РЕГИОНЫ


“Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda növbəti görüş Ağcabədi rayonunda keçirilib

Ağcabədi, 28 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Daxili İşlər və Kənd Təsərrüfatı nazirliklərinin nazir müavinlərinin, Baş Prokurorluğun əməkdaşlarının və icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə “Təbiət ərazilərində yanğın təhlükəsizliyi” mövzusunda sahibkar və fermerlərlə növbəti görüş Ağcabədidə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev fermerlər və sahibkarlara biçin mövsümündə diqqətli olmaları, təhlükəsizlik qaydalarına ciddi əməl etmələri və taxıl sahələrini yandırmamaları üçün müraciət edib. Nazir müavini yanğın hallarının qarşısını almaq məqsədilə maarifləndirmə işlərinin mütəmadi davam etdirilməli olduğunu da vurğulayıb.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qeyd edib ki, yanğın baş verən sahənin əvvəlki halına qayıtması üçün illərlə vaxt lazımdır. “Eyni zamanda, nəzərə almalıyıq ki, yanğınların söndürülməsi üçün böyük miqdarda suya ehtiyac var. Sudan səmərəli istifadə baxımından da hər birimiz yanğınların baş verməməsi üçün diqqətli olmalıyıq. Dəfələrlə taxıl biçildikdən sonra sahəni yandırmamaq barədə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də bu cür hallarla üzləşirik”, - deyə nazir müavini söyləyib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev taxıl əkininin respublikamızın ərzaq təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu baxımdan aidiyyəti qurumlarla birlikdə taxıl sahələrinin yanğından qorunmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bunun üçün digər dövlət qurumları ilə birlikdə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilir. Kənd təsərrüfatı əkinlərinin yanğınlardan qorunması yanğından mühafizə əməkdaşları ilə yanaşı, bütün aqrar sahədə çalışan əməkçilərin, təsərrüfat başçılarının, mexanizatorların və digər şəxslərin də ümdə vəzifəsi olmalıdır.

Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilib.

© При использовании информации гиперссылка обязательна.
При обнаружении в тексте ошибки, надо ее выделить, нажав на клавиши ctrl + enter, и отправить нам

НАПИСАТЬ АВТОРУ

заполните места, указанные значком *

Пожалуйста, введите буквы, указанные на рисунке
Буквы могут быть как прописными, так и строчными