SON XƏBƏRLƏR
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
AzerTAg.az
16.10.2018 [17:31]
Oktyabrın 16-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti dəfə məcburi köçkünlərlə görüşüb. Görüşdə Dövlət Komitəsinin sədr müavinləri, şöbə və departament müdirləri də iştirak ediblər.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ...
Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ölkəmizdəki dini vəziyyət barədə məlumatlandırılıblar
AzerTAg.az
16.10.2018 [17:28]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı oktyabrın 16-da Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrə və Vyanada yerləşən qərargahlarının əməkdaşları Ceyson Aplon, Aleksandr Doqqen və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktoprak ilə görüşüb ...
Topaz Premyer Liqasının VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb
AzerTAg.az
16.10.2018 [17:24]
Topaz Premyer Liqasında VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda “Qəbələ”–“Neftçi” qarşılaşmasını hakim Rəhim Həsənov idarə edəcək ...
Oktyabrın 17-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub
AzerTAg.az
16.10.2018 [17:20]
Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Mərkəzi Bankının oktyabrın 17-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində ...
Azərbaycan Ağır Atletika Federasiyasında antidopinq seminarı keçiriləcək
AzerTAg.az
16.10.2018 [17:19]
Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) təlimatına əsasən, Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) birgə təşkilatçılığı ilə oktyabrın 17-də antidopinq seminarı keçiriləcək.
AAAF-dan AZƏRTAC bildiriblər ki, tədbirdə dinləyici qismində idmançılar ...
Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin ilkin endirimli qiyməti açıqlanıb
AzerTAg.az
16.10.2018 [17:17]
2019-cu ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin bilet satışına oktyabrın 16-da start verilib. Formula 1 azarkeşləri biletləri cari ilin sonunadək 20 faizədək endirimlə Bakının 13 satış məntəqəsində əldə edə bilərlər. AZƏRTAC xəbər verir ki, ilkin endirim ...
Dövlət Neft Fondu bu il 14,3 ton qızıl alıb
AzerTAg.az
16.10.2018 [17:12]
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ildə 14,3 ton qızıl alıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Neft Fondundan məlumat verilib.
“2017-ci ilin sonuna Dövlət Neft Fondunun investisiya portfelində ...
Piylənmə qadınlarda bağırsaq xərçənginə səbəb ola bilər
AzerTAg.az
16.10.2018 [17:08]
Mütəxəssislər 1989-cu ildən 2011-ci ilədək 25-44 yaş arası 85 min qadının analizlərinin nəticələrini təhlil ediblər. Hər 2-4 ildən bir iştirakçılar öz çəkiləri, həyat tərzləri və ümumi sağlamlıq vəziyyətləri barədə mütəxəssislərə məlumat veriblər. Bu müddət ərzində 50 yaşa qədər 114 qadında koloretal xərçəng ...
2019-cu il Formula 1 Azərbaycan Qran-Prisinin biletləri satışa çıxarılıb VİDEO
AzerTAg.az
16.10.2018 [17:07]
Gələn il Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin biletlərinin satışına oktyabrın 16-da start verilib.
AZƏRTAC xəbər verir ki, “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin ...
Mərakeşdə qatar qəzası: azı 10 nəfər ölüb, 90 nəfər yaralanıb VİDEO
AzerTAg.az
16.10.2018 [17:06]
Mərakeşdə sərnişin qatarının relsdən çıxması nəticəsində azı 10 nəfər həlak olub, 90 nəfər isə xəsarət alıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Sky News Arabia telekanalının yaydığı məlumata görə, insident oktyabrın 16-da yerli vaxtla səhər saat ...
BDU-nun “50+50” qrant proqramı müsabiqəsində 89 nəfər iştirak edir
AzerTAg.az
16.10.2018 [17:04]
Bakı Dövlət Universitetində (BDU) universitetdaxili “50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş olub.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, universitetin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə keçirilən görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov elmi-tədqiqatların ...
İspan alimləri coğrafi təhlil üçün nanopeyklər yaradırlar
AzerTAg.az
16.10.2018 [17:03]
”Karten Space” şirkətini təmsil edən ispan alimləri Yerin səthində çox sürətlə coğrafi təhlil aparmağa imkan verən texnologiya işləyib hazırlayıblar.
AZƏRTAC xəbər verir ki, mühəndislər Aynoa Sid del Valle və Maksimo Kalvo tərəfindən 2015-ci ilin mayında ...
Göyçay: kənd təsərrüfatında məhsul istehsalı 1,8 faiz artıb
AzerTAg.az
16.10.2018 [16:44]
Göyçayda cari ilin doqquz ayında aqrar sahədə daha uğurlu nəticələr qazanılıb. Bu mövsümdə 14,7 min hektar sahədən 42,7 min ton mühüm strateji məhsul olan taxıl istehsal edilib ki, bu da əvvəlki ildəkindən 721,6 ton çoxdur. Taxılın məhsuldarlığı 0,8 ...
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti gələn ilin birinci yarısında nəşr ediləcək
AzerTAg.az
16.10.2018 [16:43]
Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasını bu ilin sonuna qədər başa çatdırmaq və gələn ilin birinci yarısında onu nəşr etmək planlaşdırılır.
AZƏRTAC Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadla xəbər verir ki, AMEA-nın Dilçilik İnstitutunda ...
Lənkəran Dövlət Universiteti üçün yeni yataqxana binası tikilir
AzerTAg.az
16.10.2018 [16:42]
Üç min beş yüz nəfərə yaxın tələbə və magistrantın təhsil aldığı Lənkəran Dövlət Universitetində (LDU) 160 yerlik, beşmərtəbəli yeni yataqxana binasının tikintisinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni bina LDU-nun idarəçiliyinə ...
Səudiyyə Ərəbistanının Kralı ABŞ-ın dövlət katibi ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
AzerTAg.az
16.10.2018 [16:39]
Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeonu qəbul edib.
AZƏRTAC Səudiyyə Xəbər Agentliyinə (SPA) istinadla xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında tarixi münasibətləri və ...
Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib VİDEO
AzerTAg.az
16.10.2018 [16:32]
Oktyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Siyasi Sənədlər Arxivində “Müstəqilliyə gedən yol – tarixi həqiqətlər prizmasında” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Siyasi Sənədlər Arxivinin ...
Respublika Veteranlar Təşkilatının uğurlu fəaliyyətinin əsasında Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı dayanır
AzerTAg.az
16.10.2018 [16:31]
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fəaliyyət göstərdiyi 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edib və bu gün də yüksək fəallığı ilə seçilən aparıcı ictimai qurumlardan biridir. Hazırda ...
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər
AzerTAg.az
16.10.2018 [16:25]
Avropa İttifaqı və Türkmənistan nəqliyyat-tranzit marşrutlarının inkişafı məsələlərini müzakirə ediblər. Bu marşrutlar Mərkəzi Asiya regionunu Avropa ölkələri ilə birləşdirə bilər.
AZƏRTAC “Nebit-Qaz” nəşrinə istinadla xəbər verir ki, bu məsələ Brüsseldə Türkmənistan baş nazirinin müavini ...
Pedaqoji ictimaiyyətin nəzərinə: İngilis dili fənni üzrə seminar canlı yayımlanacaq
AzerTAg.az
16.10.2018 [16:24]
Oktyabrın 22-də ingilis dili fənni üzrə keçiriləcək seminar Dövlət İmtahan Mərkəzinin (DİM) saytı vasitəsilə canlı yayımlanacaq.
DİM-dən AZƏRTAC-a bildirilib ki, seminarın gündəliyinə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri ...
Ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min tondan çox məhsul təhvil verilib
AzerTAg.az
16.10.2018 [16:16]
Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min 34 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 953 ton çox pambıq ...
Avstraliya hökuməti İsraildəki səfirliyini Qüdsə köçürmək niyyətindədir
AzerTAg.az
16.10.2018 [16:14]
Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib ki, ölkəsinin İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinin mümkünlüyü barədə məsələ cari ilin dekabrınadək öz həllini tapacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 16-da hökumətin rəsmi ...
Makqreqor revanş üçün Nurməhəmmədova 15 milyon dollar təklif edib
AzerTAg.az
16.10.2018 [16:13]
Rusiyalı qarışıq üslub döyüşçüsü Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla revanş döyüşündən imtina edib.
AZƏRTAC “Sport-express” nəşrinə istinadla xəbər verir ki, bunu rusiyalı idmançının əmisi Aleks Nurməhəmmədov deyib. “O, Həbib üçün maraqlı deyil ...
NATO qüvvələri İzmir körfəzində hərbi təlimlərə başlayıb
AzerTAg.az
16.10.2018 [16:12]
Türkiyənin ev sahibliyi ilə İzmir körfəzində NATO ölkələrinin hərbi hava və dəniz qüvvələrinin hərbi təlimləri başlanıb.
AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, “Nüsrət-2018” adlı təlimlər barədə Alsancaq limanında lövbər salan ...
Fərdi sahibkarların sayı 826 mini ötüb
AzerTAg.az
16.10.2018 [16:11]
Oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 826 mini keçib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hesabat dövründə hər altı ...