SON XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

18.12.2003 [19:57]
Cənab İlham Əliyev,
Prezident Heydər Əliyevin vəfatı ilə bağlı şəxsən öz adımdan və hökumətim adından Sizə dərin hüznlə başsağlığı verirəm ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

18.12.2003 [19:56]
Hörmətli İlham Əliyev,
Sizə və dəyərli ailənizə üz vermiş böyük acını ürəyimdə yaşayıram. Azərbaycan xalqının ən böyük lideri Heydər Əliyev haqqın rəhmətinə getdi. Amma o, ürəklərdə daim sevgi ...

AŞAĞI AĞCAKƏND QƏSƏBƏSİNİN SAKİNLƏRİ HEYDƏR ƏLİYEVİN ADINI ƏBƏDİLƏŞDİRMƏK İSTƏYİRLƏR

18.12.2003 [19:12]
Bütün şüurlu həyatını respublikamızın çiçəklənməsinə, insanların rifahının yaxşılaşdırılmasına həsr edən ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından biri zəbt olunmuş torpaqlarımızın işğaldan azad edilməsi idi. Bunun üçün o, bütün ...

AZƏRBAYCAN PREZİDENTİ NEFTÇİLƏRƏ HƏMİŞƏ ARXA OLMUŞDUR

18.12.2003 [19:11]
“Azneft” istehsalat birliyinin baş direktoru Yavər Camalov AzərTAc-ın müxbiri ilə söhbətində demişdir:
- Bütün xalqımız kimi respublikamızın 40 min nəfərdən çox neftçilər ordusu bu günlər sonsuz kədər içindədir. Bu itki ...

İRAN TÜRKİYƏYƏ QAZ VERİLMƏSİNİ DAYANDIRMIŞDIR

18.12.2003 [19:11]
AzərTAc-ın Anadolu agentliyindən aldığı xəbərə görə, İran Türkiyəyə qaz verilməsini dayandırmışdır. Agentlik bu xəbəri İran Neft Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadla yaymışdır. Xəbərdə deyilir ki, Tehran belə bir qərarın ...

QAZAXISTANDA ÖLÜM CƏZASINA MORATORİUM QOYULMUŞDUR

18.12.2003 [18:39]
AzərTAc-ın müxbiri Astanadan xəbər verir ki, Prezident Nursultan Nazarbayev Qazaxıstanda ölüm cəzasına moratorium qoyulması haqqında fərman imzalamışdır. Bunu jurnalistlərə Prezidentin İcra Aparatı rəhbərinin müavini, dövlət–hüquq şöbəsinin müdiri İqor Roqov bildirmişdir. ...

HAMI ÖZ KƏDƏRİNİ BÖLÜŞMƏK İSTƏYİR

18.12.2003 [18:36]
Müstəqil Azərbaycanın banisi, müdrik dövlət xadimi Heydər Əliyevin vəfatı hamı kimi, mədəniyyət işçilərini də sonsuz kədərləndirmişdir. Onlar Rəşid Behbudov adına Mahnı Teatrına gələrək burada qoyulmuş matəm kitabına ürək sözlərini ...

VLADİMİR PUTİN NÖVBƏTİ PREZİDENT SEÇKİLƏRİNDƏ DƏ NAMİZƏDLİYİNİ İRƏLİ SÜRƏCƏK

18.12.2003 [18:21]
AzərTAc-ın müxbiri Moskvadan xəbər verir ki, Vladimir Putin 2004-cü il prezident seçkilərində namizədliyini yenidən irəli sürəcəkdir. Bunu Rusiya Prezidenti dekabrın 18-də birbaşa teleradio efirində ölkə vətəndaşlarının suallarına cavab verərkən ...

HEYDƏR ƏLİYEV ÖZ XALQI ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ ETDİ,İNDİ NÖVBƏ XALQINDIR

BAKIDA FƏALİYYƏT GÖSTƏRƏN BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ BU FİKİRDƏDİRLƏR

18.12.2003 [18:19]
Azərbaycan xalqının müdrik oğlu, dahi şəxsiyyət, unudulmaz Prezident Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarətə gələnlərin sayı azalmır.
Dekabrın 18-də də minlərlə insan Heydər Əliyevlə vidalaşmağa, ona son borclarını, ...

GƏNCLƏR XALQIMIZIN ÜMUMMİLLİ LİDERİNİN XATİRƏSİNİ YAD EDİRLƏR

18.12.2003 [18:18]
Ölkənin gənclər və idman təşkilatlarında ümummilli liderimiz, Prezident Heydər Əliyevin xatirə günləri keçirilir. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə demişlər ki, bütün matəm tədbirlərində bir dəqiqəlik ...

V.PUTİN RUSİYAYA QONŞU OLAN DÖVLƏTLƏRDƏ MİLLİ MÜNAQİŞƏLƏR BARƏDƏ

18.12.2003 [16:56]
AzərTAc-ın müxbiri Moskvadan xəbər verir ki, dekabrın 18-də Rusiya Prezidenti Vladimir Putin birbaşa teleradio efirində Kabarda-Balkariya sakinlərinin suallarına cavabında demişdir ki, Rusiyaya qonşu olan dövlətlərdəki millətlərarası münaqişələr bu dövlətlərin ...

RUSİYA MÜTƏXƏSSİSLƏRİ AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASINA KÖMƏK EDİRLƏR

18.12.2003 [16:39]
Bədii gimnastika yarışlarına operativ və keyfiyyətli hakimlik etmək üçün turnirlərə hakimliyə dair proqram təminatında bəzi düzəlişlər aparılacaqdır. Bu düzəlişlər üzərində Rusiyanın “İnfoBasket” qapalı səhmdar cəmiyyətinin mütəxəssisləri işləyəcəklər. Bunu AzərTAc-ın ...

ARDNŞ NEFTİNİN YANVAR PARTİYASINI “TOTAL” ALMIŞDIR

18.12.2003 [16:38]
“TotalFinaElf” Fransa-Belçika şirkəti 2004-cü ilin yanvarında Bakı–Novorossiysk boru kəməri vasitəsilə ixrac üçün ARDNŞ-in satışa çıxardığı Azərbaycan neftinin ilk partiyasının alınmasına dair elan edilmiş müsabiqənin qalibi olmuşdur.
ARDNŞ-dən AzərTAc-ın müxbirinə ...

AZƏRBAYCAN GİMNASTLARININ POTENSİALI VAR VƏ BÖYÜK TƏRƏQQİ GÖRÜNÜR

18.12.2003 [16:22]
Azərbaycanın bədii gimnastika üzrə yeniyetmələrdən ibarət yığma komandası Moskvada təlim-məşq toplantısından qayıtmışdır. Gimnastika Federasiyasının mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, komandanın tərkibinə 7 idmançı - Kristina Pavlunina, Zeynəb Cavadlı, ...

TÜRKİYƏ VƏ SURİYA TERRORİZMLƏ MÜBARİZƏDƏ SƏYLƏRİNİ BİRLƏŞDİRİRLƏR

18.12.2003 [16:15]
AzərTAc-ın müxbiri Ankaradan xəbər verir ki, dekabrın 17-də burada Türkiyənin və Suriyanın daxili işlər nazirləri terrorizmlə birgə mübarizə haqqında saziş imzalamışlar.
Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksu imzalanma ...

XALQIMIZIN GÖRKƏMLİ OĞLUNUN NURLU XATİRƏSİ EHTİRAMLA ANILIR

18.12.2003 [15:44]
Azərbaycan xalqının dahi oğlu Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar ölkəmiz matəm içindədir, bütün məscidlərdə ehsan verilir, dua oxunur.
Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra Prezident Heydər Əliyev ...

ABŞ BİOTERRORÇULARDAN MÜDAFİƏPROQRAMINA BAŞLAYIR

18.12.2003 [15:33]
AzərTAc-ın müxbiri ABŞ Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Vaşinqtonda yayılmış məlumatına istinadla xəbər verir ki, nazirlik ölkənin bioterrorçulardan müdafiə proqramını həyata keçirməyə başlayır.
Məlumatda deyilir ki, bundan ötrü 2004-cü ...

HEYDƏR ƏLİYEV BAKI-TEHRAN ƏLAQƏLƏRİNİN İNKİŞAFINDA ƏVƏZSİZ ROL OYNAMIŞDIR

18.12.2003 [15:26]
AzərTAc-a Tehrandan daxil olmuş məlumatda deyilir ki, dekabrın 18-də İranın xarici işlər naziri Kamal Xərrazi ölkəmizin Tehrandakı səfirliyinə gələrək dünya şöhrətli siyasətçi, Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar başsağlığı ...

ABŞ ƏFQANISTANA BÖYÜK MƏBLƏĞDƏ HƏRBİ YARDIM GÖSTƏRƏCƏK

18.12.2003 [15:25]
AzərTAc-ın müxbirinin Vaşinqtondan verdiyi xəbərdə deyilir ki, ABŞ Prezidenti Corc Buş Əfqanıstana 135 milyon dollar məbləğində hərbi yardım göstərilməsi barədə sərəncam imzalamışdır. Memorandum şəklində rəsmiləşdirilən bu qərarı o, dövlət ...

AVROPA BİRLİYİ SƏDDAM HÜSEYN BARƏSİNDƏ ÖLÜM HÖKMÜ ÇIXARILMASININ ƏLEYHİNƏDİR

18.12.2003 [15:24]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərdə deyilir ki, ABŞ Prezidentinin əksinə olaraq, Avropa Birliyi Səddam Hüseyn barəsində ölüm hökmü çıxarılmasının əleyhinədir.
Avropa Komissiyasının xarici əlaqələr idarəsinin mətbuat katibi ...

GƏLƏN İLDƏN GÜRCÜSTANIN MÜDAFİƏ NAZİRLİYİ MÜLKÜ ŞƏXS OLACAQ

18.12.2003 [15:21]
AzərTAc-ın müxbiri Tbilisidən xəbər verir ki, 2004-cü ildən Gürcüstanın Müdafiə Nazirliyinə mülkü şəxs rəhbərlik edəcəyi planlaşdırılır. İndiki müdafiə naziri David Tevzadzeyə Baş Qərargahın rəisi və ölkə prezidentinin müdafiə məsələləri ...

GÜRCÜSTANDA NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ İLƏ ƏLAQƏDAR XARİCİ MÜŞAHİDƏÇİLƏR VƏ EKSPERTLƏR TBİLİSİYƏ GƏLİRLƏR

18.12.2003 [15:20]
AzərTAc-ın müxbiri Tbilisidən xəbər verir ki, Gürcüstanda yanvarın 4-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı xarici müşahidəçilər və ekspertlər ölkəyə gəlməyə başlamışlar. Avropa Şurası Parlament Assambleyasının üzvləri Tbilisiyə gəlmişlər. ...

HEYDƏR ƏLİYEVİN VƏFATININ 7-CÜ GÜNÜ BORÇALIDA DA DƏRİN HÖRMƏTLƏ QEYD OLUNUR

18.12.2003 [15:17]
Gürcüstan azərbaycanlıları onların xeyirxahı və qayğıkeşi olmuş Prezident Heydər Əliyevin adını əziz tutur, onun nurlu xatirəsini dərin ehtiramla yad edirlər. Dekabrın 18-də, xalqımızın müdrik ağsaqqalı, onun dar günündə daim ...

36 LAYİHƏ MALİYYƏLƏŞDİRİLMİŞDİR

18.12.2003 [15:16]
“Respublika” səhmdar-kommersiya bankının Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərindən istifadə limiti hazırda 4 milyard 600 milyon manat təşkil edir.
Bu məbləğin 4 milyard manatını bank 36 layihənin maliyyələşdirilməsinə yönəltmişdir. ...

“ANARBANK”IN YENİ XİDMƏT NÖVÜ

18.12.2003 [15:06]
“Azərikart” prosessinq mərkəzi lokal plastik kartların buraxılması barədə “Anarbank” kommersiya bankı ilə müqavilə bağlamışdır. Bankdan AzərTAc-ın müxbirinə bildirmişlər ki, müqaviləyə əsasən bu maliyyə təşkilatı 2004-cü ilin sonunadək dövriyyəyə 2000-ə ...