmaq istəyirsən? Dedi ki, orada elə bir hərbi qurğu var, ona mən cavabdehəm, mütləq qayıtmalıyam. Biz yarasını antiseptik vasitələrlə işləyib sarıdıq. Amma o, həmin gün xəstəxanada qalmadı, döyüşə qayıtdı. Belə hallarla çox qarşılaşırdıq”.Şöbə müdiri ağır yaralı vəziyyətdə xəstəxanaya gətirilən bir mayorun xilas edilməsini də unutmur. Üç gün döyüş bölgəsində qalan hərbçi ilkin müdaxilədən sonra əməliyyata götürülüb. Ayıldıqdan bir neçə saat sonra həkimə söz verib ki, sağaldıqdan sonra mütləq onu görməyə gələcək.“Bir neçə il sonra işçilərdən biri mənə dedi ki, “Həkim, sizi kimsə çağırır”. Reanimasiya şöbəsinin çıxışına yaxınlaşdım. Həmin mayor idi. Mənə dedi ki, “Həkim, siz məni həyata qaytarmısınız. Gəldim ki, sizə təşəkkür edim”. Belə qayıdıb bizi ziyarət edənlər olub. Biz həkim olaraq insanlara yenidən həyat bəxş etdiyimiz üçün böyük qürur hissi keçiririk”, - deyə Ruhəgiz Quliyeva söyləyib.Həkimin sözlərinə görə, həmin günlərdə tibb işçiləri yorğunluq barədə düşünmürdülər: “Əsgərlərimiz yorulmurdu, dincəlmirdilər. Bizim də yorulmağa, dincəlməyə haqqımız yox idi. Onlar döyüş meydanında necə mübarizə aparırdılarsa, biz də burada onların həyatını xilas etmək üçün çalışırdıq”.Ruhəgiz Quliyeva üçün müharibənin ən qürurverici anlarından biri yaralı əsgərlərin azad edilən ərazilərlə bağlı xəbərləri olub. O, reanimasiyada müalicə alan hərbçilərdən birinin Daşaltıdan gəldiyini və artıq Şuşaya yaxınlaşdıqlarını söyləməsini xüsusi həyəcanla xatırlayır.“Əsgərlərimizdən biri mənə dedi ki, “Həkim, mən Daşaltıdan gəlirəm, biz artıq Şuşaya yaxınlaşmışıq”. O an keçirdiyim qürur hissini sözlə ifadə etmək çətindir. Mənim böyüyüb boya-başa çatdığım Dilağarda kəndi də işğal altında idi. Bir əsgərimiz mənə Dilağardadan gəldiyini dedi, kəndin qəbiristanlığının, orada dəfn olunan doğmalarının şəkillərini, türbəni göstərdi. Çox kövrəldim, eyni zamanda, böyük qürur hissi keçirdim. Hər kənd, hər şəhər azad olunduqca sevincimiz artırdı. Hər dəqiqə xoş xəbər gözləyirdik”, - deyə Ruhəgiz Quliyeva əlavə edib.Ruhəgiz Quliyeva Füzuli rayonunda 2016-cı ilin Aprel döyüşləri zamanı da yaralı hərbçilərə tibbi yardım göstərib. Həmin dövrdə rayonun cəbhə xəttinə yaxın yerləşməsi səbəbindən tibb işçilərinin daim hazırlıqlı olduğunu bildirən həkim Vətən müharibəsində də bu təcrübədən yararlandıqlarını qeyd edib. O, 44 günlük müharibədə qazanılan Qələbəni xalqın, dövlətin və Silahlı Qüvvələrin birliyinin nəticəsi kimi dəyərləndirib: “Biz xalq olaraq bir orqanizm kimi fəaliyyət göstərdik. Xalqımız, dövlətimiz və Silahlı Qüvvələrimiz birləşdi, Ali Baş Komandanın rəhbərliyi ilə bu Qələbəni qazandıq. Fəxr edirəm ki, Azərbaycan dövlətinin vətəndaşıyam. Bu yolda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzulayıram”. Müxbir-Aydın Yavərzadə</description>
Cavid Qurbanov: Müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılması prioritetdir
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Bu gün rəqəmsallaşma, süni intellekt innovativ texnologiya yalnız iqtisadiyyatın inkişaf istiqamətlərini deyil, əmək bazarının peşələrin məzmunu və insan kapitalına olan tələbləri də sürətlə dəyişir. Bu dəyişikliklər qarşısında əsas məqsədlərimiz vətəndaşlarımızın həmin texnologiyaların yaratdığı imkanlardan faydalanmasını təmin etməkdir. AZƏRTAC xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Məşğulluq Forumunda çıxış edərkən deyib.Nazir müavini qeyd edib ki, rəqəmsal transformasiyanın uğurlu həm də yaradılan iqtisadi dəyər, artan məhsuldarlıq və yeni məşğulluq imkanları ilə ölçülməlidir: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal transformasiya, innovasiya və insan kapitalının inkişafı dövlət siyasətinin mühüm prinsiplərindəndir. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası 2025-2028-ci illər üçün süni intellekt strategiyası, eləcə də rəqəmsal inkişafın sürətlənməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planı ölkəmizdə rəqəmsal transformasiyanın sürətləndirilməsi, innovativ texnologiyaların tətbiqi və insan kapitalının inkişafı üçün mühüm strateji çərçivə formalaşdırır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olaraq əsas prioritetlərdən biri müasir əmək bazarının tələblərinə cavab verən insan kapitalının formalaşdırılmasıdır". Müxbir - Günel Türksoy Fotoqraf - Səfiyar Məcnun Operator - Namiq Abdullayev</description>
Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
                <description>Qəbələ, 16 noyabr, AZƏRTAC Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun və Qəbələ Arxeoloji Mərkəzin birgə təşkilatçılığı ilə Mərkəzin akt zalında “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Sən öz hüquqlarını bilirsənmi?” başlığı altında toplantı təşkil olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, toplantıda Vətən müharibəsi qazilərinin və iştirakçılarının övladları ilə yanaşı, müxtəlif yaş qruplarından olan məktəbli şagirdlər də iştirak edib. Dəyirmi masa ətrafında keçirilən tədbirdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov diqqətə çatdırıb ki, Azərbaycanda İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının (UHK) qəbul edilməsinin ildönümü ərəfəsində bu ilin oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq Hüquqları Aylığı” elan olunub. Bildirilib ki, aylığın keçirilməsində əsas məqsəd uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin təbliği, bu sahədə ictimaiyyətin məlumatlılığının və diqqətinin daha da artırılmasından ibarətdir. Qeyd olunub ki, Azərbaycanda dövlət uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu siyasət daim Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir.  Tədbirdə uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar və konvensiyalar, eləcə də dövlətimiz tərəfindən bu istiqamətdə həyata keçirilən mühüm tədbirlər barədə məlumat verilib. Bildirilib ki, görülən işlərin əsas məqsədi kimsəsiz, valideyn himayəsindən məhrum olmuş, əlilliyi olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən, keçmiş qaçqın və məcburi köçkün uşaqların, həmçinin azyaşlı məhkumların pozulmuş hüquqlarının bərpası və təmin edilməsidir.Vurğulanıb ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri çərçivəsində ölkənin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə də uşaqlar üçün zəruri infrastruktur və xidmətlər yaradılır, onların hüquqlarının təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Toplantıda uşaqları maraqlandıran suallar cavablandırılıb, qoruq əməkdaşları tərəfindən onlara hədiyyələr təqdim olunub. Sonda Qəbələ Arxeoloji Mərkəzin sərgi salonlarında nümayiş olunan tarixi eksponatlara baxış keçirilib.</description>
Baş prokuror Kamran Əliyev Argentinanın ədliyyə naziri ilə görüşüb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın Baş prokuroru Kamran Əliyevin Argentinaya işgüzar səfəri çərçivəsində noyabrın 14-də həmin ölkənin ədliyyə naziri Xuan Bautista Mahikes ilə ikitərəfli görüşü keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Argentina arasında digər sahələrdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə sahəsində ikitərəfli münasibətlərin daha da inkişafı, hüquqi sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı maraq doğuran bu kimi ayrı-ayrı məsələlər müzakirə olunub. Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə qarşı tərəfə məlumat verib. Qeyd olunub ki, Azərbaycanın xarici dövlətlərlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri əsasında qurduğu əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi siyasəti Latın Amerikası regionu ölkələri ilə hüquqi və institusional əlaqələrin genişləndirilməsi üçün də böyük imkanlar yaradır. Baş prokuror Xuan Bautista Mahikesin əvvəllər Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru və Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti kimi fəaliyyətini, eləcə də Azərbaycan Prokurorluğu ilə formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini məmnunluqla xatırladıb.Bu xüsusda, Xuan Bautista Mahikesin Beynəlxalq Prokurorlar Assosiasiyasına rəhbərlik etdiyi dövrdə təşkilatla Azərbaycan Prokurorluğu arasında əlaqələrin intensiv inkişafı, xüsusilə 2024-cü ildə Bakıda Assosiasiyanın 29-cu illik konfransının keçirilməsi ilə bağlı müsbət əməkdaşlıq nümunələri xüsusi vurğulanıb.Görüşdə cinayət mühakimə icraatı sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı hüquqi yardım mexanizmlərinin inkişafı, cinayətkarlığa qarşı mübarizədə səlahiyyətli qurumlar arasında əlaqələndirmə, eləcə də hüquqi əməkdaşlıq sahəsində müsbət təcrübə mübadiləsi kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qeyd edilən sahələrdə institusional əlaqələrin genişləndirilməsinin, habelə birbaşa və cinayətkarlığa qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.Görüşdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.</description>
Antonio Quterreş Rohingya müsəlmanlarının hüquqlarını bərpa etməyə çağırıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC BMT-nin Baş katibi Antonio Quterreş noyabrın 16-da XVI ASEAN-BMT sammitində Rohingya müsəlmanlarına qarşı ciddi qanun pozuntularına və onların məcburi köçürülməsindən təxminən on il sonra təhlükəsiz, könüllü, ləyaqətli və davamlı qayıtması üçün şəraitin yaradılmasına çağırıb.AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, Baş katib dünyanın güclü qarşıdurmalar, şiddətli münaqişələr, nəzarətsiz iqlim dəyişmələri, artan humanitar ehtiyaclar, yaşayış xərcləri böhranı və artan tariflər və enerji xərcləri ilə üz-üzə qaldığını bildirib. O, həmçinin Rusiya-Ukrayna münaqişəsinin regional təsirini, o cümlədən Qara dənizdəki vəziyyəti və Yaxın Şərqdəki böhranları, xüsusən də Hörmüz boğazı və Qırmızı dənizdəki fasilələri vurğulayıb.Quterreş BMT-nin bütün vəziyyətlərdə naviqasiya hüquq və azadlıqlarının müdafiəsinə dair qeyd-şərtsiz öhdəliyini bir daha təsdiqləyib. O əlavə edib: “Çoxqütblü dünyamız sizin kimi yüksələn iqtisadi və siyasi gücləri effektiv şəkildə dəstəkləyən və təmsil edən çoxtərəfli sistem tələb edir”. Baş katib inkişaf etməkdə olan ölkələri təkrarlanan iqtisadi şoklardan qoruya bilən daha güclü qlobal maliyyə sisteminə, BMT Təhlükəsizlik Şurasının və beynəlxalq maliyyə qurumlarının islahatlarına və iqlimə həssas ölkələrə fəlakətlərə dayanıqlılıq yaratmaq üçün geniş dəstəyə, eləcə də bərpaolunan enerjiyə ədalətli keçidə çağırıb.BMT-nin rəhbəri bildirib ki, Qəzza və Yəməndən tutmuş daha geniş coğrafiyaya - Yaxın Şərqə, Ukraynaya, Sudana, digər ərazilərə qədər sülhə ehtiyac var. O, Cənubi Çin dənizində davranış qaydaları üzrə danışıqlarda irəliləyiş və Kamboca ilə Tailand arasında atəşkəsin qorunmasında rolu da daxil olmaqla ASEAN-ın səylərini təqdir edib. Quterreş həmçinin Myanmada davam edən böhranla bağlı dərin narahatlığını ifadə edib, insan əzablarının epik miqyaslara çatdığını söyləyib. O, bütün tərəfləri mülki şəxsləri qorumağa, beynəlxalq hüquqa əməl etməyə və təhlükəsiz, davamlı və maneəsiz humanitar yardımlara giriş imkanı yaratmağa çağırıb.</description>
Krım körpüsünün bağlanması qatarların hərəkətində gecikmələrə səbəb olub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Krım körpüsünün müvəqqəti bağlanması səbəbindən Krıma istiqamətlənən dörd “Tavria” sərnişin qatarının hərəkətində gecikmələr yaranıb.AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə qatar operatoru məlumat yayıb. Bildirilib ki, hazırda körpüdə dəmir yolu hərəkəti bərpa olunub. Gecikmə müddəti dəyişə bilər və sərnişinlərə qatarların gəliş vaxtı barədə əlavə məlumat veriləcək.Qeyd edək ki, körpüdə hərəkət noyabrın 16-da Moskva vaxtı ilə saat 02:22-dən dayandırılmışdı.</description>
Futbolçular niyə meydanda huşunu itirir? – İdman həkimi ilə müsahibə
                <description>Bakı, 16 noyabr, AZƏRTACMüasir futbolda son vaxtlar oyun zamanı futbolçuların meydanda huşunu itirməsi hallarına tez-tez rast gəlirik. Görəsən, bunun səbəbi nədir? Məsələ ilə bağlı idman həkimi Fərid Səlimovun AZƏRTAC-a müsahibəsini təqdim edirik.- Son vaxtlar futbol meydanlarında oyunçuların qəfil huşunu itirməsi, ürək dayanması və hətta ölüm halları ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Bunun əsas səbəbləri nələrdir? Bu halların artmasının tibbi baxımdan izahı varmı?- Təəssüf ki, son zamanlar futbolda və digər idman növlərində məşqlərin əvvəlki dövrlərlə müqayisədə ağırlaşması, oyun tempinin artması və daha intensiv xarakter alması, bununla yanaşı, qida əlavələrinin və xüsusi dərmanların nəzarətsiz istifadəsi ürəyin yüklənməsinə səbəb olur. Bunlar da öz növbəsində qəfil ürək dayanması riskini artırır.- Baş verən hadisələr futbolçuların həddindən artıq fiziki yüklənməsi məsələsini yenidən gündəmə gətirir. Peşəkar futbolçuların orqanizmi bu qədər gərginliyə nə dərəcədə davamlıdır?- Bəli, düzgün vurğulayırsınız. Məşq yükünün artması bədənin tükənməsinə gətirib çıxarır. Bu məqamda bərpa prosesinə ciddi nəzarət edilməlidir. Bərpa dedikdə yalnız fiziki bərpa nəzərdə tutulmur. Eyni zamanda psixoloji vəziyyətin və yuxu rejiminin qaydasına salınması da çox vacibdir. Unutmaq olmaz ki, yaş artdıqca insanın özünü bərpaetmə funksiyası azalır. İstənilən 25 yaşlı idmançı 18 yaşındakı kimi tez bərpa oluna bilmir. Bu baxımdan peşəkar idmanda həm fiziki, həm də psixoloji baxımdan yüklənmə ilə bərpa arasında balansı qorumaq çox vacibdir. İdman həkimi olaraq deyə bilərəm ki, nə qədər tibbi yanaşma tətbiq edilsə də, yuxunun yerini heç nə verə bilməz. Nəzərə alsaq ki, peşəkar idmanda xarici ölkələrə səfərlər də olur və bu səfərlər fərqli saat qurşaqlarında həyata keçirilir, yaranan saat fərqini (jet lag) də nəzərə alaraq xüsusi yanaşma tətbiq etmək lazımdır.- İspaniyanın II Liqasında futbolçuların toqquşması nəticəsində ölüm hadisəsinin baş verməsi xüsusilə diqqət çəkdi. Meydanda adi görünən bir toqquşma hansı hallarda insan həyatı üçün təhlükəli ola bilər?- İdmanda zədələr yaranma səbəbinə görə iki cür olur: təmas və qeyri-təmas nəticəsində yaranan zədələr. Qeyri-təmas zədələri əsasən yüklənmə nəticəsində meydana gəlir. Bunların qarşısını xüsusi testlər keçirməklə və bərpa prosesinə diqqət yetirməklə qismən almaq mümkündür. Təmas zədələrinin profilaktikası isə daha çətindir. Diqqət etmisinizsə, müəyyən müddətdən bir oyun qaydaları daha da sərtləşdirilir, idman geyimləri yenilənir. Bütün bunlar, təbii ki, mümkün təmas zədəsi zamanı itkiləri və zədənin ağırlığını minimuma endirməyə xidmət edir. Lakin heç bir profilaktik tədbir mümkün itki və zədə riskini hələ də sıfıra endirə bilmir. Unutmaq olmaz ki, peşəkar idman, təəssüf ki, sağlam idman demək deyil.- Peşəkar futbolçular mövsüm ərzində çox sıx qrafikdə çıxış edirlər. Oyunların, məşqlərin və səfərlərin çoxluğu ürək-damar sisteminə və ümumi sağlamlığa hansı riskləri yaradır?- Bəli, düzgün vurğulayırsınız. Futbol aktivlik və cəldlik tələb edən idman növü olduğu üçün, müasir futbol isə daha çox dinamika və dəqiqlik tələb etdiyindən mövsüm çox gərgin keçir. Təbii ki, bu, bədənə, eyni zamanda ürək-damar sisteminə əlavə yük yaradır. Ona görə də hər mövsüm başlamazdan əvvəl xüsusi ürək testləri keçirilir, ürəyin sağlamlığına nəzarət edilir. Əgər bu testlər nəticəsində hər hansı problem aşkarlanarsa, idmançının sağlamlığı naminə hətta karyerasını dayandırması məsələsi də müzakirə olunur. Şəxsən öz praktikamda bir neçə dəfə belə hallarla rastlaşmışam. Ən çox rast gəlinən problemlər arasında ürək qapaqlarının çatışmazlığı, ürək divarlarının genişlənməsi, aritmiyalar, varikoz problemləri, qəfil ürək dayanması və digər ürək-damar xəstəliklərini misal göstərmək olar.- Futbol meydanında futbolçunun huşunu itirdiyi an ilk 2-3 dəqiqə nə dərəcədə həlledicidir? Həmin vaxt hansı tibbi müdaxilələr həyata keçirilməlidir?- İlk yardım zamanı həyati göstəricilər kimi əsas üç meyar qiymətləndirilir: huş, nəfəs və nəbz. Əgər idmançıda nəbz aşkar edilmirsə, bu, vəziyyəti daha da ağırlaşdırır. Bu baxımdan huşunu itirmiş istənilən idmançı və ya şəxs üçün ilk 2-3 dəqiqə çox vacibdir. Əgər nəbz aşkarlanmırsa, ilk görülməli iş dərhal ürəyin qapalı masajına başlamaq, AED (avtomatik xarici defibrilyator) gətirmək və kardioloji təcili yardım briqadasını çağırmaqdır. Sevindirici haldır ki, artıq Azərbaycan Premyer Liqası komandalarının, demək olar ki, hamısında AED mövcuddur. Beynəlxalq praktikada AED-nin olması və nəbzin olmadığı müəyyən edilən kimi, ilk 2-3 dəqiqə ərzində tətbiq edilməsi qəfil ürək dayanmasından sonra ölüm hallarını nəzərəçarpacaq dərəcədə azaldıb. Unutmaq olmaz ki, istənilən ilkin yardım proseduru vərdiş tələb edir. Buna görə də hər altı aydan bir test və ya praktiki məşğələlər keçirmək lazımdır ki, böhran və ya təcili vəziyyət zamanı səhvə yol vermək ehtimalı azalsın. Statistika da göstərir ki, ölüm hallarının çoxu səhv yardımın nəticəsində baş verir.- Futbolçuların özləri hansı əlamətlərə xüsusi diqqət yetirməlidir? Məsələn, sinə ağrısı, ürəkdöyünmə, başgicəllənmə və nəfəs darlığı hansı hallarda ciddi təhlükənin xəbərçisi ola bilər?- Bəli, ola bilər. Demək, hər bir futbolçu ilk növbədə öz bədənini tanımalıdır. Fərqinə varmalıdır ki, bu gün özünü necə hiss edir. Əgər daha az yüklənmə zamanı ürək döyüntüləri əvvəlkindən çoxdursa, deməli, nəsə qaydasında deyil. Yorğunluq faktoru ilə ürək döyüntülərinin artması arasında da əlaqə var. Əgər daha yüngül fiziki yük zamanı ürək döyüntüləri artırsa və yorğunluq çoxdursa, bu da xəbərdaredici məqamdır. Mövsüm ərzində qan analizləri aparılmalı, ürək müayinələri (çekaplar) edilməlidir ki, mümkün problemləri vaxtında aşkarlayaq, riskləri maksimum dərəcədə azaldaq.- Futbolçunun baş nahiyəsindən aldığı zədədən sonra özünü yaxşı hiss etməsi təhlükənin sovuşduğu anlamına gəlirmi? Beyin silkələnməsinin gecikmiş fəsadları ola bilər?- Hər hansı sərt toqquşmadan sonra kəllə-beyin travması və beyin silkələnməsi mütləq istisna edilməməlidir. Xüsusi testlərlə bunu yoxlamaq mümkündür. Qusma, başgicəllənmə, gözünün qarşısında qarışqaların gəzməsi hissi və digər əlamətlərin olub-olmaması qiymətləndirilməlidir. Bu əlamətlərin olmaması o demək deyil ki, sonradan problem yaranmayacaq. Bu baxımdan həkim olaraq məsləhət görürük ki, sərt baş zərbəsindən sonra bir müddət müşahidə aparılsın, idmançıya fasilə verilsin. Daha sonra heç bir problem və ya simptom müşahidə edilməzsə, aktivliyini davam etdirə bilər. Etiraf edim ki, dediklərimi normal həyatda tətbiq etmək çətin olur. Ya məşqçi idmançıya təzyiq göstərərək oyuna davam etməsini istəyir, ya da futbolçunun özü meydana qayıtmağa can atır. Buna görə də maarifləndirmə və komanda həkiminin kollektiv daxilində əlaqələri düzgün qurması çox vacibdir.- Son olaraq, futbol meydanlarında belə faciələrin yaşanmaması üçün klublara, məşqçilərə, futbolçulara və idman ictimaiyyətinə əsas tövsiyələriniz nələrdir?- Maariflənmə, maariflənmə, maariflənmə! AED-lərin əlçatan olması və onlardan istifadə qaydalarına hakim olmaq, mütəmadi olaraq ACLS və ya digər kursların təşviq edilməsi, kardioloji müayinələrin tətbiqi, bərpa prosesinə xüsusi diqqətin artırılması çox vacibdir. Ola bilsin ki, bu tədbirlər müəyyən qədər xərc tələb edir. Statistik baxımdan onlardan az istifadə oluna bilər. Bu, avtomobillərdə təhlükəsizlik kəmərinin olmasına bənzəyir. Kəmər taxaraq qəzaya düşən şəxslərin sağ qalmaq şansı daha yüksəkdir. Hadisə bir dəfə baş verir. Biz də buna hazır olmalıyıq. İnsan həyatı vacibdir.Müxbir – Cavid Əliyev</description>
Deputat: Azərbaycan–Böyük Britaniya münasibətlərində yeni mərhələ başlayır
                <description>Bakı, 16 noyabr, AZƏRTAC “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələdir. Sənəd Azərbaycan–Böyük Britaniya əməkdaşlığının mövcud potensialını daha geniş strateji çərçivədə birləşdirir, ikitərəfli münasibətlərin gələcək istiqamətlərini müəyyənləşdirir və yeni əməkdaşlıq imkanları üçün siyasi zəmin yaradır.Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.O qeyd edib ki, Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlər uzunmüddətli siyasi dialoq, qarşılıqlı etimad və iqtisadi əməkdaşlıq ənənələrinə əsaslanır. Belə ki, 1994 və 1998-ci illərdəki sənədlərin davamı olaraq imzalanan yeni bəyannamə tərəfdaşlığın müasir geosiyasi və iqtisadi reallıqlara uyğun şəkildə yenilənməsini ifadə edir. Bəyannamənin əsas siyasi mesajlarından biri isə beynəlxalq hüququn fundamental prinsiplərinə, BMT Nizamnaməsinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verilən dəstəkdir. Bəyannamədə, həmçinin müdafiə və təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyən edilib. Buraya hərbi təlim və hazırlıq, institusional potensialın gücləndirilməsi, əməliyyat uyğunluğu, müdafiə sənayesi sahəsində imkanların araşdırılması, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq, sərhəd idarəçiliyi və hüquqi sahədə qarşılıqlı fəaliyyət daxildir. “Sənədin digər mühüm istiqaməti iqtisadi əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan və Böyük Britaniya arasında ticarət və investisiya əlaqələrinin inkişafı, biznes tərəfdaşlıqlarının təşviqi, kiçik və orta sahibkarlığın dəstəklənməsi, maliyyə bazarları və kapital qoyuluşu imkanlarının genişləndirilməsi prioritetlər sırasında yer alır. Xüsusilə bərpaolunan enerji, infrastruktur, nəqliyyat və logistika sahələri əməkdaşlığın perspektivli istiqamətləri kimi diqqət çəkir. Azərbaycanın Şərq–Qərb nəqliyyat dəhlizində və Orta Dəhliz marşrutunda artan rolu ölkənin regional və beynəlxalq iqtisadi əlaqələr sistemində strateji əhəmiyyətini gücləndirir. Bu kontekstdə Böyük Britaniya ilə nəqliyyat-logistika infrastrukturunun, sərhədlərarası bağlantıların və xidmət sektorunun inkişafı üzrə əməkdaşlıq yeni iqtisadi imkanlar yarada bilər.Bəyannamənin üçüncü əsas istiqaməti təhsil, elm, innovasiya və texnologiya sahələrini əhatə edir. Ali və peşə təhsili, kadr hazırlığı, rəqəmsal və texniki bacarıqların inkişafı, dövlət sektorunda təlim proqramları, süni intellekt, rəqəmsal idarəetmə və elmi tədqiqatlar üzrə əməkdaşlıq imkanları sənəddə xüsusi yer tutur. Birləşmiş Krallıq Universitetləri qlobal reytinqdə ön sıralardadır və xaricdə təhsil sahəsində Azərbaycandan olan gənclər bu ölkədə təhsil almağa üstünlük verirlər. Bu baxımdan, Azərbaycan və Böyük Britaniya universitetləri, elmi-tədqiqat institutları və özəl sektor arasında tərəfdaşlıqların genişləndirilməsi bilik və texnologiya transferinə, innovativ həllərin tətbiqinə və yeni nəsil mütəxəssislərin yetişdirilməsinə xidmət edə bilər”, - deyə deputat bildirib.Pərvanə Vəliyeva əlavə edib ki, Birgə Bəyannamə əməkdaşlığın üç əsas istiqamətini - təhlükəsizlik, iqtisadi inkişaf və insan kapitalını vahid strateji çərçivədə birləşdirir. Bu tərəfdaşlığın gələcək uğuru isə qarşılıqlı maraqların uzlaşdırılmasından, siyasi dialoqun davamlılığından və bəyan edilən məqsədlərin konkret nəticələrlə dəstəklənməsindən asılı olacaq.</description>
Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Özünəməşğulluq proqramı insanların öz gəlir mənbəyini yaratmasını, peşə hazırlığı isə əmək bazarına uyğun bilik və bacarıqların yaradılmasını dəstəkləyir. Bu mexanizmlər vətəndaşlara ehtiyaclarına uyğun dəstəyi göstərməyə imkan verir. Belə ki, 2026-cı ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib. 14 mindən çox vətəndaş peşə hazırlığına, 6600-dən çox şəxs isə özünəməşğulluq proqramına cəlb olunub.AZƏRTAC xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib. "Bu nəticələr bir insanın işə başlaması, bir gəncin yeni peşə qazanması, bir ailənin öz kiçik biznesini qurması deməkdir. Növbəti mərhələdə diqqətimizi bu nəticələrin davamlılığına yönəldirik. Peşə hazırlığı alan şəxsin işə keçidi, özünəməşğulluq proqramı çərçivəsində qurulan kiçik biznesin fəaliyyətinin davam etdirilməsi və işə başlayan vətəndaşın işdə qalmaq şansı bizim üçün mühüm göstəricidir. Bu baxımdan, əsas vəzifələrdən biri peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır. Təhsil müəssisələri, peşə hazırlığı mərkəzləri və işəgötürənlər arasında sıx əməkdaşlıq tədris proqramlarının müasir tələblərə uyğun yenilənməsinə, gənclərin praktiki bacarıqlar qazanmasına və əmək bazarına daha hazırlıqlı daxil olmasına imkan yaradacaq", - deyə nazir müavini əlavə edib. Müxbir - Günel Türksoy Fotoqraf - Səfiyar Məcnun Operator - Namiq Abdullayev</description>
İstanbulda Azərbaycanın investisiya imkanlarına dair tədbir olub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın Türkiyədə ticarət nümayəndəsinin ofisi, İstanbul Anadolu Yakası Sənaye Zonası (İAYOSB) və İstanbul Türkiyə-Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycanın İstanbulda Baş Konsulluğunun iştirakı ilə ölkəmizin investisiya imkanlarına dair tədbir keçirilib. Tədbirdə Türkiyənin müxtəlif sektorlarını təmsil edən iş adamları iştirak ediblər.İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycana investisiya: təşviqlər və dəstək mexanizmləri” mövzusunda keçirilən tədbirdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, bu mövzuda təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Tədbir çərçivəsində ölkəmizin Türkiyədə ticarət nümayəndəsi Tamerlan Tağıyev İAYOSB-nin İdarə Heyətinin sədri Murat Çökmez ilə görüşüb. Görüşdə birgə həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.</description>
Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edirlər.Üç gün davam edəcək plenar iclasın gündəliyinə aşağıdakı 10 məsələ daxil edilib:1. “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);2. “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);3. “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);4. “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);5. “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);6. Mülki Prosessual Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Pasportlar haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);7. Əmək Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Mülki Məcəlləsində, Seçki Məcəlləsində, Rəqabət Məcəlləsində, “Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yaşayış minimumu haqqında”, “Sosial müavinətlər haqqında”, “Təhsil haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Ümumi təhsil haqqında”, “Siyasi partiyalar haqqında”, “Diplomatik xidmət haqqında” və “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);8. Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş);9. Azərbaycan Respublikası Milli Məclisinin 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi;10. Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi.</description>
Xaçmazda minik avtomobili aşıb, sürücü ölüb, dörd nəfər xəsarət alıb
                <description>Xaçmaz, 16 noyabr, AZƏRTAC Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə noyabrın 16-da səhər saatlarında Xudat-Yalama avtomobil yolunun rayonun Ləcət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində sürücü, Ləcət kənd sakini Muradxanov Asim Rüfət oğlu hadisə yerində ölüb. Avtomobildə olan digər dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Qeyd edək ki, Asim Muradxanov Vətən müharibəsinin iştirakçısı, eyni zamanda, Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşı olub.Faktla bağlı araşdırma aparılır. Müxbir – Elxan Yusifli</description>
Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi görüşlər Azərbaycanın artan nüfuzunun göstəricisidir - ŞƏRH
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin beynəlxalq platformalarda keçirdiyi ikitərəfli görüşlərin bir sıra hallarda qarşı tərəfin müraciəti və təşəbbüsü əsasında təşkil olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzunun, dövlətimizin başçısının yüksək şəxsi hörmət və etimadının bariz göstəricisidir. Bu, eyni zamanda, ölkəmizin son illərdə həyata keçirdiyi müstəqil, prinsipial və çoxşaxəli xarici siyasətin beynəlxalq səviyyədə qazandığı etimadın nəticəsidir.Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Dialoq və İnkişaf Naminə İctimai Birliyin” sədri Çingiz Bayramov bildirib.O qeyd edib ki, Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı və digər mötəbər beynəlxalq platformalar çərçivəsində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər nüfuzlu nümayəndələrlə keçirdiyi görüşlər Azərbaycanın fəal diplomatik fəaliyyətinin mühüm tərkib hissəsidir. “Həmin görüşlərin bir qisminin məhz qarşı tərəfin müraciəti və istəyi əsasında təşkil olunması dövlətimizin beynəlxalq nüfuzuna, Prezident İlham Əliyevin siyasi lider kimi şəxsi keyfiyyətlərinə və ölkəmizin artan geosiyasi əhəmiyyətinə verilən yüksək qiymətdir. Azərbaycan bu gün həm regional, həm də qlobal miqyasda mühüm siyasi və iqtisadi proseslərin iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq platformalarda apardığı müzakirələr və keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, milli maraqlarımızın müdafiəsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər zamanı siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, investisiya, təhlükəsizlik və digər istiqamətlər üzrə qarşılıqlı maraq doğuran məsələlər də müzakirə olunur”, - deyə Çingiz Bayramov vurğulayıb. İctimai Birliyin sədri diqqətə çatdırıb ki, Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri də ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsini və Avropa məkanında artan əhəmiyyətini nümayiş etdirən mühüm nümunələrdəndir: “Bu səfərlər Avropa İttifaqının Azərbaycanla münasibətlərin inkişafına, siyasi dialoqun intensivləşdirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə marağını göstərir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi mühüm rol oynayır. Xüsusilə enerji resurslarının şaxələndirilmiş marşrutlarla Avropa bazarlarına çatdırılması ölkəmizin beynəlxalq enerji sistemində mövqeyini gücləndirib. Bununla yanaşı, Orta Dəhlizin inkişafı, Şərq-Qərb nəqliyyat əlaqələrinin genişləndirilməsi və Azərbaycanın tranzit imkanlarının artırılması Avropa İttifaqı ilə əməkdaşlığın yeni perspektivlərini meydana çıxarır.Təhlükəsizlik, nəqliyyat, rəqəmsal transformasiya, humanitar əlaqələr, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün də ciddi imkanlar mövcuddur. Prezident İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi siyasi iradə, diplomatik təcrübə və prinsipial mövqe Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsində mühüm rol oynayır. Qarşı tərəfin təşəbbüsü ilə təşkil edilən görüşlər, Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərləri və ölkəmizlə əməkdaşlığa artan maraq bir daha təsdiqləyir ki, Azərbaycan bu gün beynəlxalq siyasi və iqtisadi münasibətlər sistemində özünəməxsus yeri və çəkisi olan mühüm tərəfdaşdır”.</description>
“Amazon” şirkətinin 40 internet peykini daşıyan raketin missiyası uğursuz olub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC “Boeing” və “Lockheed Martin” şirkətlərinin birgə müəssisəsi olan ULA tərəfindən hazırlanmış “Vulkan” raketi Florida ştatındakı Kanaveral kosmik qüvvələr stansiyasından kosmosa buraxıldıqdan sonra missiyasını yerinə yetirə bilməyib.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ULA-nın məlumatına görə, buraxılışdan təxminən 10 dəqiqə sonra raket uçuş zamanı anomaliya ilə qarşılaşıb və “Amazon” peyklərini orbitə çıxara bilməyib.Bəyanatda nasazlığın səbəbinin hələ müəyyən edilmədiyi və texniki araşdırmanın başlanacağı qeyd edilib.Raket əvvəllər əvvəlki iki uçuşu zamanı bərk yanacaqlı yan gücləndiricilərində və əsas BE-4 mühərriklərində texniki problemlərlə qarşılaşıb, nəticədə uçuşlar dayandırılıb. Bu mühərriklər “Amazon”un sahibi Ceff Bezosun kosmik şirkəti olan “Blue Origin” tərəfindən istehsal olunur.“Amazon” 2025-ci ildən bəri 14 buraxılışda orbitə 398 ədəd “Leo” peykini yerləşdirib. Şirkət ilin sonuna qədər ilk internet xidmətini istifadəyə verməyi hədəfləyir.</description>
Rəşad Mustafayev: Əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızda hiss olunur VİDEO
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Əmək bazarındakı hər dəyişiklik əslində insanın həyat imkanlarına da təsir edir. Bu gün keçirilən Milli Məşğulluq Forumunun "İnnovasiya və məşğulluq" devizi bu baxımdan xüsusi məna daşıyır. İnnovasiya ilə məşğulluğu birləşdirən əsas amil insandır. Texnologiya yeni imkanlar yaradır. Həmin imkanları real nəticəyə çevirən isə insanın biliyi, bacarığı və təşəbbüsüdür.AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məşğulluq Forumunda çıxış edərkən deyib. Nazir müavini bildirib ki, əmək bazarında dəyişikliklərin miqyası və sürəti artıq gündəlik həyatımızın hiss olunur: "Süni intellekt iş proseslərini yeniləyir. Rəqəmsal həllər yeni fəaliyyət sahələri yaradır. Ənənəvi peşələr isə fərqli bacarıqlarla zənginləşir. Bu gün sahib olduğumuz biliklərə yenilərini əlavə etmək və peşəkar inkişafı davam etdirmək həm işçilərin, həm də işəgötürənlərin gündəlik ehtiyacına çevrilir. Bu dəyişikliklərin əmək bazarına təsiri beynəlxalq araşdırmalarda da aydın görünür.Beynəlxalq Əmək Təşkilatının tədqiqatına görə, dünyada hər 4 iş yerindən biri süni intellektin müəyyən təsirinə məruz qala bilər".Onun sözlərinə görə, müasir məşğulluq siyasətinin əsas məqsədi insanların bilik və bacarıqlarını inkişaf etdirməsində potensialının reallaşdırılması və əmək bazarında yeni imkanların yaradılmasıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü siyasətdə insan kapitalının inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və vətəndaşların rifahının yüksəldilməsi mühüm yer tutur. Məşğulluq siyasətində bu məqsədlərə dəyər verilərək iqtisadi inkişafla sosial rifah arasında birbaşa əlaqə yaradır. Yeni iqtisadi imkanlar, iş yerləri əmək bazarında iştirak isə ailələrin dayanıqlı gəlirə və insanların gələcəyə inamına çevrilir". Müxbir - Günel Türksoy Fotoqraf - Səfiyar Məcnun Operator - Namiq Abdullayev</description>
Şeremetyevo hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Rusiyanın Şeremetyevo Beynəlxalq Hava Limanında təyyarələrin eniş və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb.AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviasiya) “Max” platformasındakı kanalı məlumat yayıb. Qurumun açıqlamasında bildirilib ki, hava limanında təyyarələrin gəlişi və uçuşu ilə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədən düşüb. Bununla da hava limanında uçuşların və enişlərin həyata keçirilməsi üçün əvvəlki rejim bərpa olunub.Qeyd edək ki, məhdudiyyətlərin tətbiq edilməsinin səbəbləri və onların hava limanının fəaliyyətinə təsiri barədə əlavə məlumat verilməyib.</description>
Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis tərəfindən təmin olunub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarışda olan 29 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Elədə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.Eyni zamanda, narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Ümumi çəkisi 28,5 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 4 alışdırıcı, 9 tüfəng, 2 patron darağı və 35 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.</description>
Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Mina və partlamamış hərbi sursat təhlükəsi ölkəmizdə insanların həyat və sağlamlığı üçün ciddi təhdid olaraq qalmaqda, insan hüquqlarının, xüsusilə yaşamaq hüququnun pozulmasına səbəb olmaqdadır.AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın Ağstafada baş vermiş sursat partlayışı ilə bağlı bəyanatında yer alıb. Bəyanatda, həmçinin deyilir: “Bu problem təkcə insan həyatına təhdid deyil, həm də sağlam ətraf mühitdə yaşamaq hüququnu pozan ağır ekoloji fəlakətdir. Mina və hərbi sursat partlayışları, torpaq altında uzun müddət qalan partlayıcı maddələr kimyəvi zəhərlənmə yaradır. Bu proses münbit torpaq qatını sıradan çıxarır və yeraltı su hövzələrini çirkləndirir.Ağstafa rayonunda baş vermiş partlayış nəticəsində bir nəfərin həlak olması, digərinin isə ağır xəsarət alması dərin təəssüf və narahatlıq doğurur.COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi, dünyanın təhlükəsiz və dayanıqlı gələcək naminə təşəbbüslərini birləşdirdiyi bir dövrdə Azərbaycanda bu cür faciənin baş verməsi beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükəyə bir daha yönəltməlidir”.Ombudsman beynəlxalq ictimaiyyəti və aidiyyəti təşkilatları bu problemin aradan qaldırılması, humanitar minatəmizləmə fəaliyyətinə dəstəyin gücləndirilməsi və insanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması istiqamətində səylərini artırmağa çağırıb.</description>
Elmi seminarda türk xalqlarının ortaq mədəni kökləri və dastan ənənəsi araşdırılıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin növbəti elmi seminarı təşkil edilib.İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda şöbənin müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər “Türk xalqlarının folklorunun müqayisəli araşdırılması” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının etnik və mədəni yaxınlığı, ortaq tarixi və mədəni kökləri, prototürk birliyinin formalaşması və ümumtürk folklorunun araşdırılması məsələləri nəzərdən keçirilib. Professor qeyd edib ki, hazırda tanıdığımız türk xalqlarının və etnik birliklərinin əksəriyyəti XV–XVI əsrlərdən sonra formalaşıb, bəzilərinin isə təşəkkül prosesi XX əsrdən sonra başlayıb. Məruzəçi türk xalqları arasında mövcud olan mədəni və mənəvi qohumluğun ortaq siyasi tarixdən daha qədim dövrlərə – prototürk birliyinə söykəndiyini bildirib. O, bu birliyin elmi ədəbiyyatda ehtimal olunan tarixi vətənin adı ilə “Altay birliyi” adlandırıldığını diqqətə çatdırıb.Məruzədə prototürk dövründə formalaşmış mədəniyyətin türk xalqlarının şüur tipinə, dünyagörüşünə, psixologiyasına və davranış stereotiplərinə təsirindən də bəhs olunub. Bildirilib ki, türk xalqlarının mədəniyyətindəki oxşarlıqlar və fərqliliklərin öyrənilməsi arxaik türk mədəniyyətinin mənzərəsini üzə çıxarmaq baxımından böyük əhəmiyyət daşıyır.Professor şöbənin fəaliyyət istiqamətlərinə də toxunub. O, şöbənin əsas tədqiqat predmetinin türk xalqlarının ana və ya kök folklorunun öyrənilməsi olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu araşdırmaların məqsədi türk xalqlarını ortaq mədəni insan tipi kimi səciyyələndirən düşüncə və davranış stereotiplərini üzə çıxarmaqdır. Məruzədə “türk xalqları folkloru”, “türk folkloru” və “ümumtürk folkloru” anlayışlarının elmi mahiyyəti, onların araşdırma obyekti və predmeti ilə əlaqəsi də müzakirə olunub. Məruzəçi superetnik məzmun daşıyan “ümumtürk folkloru” ifadəsinin prototürk, başqa sözlə, ana və ya kök folkloru mənasında işlədilməsinin mümkünlüyünü qeyd edib.Daha sonra şöbənin aparıcı elmi işçisi dosent Səkinə Qaybalıyeva “Türk xalqları folklorunda dastan söyləyicisi tipləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə türk xalqlarının dastan ifaçılığı ənənəsində söyləyicilərin yeri və rolu, onların sosial statusu, repertuar xüsusiyyətləri və auditoriya ilə qarşılıqlı əlaqəsi diqqətə çatdırılıb. Azərbaycan aşığı, qazax akını, özbək baxşısı, qırğız manasçısı, türkmən aşığı, altay kayçısı, xakas hayçısı, başqırd seseni və tıva toolçusu kimi dastan ifaçılarının fəaliyyətindən bəhs olunub.</description>
Ronaldinyo 11 illik fasilədən sonra futbola qayıdıb
                <description>Bakı, 16 noyabr, AZƏRTACDünya futbolunun əfsanələrindən olan Ronaldinyo 11 ildən sonra yenidən rəsmi oyunda meydana çıxıb.AZƏRTAC xəbər verir ki, 46 yaşlı veteran futbolçu İtaliyanın “Ravenna” klubunun heyətində debüt edib.Ronaldinyo C Seriyasının B qrupunda “Forli” ilə qarşılaşmada start heyətində yer alıb. Braziliyalı yarımmüdafiəçi fasilədən sonra Matteo Macco ilə əvəzlənib.Onun çıxış etdiyi komanda meydandan 2:0 hesablı qələbə ilə ayrılıb. Ronaldinyo komandasının ilk qolunun vurulmasında iştirak edib.Qeyd edək ki, Ronaldinyo 2015-ci ildə “Fluminense”də çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını başa vurmuşdu. O, karyerası ərzində 299 qol vurub. Braziliyalı ulduz “Ravenna” klubunun səhmdarlarından birinə də çevrilib.Ronaldinyo gələcəkdə yenidən meydana çıxmasının mümkünlüyünü də istisna etməyib. O bildirib ki, klub prezidenti ona müraciət edərsə, məmnuniyyətlə geri qayıdacaq.</description>
Azərbaycan-Cənubi Qafqazın tolerantlıq oazisi – MƏQALƏ
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Tolerantlıq, ilk növbədə, başqalarına qarşı təmkinli, səbirli və anlayışlı münasibət bəsləmək, fərqli inanc və əqidələrə hörmətlə yanaşmaq deməkdir. Tolerantlıq anlayışının yaranması XVI əsrə təsadüf edir. XVII əsr ingilis filosofu və təbii hüquq nəzəriyyəsinin banisi Con Lokk "Tolerantlıq məktubu" adlı traktatında xristian din qardaşlarına müraciətlə bir-birlərinə qarşı dini dözümlülük göstərmələrini və aralarındakı qarşıdurmanın tolerant hisslərlə əvəz olunmasını aşılayırdı. İnsan, Aristotelin də vurğuladığı kimi, ictimai varlıqdır. Cəmiyyətin təbiətindən irəli gələn müxtəliflik isə tolerantlığı zəruri sosial və mənəvi prinsipə çevirir. Con Stüart Millin tolerantlıq anlayışı insan təbiətinin müxtəlifliyinin qəbul edilməsi və insanın məhz bu müxtəliflik şəraitində özünü inkişaf etdirə biləcəyinə inamdır.AZƏRTAC xəbər verir ki, bu fikirlər fəlsəfə doktoru, multikulturalizm üzrə beynəlxalq ekspert Rəşad İlyasovun "Azərbaycan - Cənubi Qafqazın tolerantlıq oazisi” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik:“Azərbaycanda tolerantlıq ənənələri və multikultural dəyərlər tarixən mövcud olub və bu gün də dünyaya örnəkdir. Ulu Öndər Heydər Əliyev “Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və qoruyub saxlayacağıq”, – deyərək bütün siyasi fəaliyyətini bu sərvətin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə yönəldib. Ümummilli Liderin bu fikirləri mühüm siyasi həqiqəti bir daha ön plana çıxarır: Azərbaycanda yaşayan bütün xalqların birgəyaşayışı, ortaq Vətənə və azərbaycançılıq kimliyinə bağlılığı bizim həm milli birliyimizin, həm də beynəlxalq müstəvidə tanınmağımızın əsasını təşkil edir. Biz məhz birliyimiz, vahid Azərbaycan kimliyimiz və tolerantlıq fəlsəfəsinə istinad edən etnik-mədəni müxtəlifliyimizlə dünya üçün əhəmiyyət kəsb edirik.Ulu Öndərin tolerantlığa və multikulturalizmə dair siyasi strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev müxtəlif çıxışlarında ölkəmizdə tolerantlıq mühitinin, dini müxtəlifliyə və fərqli inanclara hörmətlə yanaşmanın milli həmrəyliyin möhkəmləndirilməsindəki mühüm rolunu xüsusi vurğulamaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdi. Azərbaycançılıq məfkurəsi əsasında formalaşan ölkəmizin etnomədəni mühiti tolerant və multikultural həyat tərzimizin əsasını təşkil edir. “Etnoqrafiya muzeyi” kimi səciyyələndirilən Azərbaycan, müxtəlif xalqların, etnik qrupların və mədəniyyətlərin əsrlər boyu birgə yaşadığı və zənginləşdiyi ortaq məkan olub. Bu müxtəlifliyin qorunması və inkişaf etdirilməsi, eyni zamanda, ölkəmizin milli kimlik siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan multikulturalizmi: həyat tərzi və dövlət siyasəti Azərbaycandakı multikultural mühit, Prezident İlham Əliyevin “Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir” prinsipi ilə ifadə etdiyi yanaşmaya müvafiq olaraq tolerantlıq və multikulturalizm dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Bu siyasət müxtəlif dini və etnik icmaların dövlət tərəfindən tanınmasını, onların hüquq və azadlıqlarının qorunmasını, eləcə də ictimai-siyasi və hüquqi sistemdə bərabərhüquqlu iştirakını nəzərdə tutur. Bu yanaşmanın müasir mərhələdə davamlılığını Prezident İlham Əliyevin 2026- cı ilin oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı da bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı Azərbaycanın tarixən multikultural ölkə olduğunu, Avropa ilə Asiya arasında əsrlər boyu mədəniyyət körpüsü rolunu oynadığını vurğulayaraq, multikulturalizm ənənələrinin, dini və etnik dözümlülüyün xalqımızın əsrlər boyu yaşatdığı dəyərlər olduğunu qeyd etdi. Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri azərbaycançılıq ideyasının ölkədə yaşayan bütün xalqları birləşdirən milli məfkurə kimi təqdim edilməsi idi. Onun sözlərinə görə, müxtəlif etnik və dini qrupların nümayəndələri arasında qarşılıqlı hörmət, həmrəylik və anlaşma Azərbaycan cəmiyyətinin əsas xüsusiyyətlərindəndir. Beləliklə, dövlətimizin başçısının bu çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan tolerantlıq və multikulturalizmi yalnız fərqli etnik və dini qrupların birgəyaşayışını deyil, həm də ortaq dövlətçilik, milli birlik və azərbaycançılıq ideyası ətrafında formalaşan vahid ictimai həmrəyliyi ehtiva edir. Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin beynəlxalq səviyyədə tanıdılması Heydər Əliyev Fondu da bu istiqamətdə həyata keçirdiyi çoxsaylı layihələr, o cümlədən “Azərbaycan – tolerantlığın ünvanı” təşəbbüsü çərçivəsində təşkil etdiyi yerli və beynəlxalq tədbirlərlə tolerantlıq və multikulturalizm dəyərlərinin təşviqinə mühüm töhfələr verib. Bu təşəbbüs çərçivəsində Azərbaycanda müxtəlif dini icmalara məxsus məscidlərin, kilsələrin və sinaqoqların bərpası kimi mühüm layihələr həyata keçirilib. Fondun fəaliyyəti ölkə hüdudlarını da aşaraq beynəlxalq miqyas alıb. Fondun Fransada və Vatikanda xristian dini irsinə aid abidələrin bərpasında iştirakı fərqli dini və mədəni irsə hörmətin beynəlxalq miqyasda təzahürüdür. Bütün bu fəaliyyətlər Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin beynəlxalq səviyyədə tanıdılmasına və mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir. Azərbaycanın Cənubi Qafqazın tolerantlıq oazisi kimi səciyyələndirilməsi yalnız tarixi ənənələrə deyil, həm də ölkəmizdə mövcud olan real ictimai və mədəni münasibətlərə əsaslanır. Bu baxımdan, tolerantlıq Azərbaycan cəmiyyətinin tarixi-mədəni irsinin mühüm tərkib hissəsi olmaqla yanaşı, müasir dövrdə də onun beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqda rolunu müəyyənləşdirən əsas dəyərlərdən biridir”.</description>
Ucar məktəbliləri ilə vətənpərvərlik və sağlam həyat tərzi mövzusunda görüş təşkil olunub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin(SHXÇDX) təşkilatçılığı ilə Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində tədbir keçirilib. SHXÇDX-dən AZƏRTAC-a verilən məlumata görə, Ucar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüşdə rayon ictimaiyyəti, məktəblilər, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasından, həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini çatdırıb. Xaricdə təhsil, təhsilə görə verilən möhlət, həmçinin rəqəmsal sahədə inteqrasiya proseslərinin keçirilməsi, “MyGov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara xidmətlərin təqdim olunması barədə də geniş məlumat verib. Eyni zamanda, tədbir çərçivəsində zərərli vərdişlərə qarşı mübarizəyə toxunularaq gənclərin iştirakı ilə “Narkotiklərə yox deyək!” mövzusunda maarifləndirici çıxışlar edilib.Tədbirdə iştirak edən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları da çıxış edərək öz təəssüratlarını bölüşüblər. Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil olunub və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.</description>
ABŞ doqquz tərəfdaş ölkə ilə süni intellektin təhlükəsizliyinə dair saziş imzalayıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC ABŞ Dövlət Departamentinin məlumatına görə, Birləşmiş Ştatlar və doqquz tərəfdaş ölkə bazar günü süni intellektin (AI) əsasını təşkil edən kritik texnologiyaların və təchizat zəncirlərinin təhlükəsizliyini gücləndirmək üçün saziş imzalayıb. AZƏRTAC ABŞ Dövlət Departamentinin veb-saytına istinadla xəbər verir ki, “Dayanıqlı rifahın təhlükəsiz təməlləri haqqında” San-Fransisko Bəyannaməsini ABŞ, Avstraliya, Hindistan, İsrail, Yaponiya, Cənubi Koreya, Qətər, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniya imzalayıb.ABŞ-nin rəhbərlik etdiyi “Pax Silica” təşəbbüsü çərçivəsində imzalanan saziş nəqliyyat şəbəkələri, rəqəmsal platformalar, enerji infrastrukturu və logistika da daxil olmaqla qabaqcıl AI sistemlərinin inkişafı üçün lazım olan həssas texnologiyaları və kritik infrastrukturu qorumağı hədəfləyir.Bəyannamədə iqtisadi təhlükəsizliyin milli maraqlar üçün əsas olduğu vurğulanır və şaxələndirilmiş, etibarlı təchizat zəncirləri vasitəsilə həddindən artıq asılılıqların azaldılmasına çağırılır.İştirakçılar, həmçinin innovasiya siyasəti, AI-nin tətbiqi, təchizat zənciri əməkdaşlığı və təhlükəsizlik üzrə işçi qrupları yaratmaq barədə razılığa gəliblər. ABŞ Dövlət Departamenti bildirib: “Heç bir dövlət süni intellekt dövrünün təməllərini təkbaşına təmin edə bilməz”.“Financial Times” qəzetinin ABŞ-nin dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqə istinadla verdiyi məlumata görə, Almaniya, İsveç, Niderland və Avropa Komissiyasının gələn həftə bəyannaməni imzalayacağı gözlənilir.Razılaşma ABŞ-Çin ticarət gərginliyi fonunda Çinin Şençjen şəhərində keçiriləcək 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) iqtisadi liderlərinin sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp, Çinini Sədri Si Cinpin və Rusiya lideri Vladimir Putin arasında cümə axşamı planlaşdırılan üçtərəfli görüşdən əvvəl imzalanıb.</description>
Elm sevdalısının ömür salnaməsi: sözlə düşünür, qələmlə yol gedir...
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri, professor İsmayıl Oruc oğlu Məmmədlinin 80 illik yubileyi onun elmə, Azərbaycan dilinin qorunmasına və inkişafına həsr olunmuş zəngin fəaliyyətini bir daha diqqətə çatdırır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli deyib. O bildirib ki, İsmayıl Məmmədlinin 80 illik ömür yoluna nəzər saldıqda Azərbaycan dilinin və dilçiliyinin müəyyən bir dövrünün canlı mənzərəsi ilə qarşılaşırıq. Alim ömrünü sözə həsr edib, sözlə işləyib, ona xidmət edib və onun keşiyində dayanıb. Söz yalnız ifadə vasitəsi deyil, xalqın yaddaşı, tarixi, düşüncəsi və dünyagörüşüdür. Bir sözün mənasını düzgün müəyyənləşdirmək, məna çalarlarını dəqiq açmaq və lüğətdə təqdim etmək böyük zəhmət və məsuliyyət tələb edir. İsmayıl Məmmədlinin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini məhz lüğətçilik sahəsi təşkil edir. Onun adı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, “Yeni sözlər və yeni mənalar lüğəti”, “Azərbaycan dilinin məcazlar lüğəti” kimi mühüm nəşrlərlə yanaşı, “Ekran, efir və dilimiz”, “Azərbaycan dilinin etnoqrafik leksikası”, “Qəzet dilinin leksikası”, “Axtarışlar, yozumlar, anımlar” kimi əsərlərlə bağlıdır. Dördcildlik “Azərbaycan dilinin izahlı lüğəti”nin hazırlanmasında iştirakı, “Səməd Vurğunun bədii dilinin izahlı lüğəti”, “Cəfər Cabbarlının bədii dilinin lüğəti” və digər leksikoqrafik əsərlərin tərtibindəki əməyi onun Azərbaycan lüğətçiliyinin inkişafına verdiyi töhfələrin mühüm göstəricisidir.İnstitutun direktoru vurğulayıb ki, lüğət hazırlamaq olduqca ağır və məsuliyyətli işdir. Bu sahə yalnız dərin bilik deyil, həm də böyük səbir, dəqiqlik və zəhmət tələb edir. İsmayıl Məmmədlinin Azərbaycan dilçiliyində xidmətlərini səciyyələndirən mühüm cəhətlərdən birinin də onun dilə münasibəti olduğunu bildirən Nadir Məmmədli alimin televiziya fəaliyyətinə diqqət çəkib. Qeyd edib ki, İsmayıl Məmmədli 1980-ci illərdə Azərbaycan dilinin ictimai həyatımızda bugünkü mövqeyə və imkanlara malik olmadığı bir dövrdə “Azərbaycan dili” verilişinin aparıcısı olub. “Dil xalqın mənəvi sərvətidir” televiziya proqramı ilə yanaşı, bu veriliş də minlərlə tamaşaçının diqqətini ana dilimizin zənginliyinə, gözəlliyinə və düzgün işlədilməsi məsələlərinə yönəldib. Beləliklə, alimin fəaliyyəti iki mühüm istiqaməti - dilin elmi şəkildə araşdırılması və qorunmasını, eləcə də dil haqqında biliklərin geniş ictimaiyyətə çatdırılmasını özündə birləşdirir. Bu mənada İsmayıl Məmmədli həm alim, həm müəllim, həm də ana dilimizin təbliğatçısıdır. Nadir Məmmədli alimin elmi fəaliyyətinin əhəmiyyətinin yalnız yazdığı əsərlər və gördüyü işlərlə məhdudlaşmadığını da bildirib: “Onun yetişdirdiyi alimlər, tədqiqatçılar, məsləhət və rəylərindən bəhrələnən insanlar da bu elmi fəaliyyətin davamı və irsinin mühüm hissəsidir. İsmayıl Məmmədlinin elmi rəhbərliyi ilə çoxsaylı fəlsəfə və elmlər doktorları yetişib. Əsl müəllimlik də elmi əsərlər yazmaqla yanaşı, başqalarının elmi yolunu və tədqiqat istiqamətini müəyyənləşdirməsinə kömək etməkdir. O, həmçinin dilçilikdə sözün hər bir incəliyinin, məna çalarının diqqət və dəqiqlik tələb etdiyini vurğulayıb. İsmayıl Məmmədlinin uzun illər lüğətçilik sahəsində çalışması, çoxsaylı elmi və publisistik əsərlərin redaktəsində, müzakirəsində və qiymətləndirilməsində iştirakı, müxtəlif tədqiqatlara rəhbərlik etməsi onun tələbkarlığının bariz nümunəsidir”.  Professor Nadir Məmmədli İsmayıl Məmmədlinin 80 illik yubileyinin yalnız bir insanın əlamətdar gününün qeyd olunması deyil, Azərbaycan dilinə həsr edilmiş böyük bir ömrün bayramı olduğunu bildirib. Vurğulayıb ki, alim sözləri toplayıb, izah edərək lüğətlərdə yaşadıb, dilimizi efirdən səsləndirərək onun zənginliyini və gözəlliyini geniş auditoriyaya çatdırıb, dilimizin elmi sərvətini gələcək nəsillərə ötürmək üçün uzun illər yorulmadan çalışıb: “İsmayıl müəllim Azərbaycan dilinə xidmətin yalnız bir peşə deyil, həm də mənəvi məsuliyyət olduğunu öz elmi fəaliyyəti ilə göstərib. 80 yaş insan ömründə böyük bir mərhələdir. Lakin onun timsalında bir daha görürük ki, elmə və sözə xidmətin yaşı yoxdur. Söz yaşadıqca, dil yaşadıqca, elm yaşadıqca onun əməyinə, təcrübəsinə və müdrikliyinə ehtiyac olacaq”.</description>
İngiltərə millisi ilkə imza atıb, İspaniyanın uğurlu seriyası başa çatıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Futbol üzrə İngiltərə millisi tarixində ilk dəfə bütün turnirlər nəzərə alınmaqla səfərdə ardıcıl 10 oyunda qalib gəlib.AZƏRTAC “Opta” statistika agentliyinə istinadən xəbər verir ki, bu nailiyyət UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turunda İspaniya yığması üzərində qələbə hesabına əldə olunub. Madriddəki “Riyad Air Metropolitano” stadionunda keçirilən qarşılaşma İngiltərə millisinin 3:2 hesablı qalibiyyəti ilə yekunlaşıb.Bundan əlavə, İngiltərə millisi İspaniyanın 43 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub. Bu görüşədək ispanların son məğlubiyyəti 2024-cü ilin martına təsadüf edirdi. Luis de la Fuentenin rəhbərlik etdiyi komanda rəsmi oyunlarda isə 3,5 il idi ki, məğlub olmurdu.Qeyd edək ki, qrupun 2-ci pilləsində qərarlaşan İspaniya yığması 15 xal toplayıb. Eyni xala malik İngiltərə millisi top fərqinə görə rəqibini qabaqlayaraq qrup lideri olub.Hər iki komanda UEFA Millətlər Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanıb.</description>
Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qar yağır.Qar örtüyünün hündürlüyü Şahdağda 20, Qrızda 14, Xınalıqda 7, Kəlbəcərdə 5, Laçında 4, Qubadlıda 2, Qusarda (Laza) 3 sm-dir. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm-dir.Respublikanın rayonlarında düşən yağıntının miqdarı:Qəbələdə 20, Oğuzda 17, Göygöldə 16, Daşkəsəndə 15, Astarada 14, Ağsuda 13, Şamaxı, Bərdə və Tərtərdə 11, Göyçayda 10, Beyləqanda 9, Lənkəran və Gədəbəydə 8, Goranboy, İmişli, Biləsuvar və Kişçayda (Şəki) 6, Lerik, Sabirabad, Şabran, Xaltan, Kürdəmir, Ağdam, Naftalan, Gəncə, Yevlax, Zərdab, Neftçala, Sarıbaş (Qax), Qobustan, Yardımlı, Naxçıvan, Xaçmaz, Mingəçevir, Şəmkir, Balakən, Cəbrayıl, Şahbuzda 1-5 mm-dək qeydə alınır.Şuşa, Xankəndi, Füzuli rayonlarında da arabir leysan xarakterli yağış yağıb.Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir 25 m/s-dək güclənir.Dənizdə dalğanın hündürlüyü 6.2 metrə çatır.</description>
Urxan Ələkbərov: Azərbaycan dövlət idarəçiliyi sahəsində innovativ təcrübəsi ilə beynəlxalq maraq doğurur
                <description>Bakı, 16 noyabr, AZƏRTACAzərbaycan və Qazaxıstan strateji tərəfdaş ölkələrdir və iki dövlət arasında müxtəlif istiqamətlərdə mühüm layihələr həyata keçirilir.AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərov jurnalistlərə açıqlamasında deyib.O bildirib ki, Prezident İlham Əliyevin 2025-ci ildə Qazaxıstana səfəri zamanı imzalanan sənədlər, eləcə də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin oktyabrın 15-də Bakıya səfəri çərçivəsində Trans-Xəzər fiber-optik rabitə xəttinin yaradılması ilə bağlı atılan addımlar iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindəndir. Akademik vurğulayıb ki, əməkdaşlığın uğuru innovativ texnologiyaların tətbiqindən, yeniliklərdən və bilik mübadiləsindən birbaşa asılıdır.U.Ələkbərov qeyd edib ki, Azərbaycan dövlət idarəçiliyinin keyfiyyətinin qiymətləndirilməsi üzrə beynəlxalq reytinqlərdə də mühüm nəticələr əldə edib. Sinqapurda fəaliyyət göstərən Chandler İnstitutunun Dövlət İdarəçiliyi İndeksində ölkəmiz 133 dövlət arasında 57-ci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan layihələrin həyata keçirilməsi üzrə 5-ci, maliyyə idarəçiliyi sahəsində isə 3-cü yerdədir.“Bu nailiyyətlər uzunmüddətli strateji qərarların və innovativ idarəetmə texnologiyalarının tətbiqinin nəticəsidir. Buna misal olaraq 2004-cü ildə, neft və qaz sektorunun iqtisadiyyatda əsas yer tutduğu bir dövrdə Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafına dair milli proqramın qəbul edilməsini göstərib”, - deyə o bildirib.Akademik dövlət idarəçiliyində dövlət-özəl tərəfdaşlığının yeni mərhələyə keçdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycanda bu model dövlətin, özəl sektorun və vətəndaş cəmiyyətinin birgə fəaliyyətini nəzərdə tutan daha geniş əməkdaşlıq mexanizminə çevrilib.U.Ələkbərov vətəndaş cəmiyyətinin dövlət idarəçiliyində iştirakının əhəmiyyətini vurğulayaraq bildirib ki, bu proses artıq yalnız müşahidə və məsləhətləşmə ilə məhdudlaşmır, idarəetmə mexanizmlərinin formalaşması və inkişafını da əhatə edir.O əlavə edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində topladığı təcrübə beynəlxalq maraq doğurur. Bu təcrübəni öyrənmək məqsədilə Özbəkistan, Qazaxıstan və Çindən nümayəndə heyətləri Bakıya səfər edirlər. Hazırda Qazaxıstandan olan ikinci qrup ikihəftəlik təlim proqramında iştirak edir.Akademik əmin olduğunu bildirib ki, bu əməkdaşlıq həm təcrübə mübadiləsinə, həm də ölkələr arasında əlaqələrin daha da inkişafına töhfə verəcək. Müxbir - Pərvanə Qafarova Fotoqraf - İlkin Cavanşirov</description>
İdarəçilik Akademiyası Qazaxıstanın dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlayır
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) Qazaxıstanın müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışan, eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistratura pilləsində təhsil alan dövlət qulluqçuları üçün növbəti təlim-təcrübə proqramına başlanılır.AZƏRTAC xəbər verir ki, “Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb. U.Ələkbərov bildirib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə xidmət edir.Qazaxıstanın nümayəndə heyətinin rəhbəri Abdukadırov Bauırcan dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.DİA-nın Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri, deputat Hikmət Babaoğlu çıxışında Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübədən, müasir idarəetmə yanaşmalarından və bu təcrübənin beynəlxalq səviyyədə paylaşılmasının əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, DİA bu istiqamətlər üzrə bir sıra xarici ölkələrin dövlət qulluqçuları üçün təlim və təcrübə proqramları həyata keçirərək Azərbaycanın idarəçilik təcrübəsinin öyrənilməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.Qeyd edək ki, 2 həftə davam edəcək təlim-təcrübə proqramı çərçivəsində, qazaxıstanlı dövlət qulluqçularının Azərbaycanın dövlət idarəçiliyi təcrübəsi, institusional islahatları və innovativ idarəetmə mexanizmləri ilə yaxından tanış olmaları məqsədilə Azərbaycan Respublikasının Milli Məclisinə, Kənd Təsərrüfatı Nazirliyinə, ASAN İnnovasiya Mərkəzinə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə, eləcə də digər dövlət qurumlarına tanışlıq və təcrübə mübadiləsi səfərlərinin təşkili planlaşdırılır. Müxbir - Pərvanə Qafarova Fotoqraf - İlkin Cavanşirov</description>
İraq mediasında Zəfər Günü və işğaldan azad edilmiş ərazilərdə bərpa işləri barədə məqalələr dərc olunub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC İraqın “Zaman”, “Dustur”, “Besmar”, “alhadathcenter” saytlarında, eləcə də Misirin “əl-Diplomasi” qəzetində Azərbaycanın 8 Noyabr – Zəfər Günü, Vətən müharibəsində qazanılmış tarixi Qələbə, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və regionda sülh perspektivlərinə həsr olunmuş məqalələr dərc edilib.AZƏRTAC xəbər verir ki, iraqlı tədqiqatçı Mutəzz Muhy Əbdülhəmidin müəllifli olduğu yazılarda 8 Noyabrın Azərbaycan xalqının milli yaddaşında xüsusi yer tutduğu vurğulanır, bu tarixin ölkənin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə ehtiramın, milli birliyin və həmrəyliyin rəmzi olduğu qeyd edilir.Məqalələrdə 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsinin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğu bildirilir. Prezident İlham Əliyevin rəhbərliyi, xalqın birliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı tarixi Qələbənin əsas amilləri kimi səciyyələndirilir.Müəllif müharibədənsonrakı dövrdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq layihələrinə də diqqət çəkir. Yolların, körpülərin və hava limanlarının inşası, müasir şəhər və kəndlərin salınması, tarixi-mədəni abidələrin bərpası, eləcə də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı istiqamətində görülən işlər xüsusi vurğulanır. Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mədəni irsin bərpası layihələri də qeyd olunur.Yazılarda mina təhlükəsinin Azərbaycanın üzləşdiyi əsas humanitar problemlərdən biri olduğu, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və ərazilərin təhlükəsizliyinin təmin edilməsinin mühüm əhəmiyyət daşıdığı bildirilir.Məqalələrin digər hissəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması məsələləri təhlil edilir. Müəllif 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazisində bərpa olunduğunu vurğulayır.Müəllif, həmçinin 2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin razılaşdırılmış mətninin paraflanmasının Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaratdığını qeyd edir.Yazılarda Azərbaycanın suverenlik və ərazi bütövlüyünün qorunması ilə yanaşı, regionda davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş səyləri müsbət qiymətləndirilir.</description>
NASA-nın “Voyager-1” zondu kosmosda 26 milyard kilometr məsafə qət edir
                <description>Bakı, 16 noyabr, AZƏRTAC NASA-nın “Voyager-1” zondu 1977-ci ildə kosmosa buraxıldığı vaxtdan bəri Yer kürəsindən digər kosmik gəmilərdən daha uzaq məsafə qət edib. AZƏRTAC NASA-nın məlumatına istinadla xəbər verir ki, illər əvvəl Günəş sistemimizdən çıxan və ulduzlararası fəzada səyahət edən zond indi əlamətdar bir mərhələnin astanasındadır - işığın 24 saatda qət etdiyi məsafəni, yəni bir işıq gününü qət edir. İşıq günü təxminən 26 milyard kilometrdir. ABŞ kosmik agentliyi bildirib ki, virtual kosmos vakuumundan saatda təxminən 61 min kilometr sürətlə uçan “Voyager-1” noyabrın 18-də səhər saat 05:16-da (GMT vaxtı ilə 10:16) Yer kürəsindən rekord məsafəyə çatacaq. Robot kosmik gəmisi insan tərəfindən hazırlanmış ən uzaq obyekt olmaq xüsusiyyətinə malikdir.İşıq ili bir çox insan üçün daha tanış bir anlayış ola bilər, o, geniş kosmik məsafələr üçün istifadə olunan bir meyardır. Bu, foton adlanan işıq hissəciyinin bir ildə qət etdiyi məsafədir - təxminən 9,5 trilyon kilometrə bərabərdir. Məsələn, Günəş sistemimizdən kənarda ən yaxın ulduzlar təxminən 4,24 işıq ili uzaqlıqda yerləşən “Alfa Sentavr” sistemini təşkil edən üç ulduzdur. “Voyager-1” və əkiz kosmik gəmi olan “Voyager-2” təqribən yarım əsr əvvəl kosmosa buraxılmış və irəliləməyə davam etməzdən əvvəl xarici Günəş sistemindəki planetləri araşdırıb. Hər iki gəminin buraxılışından 16 gün sonra birinci zond Florida ştatındakı Kanaveral burnundan “Titan IIIE-Centaur” raketi ilə 5 sentyabr 1977-ci ildə kosmosa göndərilən əkizini ötüb keçib. O, Günəşin yaratdığı hissəciklər və maqnit sahələrinin qoruyucu qabarcığı olan heliosferin xarici kənarını keçərək 2012-ci ildə ulduzlararası fəzaya daxil olub və məlumat toplamağa davam edib.NASA-nın astronomları qeyd edirlər ki, bu, qalaktik kosmik şüaların (sürətli hərəkət edən enerjili hissəciklər) enerji spektrlərini aşağı enerjilərdə bildirən ilk kosmik gəmi olub. Günəş küləyinin geri itələməsi səbəbindən bu enerjili hissəciklər heliosferin içərisində müşahidə edilə bilməz”.“Voyager-2” zondu isə 2018-ci ildə ulduzlararası fəzaya daxil olub.</description>
Qızıl və gümüş ucuzlaşıb VİDEO
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 47,7 dollar azalaraq 3 838,6 dollar təşkil edib.AZƏRTAC xəbər verir ki, gümüşün qiyməti isə 1,91 dollar azalaraq 47,22 dollara bərabər olub.</description>
Bakıda güclü külək nəticəsində 32 ağac sınıb, 36 ağacın budaqları qırılıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Bakıda ötən gündən etibarən müşahidə olunan güclü külək bütün gecə boyu davam edib. Bununla əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərib və küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirirlər.Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, noyabrın 15-i axşam saatlarından başlayaraq əsən güclü külək nəticəsində ümumilikdə 32 ağac sınıb, 36 ağacın isə budaqları qırılıb. Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları hadisə yerlərinə operativ şəkildə cəlb olunub. Sınmış ağaclar və qırılmış budaqlar xüsusi texnika və əməkdaşların köməyi ilə ərazilərdən götürülüb, ətrafda təmizlik işləri aparılıb. Hadisələrin qeydə alındığı ərazilərdə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinə maneə yarada biləcək qalıqların aradan qaldırılması təmin edilib.Qeyd edək ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər. Güclü küləkli hava şəraitinin davam edəcəyi ehtimalı nəzərə alınaraq, şəhərin yaşıllıq ərazilərində nəzarət və monitorinq tədbirləri həyata keçirilir.</description>
Birjalarda neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib VİDEO
                <description>Bakı, 16 noyabr, AZƏRTACDünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,1 dollar azalaraq 95,74 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar artaraq 88,69 dollar təşkil edib.</description>
COP31-də bu gün elm, sənaye və texnologiya məsələlərinə həsr olunub
                <description>Antalya, 16 noyabr, AZƏRTACAntalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) işini davam etdirir. Konfransın ikinci həftəsinə təsadüf edən səkkizinci günün əsas mövzusu elm, sənaye və texnologiyadır.AZƏRTAC xəbər verir ki, bu gün çərçivəsində iqlim dəyişmələri ilə mübarizədə elmi yanaşmaların, innovativ texnologiyaların və yaşıl sənayeləşmənin rolu müzakirə olunur. Rəqəmsallaşma, süni intellekt, aşağıkarbonlu istehsal və kiçik və orta sahibkarlığın yaşıl transformasiyada iştirakı diqqət mərkəzindədir.Günün proqramında dayanıqlı soyutma sistemləri və istilik risklərinə davamlılıq, metan emissiyalarının azaldılması, təmiz texnologiyaların inkişafı və iqlim maliyyələşdirilməsi ilə bağlı tədbirlər də yer alıb.COP31 çərçivəsində, həmçinin iqlim siyasətinin həyata keçirilməsi, maliyyə imkanlarının genişləndirilməsi və ölkələrin qarşıya qoyulan hədəflərə nail olması istiqamətində danışıqlar aparılır.Qeyd edək ki, Antalyada keçirilən COP31 çərçivəsində tullantıların idarə olunması və təkrar emalı istiqamətində “Sıfır Tullantı” sistemi tətbiq edilir.Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin məlumatına əsasən, konfransın Mavi və Yaşıl zonalarında ilk beş gün ərzində təxminən 100 ton qatı tullantı toplanıb. Onların 80 faizi təkrar emala, 20 faizi isə müvafiq utilizasiya müəssisələrinə yönəldilib. Ərazidə tullantıların çeşidlənməsi üçün 600 xüsusi konteyner yerləşdirilib. Buradakı yeməkxanalardan toplanan işlənmiş yağlar biodizel yanacağa çevrilərək ərazidəki generatorlarda istifadə olunur. Üzvi tərkibli tullantılar isə kompost gübrəyə və sahibsiz heyvanlar üçün yemə çevrilir. İlk beş gündə bu üsulla 1,5 ton üzvi tərkibli tullantı əldə edilib.Konfransa noyabrın 20-də yekun vurulacaq.  Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya</description>
İlin son sınağı: Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycanın futbol üzrə milli komandası bu gün beynəlxalq yoldaşlıq görüşündə meydana çıxacaq.AZƏRTAC xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Andorra komandası ilə səfərdə qarşılaşacaq.Enkamp şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.Görüşün baş hakimi ispaniyalı FIFA referisi Xose Luis Munuera olacaq.Qeyd edək ki, bu, milli komandanın 2026-cı ildə son oyunu olacaq. Yığmanın kapitanı Emin Mahmudov bu görüşdən sonra Azərbaycan millisindəki karyerasını başa vuracaq.</description>
FHN: Ötən həftə ərzində 182 yanğına çıxış olub, 61 nəfər xilas edilib VİDEO
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 182 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 61 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 6 nəfərin meyiti təhvil verilib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 72 yanğına çıxış, 15 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 18 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.</description>
ABŞ Putin, Tramp və Si Cinpin arasında noyabrın 19-da keçiriləcək görüşü təsdiqləyib
                <description>Bakı, 16 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Trampın cədvəlinə əsasən, Rusiya, ABŞ və Çin liderləri Vladimir Putin, Donald Tramp və Si Cinpin arasında üçtərəfli görüş noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək.AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.Görüşün “Kylin Villa” hotel kompleksində keçirilməsi və Bakı vaxtı ilə saat 10:30-da başlaması planlaşdırılır.Qeyd edək ki, noyabrın 14-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu açıqlayıb. Noyabrın 16-da isə Çin Xarici İşlər Nazirliyi Si Cinpinin görüşdə iştirakını təsdiqləyib.</description>
16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Hər il noyabrın 16-da dünyada Beynəlxalq Tolerantlıq Günü qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətdə dözümlülük, qarşılıqlı hörmət, anlaşma və fərqli mədəniyyətlərə, dinlərə, dillərə və dünyagörüşlərinə hörmət prinsiplərinin təşviq edilməsidir.1995-ci il noyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) üzv dövlətləri Tolerantlıq Prinsipləri haqqında Bəyannaməni qəbul ediblər. Həmin sənəd tolerantlığın sülhün, demokratiyanın və sosial ədalətin əsas şərtlərindən biri olduğunu vurğulayır. 1996-cı ildə isə BMT Baş Assambleyası üzv dövlətləri hər il noyabrın 16-sını Beynəlxalq Tolerantlıq Günü kimi qeyd etməyə dəvət edib.Bəyannamədə tolerantlıq insanların müxtəlifliyinə hörmət, onu qəbul etmək və qiymətləndirmək kimi xarakterizə olunur. Sənədə əsasən, tolerantlıq yalnız fərqli fikirlərə dözmək deyil, eyni zamanda insanların hüquq və azadlıqlarına hörmətlə yanaşmaq, ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə aparmaq deməkdir.Araşdırmalara görə, tolerantlıq anlayışı 16-17-ci əsrlərdə Qərbdə yaranıb və inkişaf edib. Əsasən dini mahiyyətli bu anlayış həmin dövrlərdə Avropada gedən məzhəblərarası münaqişələrin qarşısının alınması, dini ayrı-seçkiliyin ləğv edilməsi üçün müxtəlif dövlətlər tərəfindən ideologiya kimi dəstəklənmiş və siyasi iradədə öz əksini tapmışdır. Tolerantlıq cəmiyyətlərdə sülhün və sabitliyin qorunması, müxtəlif etnik, dini və mədəni qruplar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə münaqişələrin, dini və irqi ayrı-seçkiliyin, ksenofobiyanın və nifrət nitqinin artdığı bir dövrdə tolerantlıq prinsiplərinin qorunması daha da aktuallaşır.UNESCO-nun yanaşmasına görə, tolerantlıq insanların fərqliliklərini qəbul etməklə yanaşı, onların bərabər hüquq və azadlıqlarının təmin olunmasını da nəzərdə tutur. Bu baxımdan təhsil, mədəniyyətlərarası dialoq, maarifləndirmə və informasiya vasitələrinin fəaliyyəti tolerantlıq düşüncəsinin formalaşmasında mühüm rol oynayır.Beynəlxalq Tolerantlıq Günü insanları fərqliliklərə hörmətlə yanaşmağa, ayrı-seçkiliyə qarşı çıxmağa və daha inklüziv cəmiyyət qurmağa çağırır. Günün əsas mesajı isə ondan ibarətdir ki, fərqliliklər cəmiyyətləri ayıran deyil, zənginləşdirən dəyərlərdir.Müxbir- Günel Türksoy</description>
Dövlət sərhədini pozmağa cəhd edən paratrike tipli uçuş aparatı zərərsizləşdirilib VİDEO
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycan istiqamətində hərəkət edən paratrike tipli uçuş aparatı müşahidə edilib.DSX-dən AZƏRTAC-a bildirilib ki, keçirilmiş kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində paratrike zərərsizləşdirilib, ümumi çəkisi 21 kiloqram 210 qram narkotik vasitə (19 kiloqram 270 qram marixuana, 1 kiloqram 940 qram tiryək) və 4000 ədəd psixotrop tərkibli metadon M-40 həbi aşkar edilərək götürülüb, uçuş aparatını idarə edən İran vətəndaşı sərhəd pozucusu qismində saxlanılıb.Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif vaxtlarda uçuş aparatları vasitəsilə Azərbaycanın ərazisinə narkotik vasitələrin qanunsuz keçirilməsi halları müşahidə edilib. Bu kimi əməllər dövlət sərhədinin toxunulmazlığına və ölkənin təhlükəsizliyinə qarşı yönəlmiş qanunazidd fəaliyyət kimi qiymətləndirilir.Dövlət Sərhəd Xidməti bir daha bildirir ki, dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması, həmin məqsədlərlə istifadə olunan texniki və uçuş vasitələrinin zərərsizləşdirilməsi, habelə bu əməllərdə iştirak edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək.</description>
Hazırda Bakıda bir neçə istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;7. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində.</description>
Paytaxtda qızıl-zinət əşyaları və mobil telefon oğurlayan şəxslər saxlanılıblar
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Sabunçu və Nəsimi rayonları ərazisində yerləşən mağaza və evlərdən oğurluqlar edilib. Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə Sabunçu rayonu ərazisindəki mağazalardan birindən 2620 manat dəyərində qızıl-zinət əşyasını oğurlayan mağazanın əməkdaşı Ş.Əsədova, Yasamal rayonu ərazisindəki evlərdən birindən 2000 manat dəyərində mobil telefon oğurlayan N.Rəsulov müəyyən olunaraq saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.</description>
Tailandda baş verən yanğın nəticəsində 11 nəfər həlak olub
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Tailandın Phuket adasının Patong turizm bölgəsində motosiklet icarəsi mağazasında baş verən yanğın nəticəsində 11 nəfər həlak olub.AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, yanğın noyabrın 16-da səhər saatlarında başlayıb və qısa müddətdə qonşu tikililərə yayılıb.Polisin ilkin məlumatına əsasən, hadisə nəticəsində xarici turistlər arasında xəsarət alan və ya həlak olan olmayıb.Hazırda yanğının səbəbləri araşdırılır.</description>
Husilər Yəmənin müvəqqəti paytaxtı Ədənə doğru irəliləyirlər
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Yəmənin husiləri beynəlxalq səviyyədə tanınmış hökumətin müvəqqəti qərargahının yerləşdiyi Ədən şəhərinə doğru irəliləyirlər. Husi qüvvələrinin şəhərdən təxminən 50 kilometr məsafədə olduğu bildirilir.AZƏRTAC xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.Məlumata görə, Yəmən hökuməti şəhərin müdafiəsini gücləndirmək məqsədilə ölkənin digər bölgələrindən əlavə qüvvələr cəlb edir. “Əl-Cəzirə” telekanalının məlumatına əsasən, hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən də yenidən yerləşdiriləcək.Husilər isə hökumət qüvvələrinin geri çəkildiyi Qırmızı dəniz sahilindəki ərazilərə nəzarəti ələ keçirdiklərini bildiriblər.</description>
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək
                <description>Bakı, 16 noyabr, AZƏRTAC Avropa ölkələri Ukraynadakı münaqişənin həlli ilə bağlı sülh danışıqlarında “E5 + Aİ” formatında iştirak edəcəklər.AZƏRTAC xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Finlandiya Prezidenti Aleksandr Stubbla söhbətindən sonra “X” sosial şəbəkəsində bildirib.Məlumata görə, danışıqlarda Aİ qurumları ilə yanaşı, Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa da təmsil olunacaq.</description>