SON XƏBƏRLƏR

NARKOMANLIĞA VƏ NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ DAVAM EDİR

25.10.2004 [19:03]
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AzərTAc-a daxil olmuş məlumatda bildirilir ki, 2004-cü ilin doqquz ayı ərzində respublikamızın ərazisində narkotiklərlə bağlı 1757 cinayət faktı ...

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT FONDUNUN GƏLİRLƏRİ DİNAMİK ŞƏKİLDƏ ARTIR

25.10.2004 [19:02]
2004-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri 819,8 milyard manat, xərcləri 625,4 milyard manat təşkil etmişdir.
Fondun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ötən doqquz ay ...

AZƏRBAYCAN VƏ UKRAYNA SAHİBKARLARI ARASINDA İŞGÜZAR ƏLAQƏLƏR GENİŞLƏNİR

25.10.2004 [18:54]
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizima ilə görüş keçirilmişdir.
Konfederasiyadan AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimizin sahibkarları arasında ikitərəfli işgüzar əlaqələrin ...

AMEA-NIN FİZİKA İNSTİTUTUNDA ALTERNATİV ENERGETİKA SAHƏSİNDƏ TƏDQİQATLAR APARILACAQ

25.10.2004 [18:52]
“Azərenerji” SC-nin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə proqram”ın təsdiq edilməsi barədə Sərəncamının icrası ...

DİNİ MÖVZUDA BƏDİİ FİLMİN ÇƏKİLMƏSİNƏ 2 MİLYON ABŞ DOLLARI AYRILMIŞDIR

25.10.2004 [18:50]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyənin din işləri qurumu dini mövzuda bədii filmin çəkilməsi üçün 2 milyon ABŞ dolları məbləğində vəsait ayırdığını, başqa sponsorların da iştirakı ilə bu ...

“KURRİKULUM PEDAQOJİ ANLAYIŞ KİMİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLƏCƏK

25.10.2004 [18:48]
AzərTAc xəbər verir ki, oktyabrın 27-də Təhsil Problemləri İnstitutunda “Kurrikulum pedaqoji anlayış kimi” mövzusunda dəyirmi masa keçiriləcəkdir.
Tanınmış pedaqoq və psixoloqların iştirak edəcəkləri tədbirdə institutun direktor müavini Ənvər ...

AVSTRİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HAYNTS FİŞERƏ

25.10.2004 [18:45]
Hörmətli cənab Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ...

GƏNCLƏRİN RESURS MƏRKƏZLƏRİNİN ƏLAQƏLƏNDİRMƏ ŞURASI YARADILMIŞDIR

25.10.2004 [17:39]
AzərTAc xəbər verir ki, Odlar Yurdu Universitetində YUNİSEF və Təhsil Nazirliyi Gənclərin Resurs Mərkəzlərinin Əlaqələndirmə Şurasının təsis konfransını keçirmişlər.
Təhsil nazirinin müavini Elmar Qasımov Gənclərin Resurs mərkəzlərinin fəaliyyətindən ...

YENİ BÜDCƏNİN GƏLİRLƏRİ VƏ XƏRCLƏRİ ÖTƏN İLKİNƏ NİSBƏTƏN ÇOX YÜKSƏKDİR

25.10.2004 [17:15]
2005-ci ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin komissiyalarında müzakirə olunur. Yaxın günlərdə isə layhəyə parlamentdə baxılacaqdır.
Milli Məclisin iqtisadi siyasət daimi komissiyasından AzərTAc-a bildirmişlər ki, yeni büdcədə nəzərdə tutulan ...

AZƏRBAYCAN DRES QIŞA HAZIRDIR

25.10.2004 [17:13]
AzərTAc xəbər verir ki, respublikamızın ən böyük enerji hasilatçısı - Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının 3-cü enerji blokunun əsaslı təmiri başa çatmışdır, 7-ci blokda isə son tamamlama işləri görülür. Kifayət ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

25.10.2004 [17:09]
Dost ölkənizin müstəqillik günü münasibətilə şəxsən öz adımdan və Böyük Liviya Ərəb Xalq Sosialist Cəmahiriyyəsinin xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirmək mənim üçün xoşdur ...

SABİRABADDA YENİ PROSPEKT SALINIR

25.10.2004 [17:07]
Sabirabadın girəcəyində “Muğan” adı verilmiş yeni prospektdə işlər sürətlə davam etdirilir.
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, burada işlər yerli əmək kollektivlərinin təşəbbüsü ilə iməcilik yolu ilə görülür. Burada ...

QƏSƏBƏYƏ YENİ QAZ XƏTTİ ÇƏKİLƏCƏKDİR

25.10.2004 [17:05]
Əli Bayramlı şəhərinin Bayramlı qəsəbəsinə Kür çayının qarşı sahilindən 1650 metrlik yeni əsas qaz xətti çəkilməsinə hazırlıq görülür.
Şəhər icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, daxili imkanlar hesabına görülən ...

AZƏRBAYCAN MİLLİ VALİDEYN-MÜƏLLİM ASSOSİASİYASININ TƏSİS KONFRANSI KEÇİRİLMİŞDİR

25.10.2004 [17:04]
AzərTAc xəbər verir ki, oktyabrın 23-də Hyatt Regency-Naxçıvan mehmanxanasında “Ümidli gələcək” gənclər təşkilatı, YUNİSEF və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyasının (VMA) təsis konfransı keçirilmişdir.
Konfransda çıxış ...

AŞQABAD YAXINLIĞINDAKI QIPÇAQ KƏNDİNDƏ MƏRKƏZİ ASİYADA ƏN BÖYÜK MƏSCİD AÇILMIŞDIR

25.10.2004 [17:00]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Prezidenti Saparmurad Niyazovun doğulduğu Qıpçaq kəndində Mərkəzi Asiyada ən böyük məscidin açılışı olmuşdur. “Türkmənbaşının ruhu” adlandırılan məscidin 1991-ci ildə Türkmənistanın müstəqillik qazanmasına ...

AZERCELL BEYNƏLXALQ TARİFLƏRDƏ DƏYİŞİKLİK ETMİŞDİR

25.10.2004 [16:28]
Azercell Telecom Birgə Müəssisəsi beynəlxalq danışıqları ucuzlaşdırmış və bütün növ tarif paketlərində sadələşdirmə aparmışdır.
Müəssisənin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bundan sonra gecə saat 24.00-dan səhər saat 8.00-dək danışığın ...

DƏNİZDƏ SEYSMİK KƏŞFİYYAT İŞLƏRİ APARILMIŞDIR

25.10.2004 [16:27]
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin mütəxəssisləri xarici neft şirkətlərinin sifarişi ilə Xəzərin Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan hissələrini əhatə ...

MƏDƏNİ ANTROPOLOGİYADA GENDER PROBLEMATİKASI

25.10.2004 [16:27]
Gender Araşdırmaları Mərkəzi “Müasir cəmiyyətdə gender münasibətləri” layihəsi çərçivəsində “Mədəni antropologiyada gender problematikası” mövzusunda tədris proqramı hazırlamışdır.
Mərkəzdən AzərTAc-a bildirmişlər ki, proqram Təhsil Nazirliyi tərəfindən təsdiq olunaraq nəşr ...

ASTRONOMLARIMIZ QALAKTİKALARIN ÖYRƏNİLMƏSİNƏ ÖZ TÖHFƏLƏRİNİ VERİRLƏR

25.10.2004 [16:13]
Şamaxı astrofizika rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev AzərTAc-ın müxbirinə bildirmişdir ki, rəsədxananın əsas teleskopu modernləşdirilmiş və quraşdırılmasına başlanmışdır. Teleskop ulduzların spektrlərini daha dərindən öyrənməyə imkan verəcəkdir. Teleskopun modernləşdirilməsində ...

TUNİSİN DÖVLƏT BAŞÇISI YENİDƏN PREZİDENT SEÇİLMİŞDİR

25.10.2004 [16:09]
AzərTAc Röyter agentliyinə istinadla xəbər verir ki, oktyabrın 24-də Tunisdə keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı Zeynulabidin ben Əli qalıb gəlmişdir. İlkin hesablamalara görə, seçicilərin 90 faizi ona səs vermişdir. ...

CƏNUBİ KOREYA PREZİDENTİ PAYTAXTIN SEULDAN KÖÇÜRÜLMƏSİNDƏ İSRARLIDIR

25.10.2004 [15:34]
AzərTAc Röyter agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya Prezidenti Poh Mu Hyun yeni paytaxt salınması haqqında əvvəlki qərarının həyata keçirilməsində israrlıdır. O bunu parlamentə müraciətində bildirmişdir. Prezidentin sözlərinə ...

AZƏRBAYCAN DRES-İN 23 YAŞI TAMAM OLDU

25.10.2004 [15:21]
Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının direktoru Şıxməmməd Aslanov AzərTAc-ın müxbirinə bildirmişdir ki, 1981-ci ilin 20 oktyabrında ümummilli liderimiz Heydər Əliyevin şəxsən işə saldığı stansiya indiyədək 196 milyard 247 milyon kilovat-saatdan ...

SİEMENS AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNDA İRİ LAYİHƏLƏR HƏYATA KEÇİRMƏK İSTƏYİR

25.10.2004 [15:21]
Almaniyanın Siemens şirkəti bundan sonra Azərbaycanda öz imkanlarını genişləndirərək, Siemens LLC şirkəti kimi fəaliyyət göstərəcəkdir.
AzərTAc xəbər verir ki, Siemens LLC şirkətinin təsis olunması ilə əlaqədar keçirilən mətbuat konfransında ...

NAXÇIVANLI TƏLƏBƏLƏR MİSİRƏ YOLA DÜŞMÜŞLƏR

25.10.2004 [15:21]
Naxçıvan Dövlət Universitetinin müəllim və tələbələri vaxtaşırı xarici ölkələrə səfərlər edir, oradakı qabaqcıl təhsil ocaqlarının təcrübəsindən yararlanırlar.
AzərTAc-ın müxbiri xəbər verir ki, bu günlərdə universitetin tarix-filologiya fakültəsinin şərq dilləri ...

ƏDLİYYƏ NAZİRLİYİNİN HÜQUQ TƏDRİS MƏRKƏZİNDƏ GƏNCLƏR ÜÇÜN MAARİFLƏNDİRMƏ KURSU BAŞA ÇATMIŞDIR

25.10.2004 [15:11]
Ədliyyə Nazirliyinin Hüquq Tədris Mərkəzində gənc hüquqşünasların respublikamızda aparılmış məhkəmə-hüquq islahatları ilə əlaqədar qanunvericilikdə yeniliklər, habelə işgəncələrə qarşı və insan hüquqlarına dair beynəlxalq sənədlərin tələbləri üzrə maarifləndirilməsi üçün keçirilən ...