СПОРТ


Formula 1 Ayfel Qran-Prisinin start yürüşü təxirə salınıb

Bakı, 9 oktyabr, AZƏRTAC

Formula 1 üzrə dünya çempionatının 11-ci mərhələsi - Ayfel Qran-Prisinin start yürüşü təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Almaniyanın “Nurburqrinq” avtodromunda keçirilməli olan yürüş havanın soyuq və buludlu olması səbəbindən baş tutmayıb. Trasın dumanla örtülməsi yürüşün təşkilini mümkünsüz edib.

Bu yarışda, həm də, Formula 2 mövsümünün ən yaxşı sürücüləri Mixail Şumaxerin oğlu Mik və britaniyalı Kallum Aylott da Formula 1-də debüt edəcəkdilər. Belə ki, gənc pilotlar növbəti Qran-Pridə sükan arxasına keçəcəklər.

“Nurburqrinq”də Formula 1 mərhələsi sonuncu dəfə 2013-cü ildə keçirilib və alman Sebastyan Fettelin çempionluğu ilə başa çatıb.

© При использовании информации гиперссылка обязательна.
При обнаружении в тексте ошибки, надо ее выделить, нажав на клавиши ctrl + enter, и отправить нам

НАПИСАТЬ АВТОРУ

заполните места, указанные значком *

Пожалуйста, введите буквы, указанные на рисунке
Буквы могут быть как прописными, так и строчными