SON XƏBƏRLƏR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏR ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR

13.12.2003 [18:17]
AzərTAc-ın aldığı məlumata görə, dekabrın 12-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olmuşdur.Söhbət zamanı cənab Rəcəb Tayyib Ərdoğan ...

HEYDƏR ƏLİYEVİN VƏFATI İLƏ BÜTÖV BİR DÖVR TARİXƏ QOVUŞDU

13.12.2003 [17:50]
AzərTAc-ın Moskvadakı xüsusi müxbiri xəbər verir ki, Prezident Heydər Əliyevin vəfatı haqqında kədərli xəbər Rusiyanın bütün aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusuna çevrilmişdir.
Rusiyanın ORT, RTR, NTV, TVS ...

AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN ÇİÇƏKLƏNMƏSİNƏ HEÇ KƏS HEYDƏR ƏLİYEV QƏDƏR KÖMƏK ETMƏYİB

13.12.2003 [17:47]
AzərTAc-ın Kiyevdəki xüsusi müxbiri Ukraynanın əməkdar artisti, vokal sənəti üzrə bir çox beynəlxalq müsabiqələrin laureatı, Ukrayna Sərhəd Qoşunları Ansamblının solisti, Ukrayna Azərbaycanlıları Konqresinin “Azərbaycan” rəqs-xoreoqrafiya ansamblının bədii rəhbəri Qurban ...

XALQIMIZIN AĞIR, ƏVƏZSİZ İTKİSİ

13.12.2003 [16:59]
Milli Məclisin regional məsələlər daimi komissiyasının sədri, pedaqoji elmlər doktoru, professor Zahid Qaralov xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin vəfatı ilə bağlı kədərini AzərTAc-ın müxbiri ilə bölüşərək demişdir: ...

BELARUS RESPUBLİKASI XALQIMIZIN KƏDƏRİNƏ ŞƏRİKDİR

13.12.2003 [16:56]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı məlumatda bildirilir ki, dekabrın 13-də Belarus Respublikasının televiziya və radiosunun bütün informasiya buraxılışları görkəmli siyasətçi və böyük dövlət xadimi Heydər Əliyevin vəfatı barədə xəbərlərlə başlanmışdır. ...

ELMİMİZİN VƏ MƏDƏNİYYƏTİMİZİN BÖYÜK QAYĞIKEŞİNİ İTİRDİK
BU SÖZLƏRİ AKADEMİK, AMEA-NIN NİZAMİ ADINA ƏDƏBİYYAT İNSTİTUTUNUN DİREKTORU BƏKİR NƏBİYEV AzərTAc-IN MÜXBİRİNƏ DEMİŞDİR

13.12.2003 [16:01]
Azərbaycan xalqına çox böyük itki üz vermişdir. Ümummilli liderimiz, elmimizin və ədəbiyyatımızın böyük qayğıkeşi, sabiq Prezidentimiz Heydər Əliyev dünyasını dəyişmişdir. Azərbaycanın tarixində xalqla, onun taleyi ilə Heydər Əliyev qədər ...

TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN MƏZUNLARI BÜTÜN TÜRK DÜNYASINA BAŞSAĞLIĞI VERİRLƏR

13.12.2003 [15:31]
Bütün xalqımız kimi, qardaş Türkiyənin ali məktəblərinin azərbaycanlı məzunları da sonsuz kədər içindədirlər. Türkiyə Universitetlərinin Məzunları İctimai Birliyindən AzərTAc-a daxil olmuş teleqramda deyilir:
-Türkiyə Respublikasında təhsil almış azərbaycanlı məzunlar ...

KƏDƏRİMİZ SONSUZDUR

13.12.2003 [15:28]
Rusiya Federasiyasının Rostov vilayətindəki “Azərbaycan” Cəmiyyətinin sədri Xanbaba Xanbabayev AzərTAc-a zəng vuraraq demişdir ki, xalqımızın böyük oğlu, görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyevin vəfatı təkcə Azərbaycanda ...

TÜRKİYƏ KƏDƏRİMİZƏ ŞƏRİK OLUR

13.12.2003 [15:21]
Yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimi Heydər Əliyevin vəfatı barədə xəbər Türkiyədə dərin hüzn, qəm və kədərlə qarşılanmışdır. Türkiyənin “TRT”, “NTV”, “Si-en-en-türk”, ...

RUSİYA DA AZƏRBAYCANLA BİRGƏ KƏDƏRLƏNİR

13.12.2003 [15:21]
Azərbaycan xalqının böyük oğlu, ümummilli lideri, dünyamiqyaslı müdrik siyasətçi, qeyri–adi və nadir insan, bütün həyatını xalqına və Vətəninə xidmətə həsr etmiş Heydər Əlirza oğlu Əliyevin vəfatı barədə kədərli xəbər ...

XALQIMIZIN SƏADƏTİNƏ VƏ AZƏRBAYCANIN TƏRƏQQİSİNƏ HƏSR EDİLMİŞ HƏYAT

13.12.2003 [13:53]
AzərTAc-ın Kiyevdəki xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyi matəm içindədir: Azərbaycanın Dövlət bayrağı endirilmiş, xalqımızın ümummilli lideri, ölkəmizin sabiq Prezidenti Heydər Əliyevin portreti qara haşiyəyə alınmış, xüsusi ...

HEYDƏR ƏLİYEVİN SİMASINDA GÜRCÜSTAN BÖYÜK DOSTUNU İTİRMİŞDİR

13.12.2003 [13:49]
AzərTAc-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstan parlamenti sədrinin müavini Vaxtanq Rçeulişvili demişdir: Heydər Əliyevin simasında Gürcüstan böyük dostunu itirmişdir. Heydər Əliyev Azərbaycanın inkişafında olduqca böyük rol oynamış görkəmli ...

ABŞ-IN AZƏRBAYCANDAKI SƏFİRLİYİ:
HEYDƏR ƏLİYEV AMERİKANIN BÖYÜK DOSTU İDİ

13.12.2003 [13:37]
Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Azərbaycanın dahi oğlu Heydər Əliyevin vəfatı ilə əlaqədar xalqımızın kədərinə şərik olduğunu bildirir.
Səfirlikdən AzərTAc-a daxil olmuş məktubda deyilir:
- Amerika Birləşmiş Ştatları keçmiş Prezident ...

ABŞ DÖVLƏT DEPARTAMENTİ AZƏRBAYCAN XALQINA DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERMİŞDİR

13.12.2003 [13:35]
AzərTAc-ın müxbiri Vaşinqtondan xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti Azərbaycan Respublikasının ümummilli lideri, Prezident Heydər Əliyevin vəfatı ilə bağlı Azərbaycan xalqına başsağlığı göndərmişdir ...

AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, AZƏRBAYCAN RESPUBLİKASININ EKS-PREZİDENTİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN VƏFATI İLƏ BAĞLI RƏSMİ MƏLUMAT

13.12.2003 [08:08]
2003-cü il dekabr ayının 12-də Bakı vaxtı ilə saat 19.00-da Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.Heydər Əlirza oğlu Əliyevin cənazəsi 2003-cü il dekabr ayının 14-də Azərbaycana gətiriləcəkdir ...

AZƏRBAYCAN RESPUBLIKASININ EKS-PREZIDENTI HEYDƏR ƏLIRZA OĞLU ƏLIYEVIN DƏFN MƏRASIMININ TƏŞKILI ÜZRƏ DÖVLƏT KOMISSIYASININ YARADILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

13.12.2003 [03:59]
Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyevin 2003-cü il dekabr ayının 12-də Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında vəfat etdiyini dərin kədər və hüzn hissi ilə bildirərək, bu dahi şəxsiyyətin ...

AZƏRBAYCAN RESPUBLİKASININ EKS-PREZİDENTİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN DƏFN MƏRASİMİNİN TƏŞKİLİ ÜZRƏ DÖVLƏT KOMİSSİYASININMƏLUMATI

13.12.2003 [03:57]
Heydər Əliyevlə ümumxalq vidalaşma mərasimi 2003-cü il dekabrın 15-də səhər saat 9-dan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində “Respublika” sarayında keçiriləcəkdir.
Dəfn mərasimi 2003-cü il dekabrın 15-də saat 16.00-da Fəxri Xiyabanda ...

AZƏRBAYCAN İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARININ İNKİŞAFINA XÜSUSİ ƏHƏMİYYƏT VERİR

PREZİDENT İLHAM ƏLİYEV BMT-NİN CENEVRƏ BÖLMƏSİNİN BAŞ DİREKTORU İLƏ GÖRÜŞMÜŞDÜR

13.12.2003 [02:54]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirak etmək üçün Cenevrədə səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 12-də Millətlər ...

“QALA”NIN “SUMIXİMPROM” ÜZƏRİNDƏ PARLAQ QƏLƏBƏSİ

13.12.2003 [01:17]

Dekabrın 12-də Olimpiya İdman Mərkəzində basketbol üzrə Avropa kubokunun (FİBA) “A” qrupunda Azərbaycanın “Qala” komandası ilə Ukraynanın “Sumıximprom” klubu arasında cavab görüşü keçirilmişdir. Gərgin və maraqlı idman mübarizəsi şəraitində ...

İRAN MÜDAFİƏ NAZİRİNİN BƏYANATI

13.12.2003 [01:16]
İran İslam Respublikasının indiki gücünü nəzərə alaraq, heç bir qüvvə Fars körfəzindən İranın içərilərindəki obyektlərə hücum üçün ön mövqe kimi istifadə etməyə qadir deyildir. AzərTAc-ın Tehrandan aldığı xəbərə görə, ...

SƏUDİYYƏ ƏRƏBİSTANINDA ÇƏKİSİNƏ GÖRƏ DÜNYADA ƏN BAHALI İRAN XALÇASI SATILIR

13.12.2003 [01:12]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, çəkisinə görə dünyada ən bahalı olan və əl ilə toxunmuş kiçik İran xalçası Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki beynəlxalq ticarət sərgisində satışa çıxarılmışdır. ...

TÜRKMƏNİSTAN AVROPAYA ELEKTRİK ENERJİSİNİ İXRAC ETMƏYƏ BAŞLADI

13.12.2003 [01:11]
AzərTAc-ın müxbiri Aşqabaddan xəbər verir ki, Türkmənistan-İran-Türkiyə enerji körpüsü Türkmənistandan Avropaya elektrik enerjisi ixracını təmin etməyə başlamışdır. Türkmənistanın “Qüvvət” (Enerji) korporasiyası iki sazişi - Türkiyəyə elektrik enerjisi verilməsi haqqında və ...

RUSİYA NÜMAYƏNDƏSİ AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN CENEVRƏ GÖRÜŞÜNÜN BÖYÜK ƏHƏMİYYƏTİ OLDUĞUNU BİLDİRİR

13.12.2003 [01:10]
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevin və Robert Koçaryanın dekabrın 11-də Cenevrədə keçirilmiş görüşü bir ildən artıq davam edən fasilədən sonra iki ölkə arasında danışıqlar prosesinə yenidən başlanması deməkdir. ...

QAZAXISTANDA EKOLOJİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI TƏSDİQ OLUNMUŞDUR

13.12.2003 [01:00]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin fərmanı ilə respublikada 2004-2015-ci illər üçün ekoloji təhlükəsizlik konsepsiyası təsdiq olunmuşdur. Konsepsiyaya əsasən, Qazaxıstanda ekoloji təhlükəsizliyin başlıca vəzifələri səhralaşmanın qarşısının ...

TÜRKİYƏ ÖZBƏKİSTANA HƏRBİ KÖMƏK GÖSTƏRİR

13.12.2003 [00:59]
AzərTAc-ın xüsusi müxbiri xəbər ki, Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Özbəkistana dəyəri 1 milyon dollardan çox olan 10 ədəd “Lend Rover” hərbi maşını göndərmək haqqında qərar qəbul etmişdir. Mütəxəssislərin fikrincə, Özbəkistan ...