Haqqımızda

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən 1920-ci il martın 1-də yaradılan AZƏRTAC sonralar, sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını qaytarmış - 1995-ci il martın 3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi, 2000-ci il yanvarın 17-dən isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa başlamışdır.

AZƏRTAC rəsmi məlumatlarla bərabər, fasiləsiz olaraq Azərbaycan, ingilis, rus, fransız, alman, ərəb və çin dillərində ictimai-siyasi və iqtisadi mövzularda, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. barədə dəqiq və operativ informasiya yayır.

AZƏRTAC-ın Videosaytı və Uşaq Bilik Portalı fəaliyyət göstərir. AZƏRTAC foto və yazılı informasiyalarla yanaşı, ölkənin sosial, siyasi, iqtisadi, idman həyatından videoxəbərlər hazırlayır, onları internet resursunda və sosial şəbəkələrdə yayır. Agentliyin multimedia və videoxəbər xidməti "Gəzdim Azərbaycanı", "Abidələrimiz", "Dünya şəhərləri" və digər bir sıra layihələr hazırlayır.

Bizimlə əməkdaşlıq etmək arzusunda olanlar ilə əlaqə yaratmağa şad olarıq.

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC
AZ1000, Bakı, Bülbül prospekti, 30

İdarə Heyətinin sədri - Aslan Aslanov


E-mail: [email protected], [email protected]
URL: http://www.azertag.az/
http://video.azertag.az/
http://photo.azertag.az/
http://portal.azertag.az/
http://www.azertag.gov.az/

Tel.: (+994 12) 493-59-29, 498-60-07
Faks: (+994 12) 493-62-65, 598-53-34