SON XƏBƏRLƏR

CİNAYƏT TÖRƏDƏNLƏR QANUN QARŞISINDA CAVAB VERƏCƏKDİR

29.11.2003 [11:21]
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müxbirimizə bildirmişdir ki, bu il oktyabrın15-16-da Bakıda törədilmiş kütləvi iğtişaşların iştirakçılarından indiyədək 107 nəfər həbs edilmiş, 17 nəfər barəsində axtarış elan olunmuşdur. Hazırda ...

KOMPÜTER BİLİK MƏRKƏZİNDƏ MƏŞĞƏLƏLƏR BAŞLANDI

29.11.2003 [11:21]
“Yetim və kimsəsiz uşaqlar üçün yeni biliklərin tədbiqi” layihəsi çərçivəsində Xətai rayonundakı 3 nömrəli uşaq evinin kompüter mərkəzində kompüter biliklərinin əsasları, Web proqramlaşdırma və Web dizayn üzrə məşğələlər başlanmışdır. ...

AZƏRBAYCANLI HAKİMLƏR BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR

29.11.2003 [11:20]
Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ) “Azərbaycanda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi” layihəsi çərçivəsində dekabrın 1-2-də Tbilisidə “Hakim hüququ vasitəsilə hüququn təkmilləşdirilməsi və hüquqa çıxış” mövzusunda hakimlərin II Beynəlxalq konfransını ...

QURAN NÜSXƏLƏRİNİN SƏRGİSİ

29.11.2003 [11:20]
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində müqəddəs Quranın nüsxələrindən ibarət sərgi açılmışdır.
Azərbaycan qadınlar cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizdə 5-ci dəfə keçirilən bu sərgidə müxtəlif vaxtlarda ...

QAÇQINLARA VƏ MƏCBURİ KÖÇKÜNLƏRƏ YARDIM GÖSTƏRİLMİŞDİR

29.11.2003 [02:10]
Qəbələ rayonunda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə qayğı daim diqqət mərkəzindədir. Müqəddəs Ramazan bayramında qaçqın və məcburi köçkünlərə, əlil və şəhid ailələrinə ərzaq və zəruri məhsullar paylanılmışdır.
...

QAÇQIN SOYDAŞLARIMIZ ÜÇÜN FƏRDİ EVLƏR TİKİLİR

29.11.2003 [02:09]
İsmayıllı rayonunda 804 ailədən ibarət 3 min 398 nəfər məcburi köçkün yaşayır. Onlar rayonun 18 kəndində məskunlaşıblar. Azərbaycan Prezidentinin 2001-ci il 22 avqust tarixli Fərmanına uyğun olaraq öz dədə-baba ...

SEMİNAR BAŞA ÇATMIŞDIR

29.11.2003 [02:09]
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Bakıda “Gizirlər, çavuşlar və müddətdən artıq hərbi qulluqçular üçün təhsil proqramları” mövzusunda keçirilmiş seminar başa çatmışdır. Dörd gün davam edən tədbir NATO ...

ENERGETİKLƏRİN RAMAZAN TÖHFƏSİ

29.11.2003 [02:08]
“Azərenerji” Səhmdar Cəmiyyəti və Azərbaycan DRES-in nümayəndələri Mingəçevirdəki üç qaçqın şəhərciyində müqəddəs Ramazan bayramı münasibətilə bayram süfrəsi açmış, ahıl, xəstə və imkansız ailələrə baş çəkərək, onlara bayram payı vermişlər.
...

ŞƏHƏR TƏŞKİLATI 11 İLLİK FƏALİYYƏTİNƏ QİYMƏT VERDİ

29.11.2003 [02:08]
Mingəçevirdə Yeni Azərbaycan Partiyası şəhər təşkilatı yaradılmasının 11 illiyinə həsr olunmuş ümumşəhər toplantısı keçirmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, təşkilatın sədri Cavanşir Usubov “Yeni Azərbaycan Partiyası xalqın və ...

YAZIÇILAR BİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

28.11.2003 [22:48]
Azərbaycan Yazıçılar Birliyinin katibliyi yazıçılarımızın XI qurultayı qarşısında silsilə yaradıcılıq müşavirələri keçirmək barədə qərar qəbul etmişdir. Həmin qərara uyğun olaraq Yazıçılar Birliyində “Azərbaycan nəsri və dramaturgiyası” mövzusunda ilk müşavirə ...

YANĞINDAN EHTİYATLI OLUN!

28.11.2003 [22:45]
Qaradağ rayonunun Qızıl daş qəsəbəsində “Barmek” Məhdud Məsuliyyətli Cəmiyyətin elektrik şəbəkəsinə məxsus 6 kilovatlıq transformatorda baş vermiş yanğın onu sıradan çıxarmışdır.
Baş Dövlət Yanğın Təhlükəsizliyi idarəsindən AzərTAc-a bildirmişlər ...

ABŞ-IN MÜDAFİƏ NAZİRİ BAKIYA GƏLİR

28.11.2003 [22:41]
Pentaqonun yüksək səviyyəli nümayəndə heyəti dekabrın ilk günlərində Bakıya səfər edəcəkdir. ABŞ müdafiə naziri Donald Ramsfeldin başçılıq etdiyi heyətə nazirin Avrasiya məsələləri üzrə müavini Mira Rikardel, ictimai məsələlər üzrə ...

AHİK QUBADA KONFRANS KEÇİRMİŞDİR

28.11.2003 [22:38]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) Quba şəhərindəki Olimpiya kompleksində “Beynəlxalq Əmək Təşkilatının (BƏT) təməl konvensiyaları və həmkarlar ittifaqları” mövzusunda konfrans keçirmişdir.
Konfederasiyanın təşkilat işləri və məlumat şöbəsindən AzərTAc-a ...

GÜRCÜSTAN RƏHBƏRLİYİ BAKI-TBİLİSİ-CEYHAN LAYİHƏSİ ÜZRƏ BÜTÜN ŞƏRTLƏRİ YERİNƏ YETİRƏCƏK

28.11.2003 [22:37]
Gürcüstanda hakimiyyətin dəyişməsi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisinə təsir göstərməyəcəkdir. AzərTAc-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, bunu “bp–Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord Gürcüstan Prezidentinin səlahiyyətlərini icra edən Nino ...

BAKI FOND BİRJASINDA REPO HƏRRACLARI KEÇİRİLMİŞDİR

28.11.2003 [22:12]
Noyabrın 28-də Azərbaycan Milli Bankı Bakı Fond Birjasında REPO hərracları keçirmişdir. Bankın mətbuat xidmətindən AzərTAc-a verilmiş məlumata görə, hərracların nəticələri belə olmuşdur: 28 gündə REPO əməliyyatları üzrə həcm 1,8 ...

QIZIL YATAQLARINDA KƏŞFİYYAT İŞLƏRİ BAŞA ÇATMIŞDIR

28.11.2003 [22:10]
Naxçıvan Muxtar Respublikasındakı və Xanlar rayonundakı qızıl yataqlarında kəşfiyyat işləri başa çatmışdır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov AzərTAc-ın müxbirinə bildirmişdir ki, bu yataqların ehtiyatı, müvafiq olaraq, 590 ...

GÜRCÜSTAN XİN BAŞÇISININ İSTEFASISİYASİ XARAKTER DAŞIMIR

28.11.2003 [22:08]
AzərTAc-ın müxbirinin Tbilisidən verdiyi xəbərə görə, Gürcüstan xarici işlər nazirinin müavini Kaxa Sixarulidze jurnalistlərlə söhbətində bildirmişdir ki, XİN-in başçısı İrakli Menağarişvilinin istefası siyasi xarakter daşımır.
O demişdir ki, ...

EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİNİN KOLLEGİYASINDA

28.11.2003 [22:04]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin noyabrın 28-də keçirilən kollegiyası Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı proqram nitqində nazirlik qarşısında qoyduğu vəzifələrin və Prezidentin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi ...

PEŞƏKAR RƏSSAMIN FƏRDİ SƏRGİSİ AÇILMIŞDIR

28.11.2003 [22:03]
Noyabrın 28-də Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan dünyası” qalereyasında tanınmış rəssam Mübariz Əkbərovun fərdi yaradıcılıq sərgisi açılmışdır.
Mədəniyyət Nazirliyinin ...

VİKTOR XRİSTENKO: AZƏRBAYCANLA RUSİYA ARASINDA İNVESTİSİYA VƏ TİCARƏT-İQTİSADİ ƏMƏKDAŞLIQ PLATFORMASI OLDUQCA ƏLVERİŞLİDİR

28.11.2003 [21:55]
RF hökuməti sədrinin müavini Viktor Xristenkonun noyabrın 28-də Rusiya Federasiyasının Bakıdakı səfirliyində keçirilən mətbuat konfransında elektroenergetika sahəsində Azərbaycan-Rusiya əlaqələrinin inkişaf perspektivlərindən söhbət getmişdir.
V.Xristenko Azərbaycan Prezidenti İlham Əliyevlə ...

İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR

28.11.2003 [21:52]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur.
“Yerli özünüidarə və bələdiyyə idarəçiliyinin əsasları” proqramı üzrə keçirilən kurslarda şəhər və rayon bələdiyyəsinin sədrləri, sədr ...

ŞƏMKİR RAYONUNDAN GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA HUMANİTAR YARDIM GÖNDƏRİLMİŞDİR

28.11.2003 [21:51]
Uzun illərdir ki, Şəmkir rayonu Gürcüstanda yaşayan soydaşlarımıza himayədarlıq edir, öz daxili imkanları hesabına onlara hər cür yardım göstərir.
Rayon icra hakimiyyətinin başçısı Aslan Aslanov AzərTAc-a bildirmişdir ki, Ramazan ...

AZƏRBAYCANIN DAXİLİ İŞLƏR ORQANLARIYÜKSƏK TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ İŞLƏYƏCƏKDİR

28.11.2003 [21:25]
Noyabrın 28-də Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilmişdir. İclasda təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı, tanınmamış meyitlərin şəxsiyyətinin müəyyən edilməsi işinin, həmçinin yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların ...

İQTİSADİYYATDA MÜŞAHİDƏ OLUNAN MÜSBƏT MEYLLƏRİ MÖHKƏMLƏNDİRMƏLİ VƏ DAHA DA İNKİŞAF ETDİRMƏLİ, SOSİAL SAHƏDƏ QARŞIDA DURAN PROBLEMLƏRİN HƏLLİNİ SÜRƏTLƏNDİRMƏLİ

28.11.2003 [20:41]
Noyabrın 28-də İqtisadi İnkişaf Nazirliyinin geniş kollegiya iclası olmuşdur. Nazirliyin şəhər və rayon şöbələri rəhbərlərinin iştirakı ilə keçirilən iclasda “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Prezidentinin Fərmanı ...

“NİKOYL” BAKIDA ELEKTRON OFİSİ YARADIR

28.11.2003 [20:35]
“NİKoyl” investisiya – kommersiya bankı öz biznesini inkişaf etdirmək üçün ilk dəfə olaraq Azərbaycanda öz şöbəsini - “NİKoyl” Bankının elektron kommersiya Biznes-Blokunu yaratmağa başlayır. Bankın təsisçilərindən biri olan “NİKoyl” ...