SON XƏBƏRLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA PREZİDENT ŞEÇKİLƏRİ YÜKSƏK FƏALLIQ ŞƏRAİTİNDƏ KEÇİR

15.10.2003 [13:11]
Oktyabrın 15-də səhər saat 8.00-da Azərbaycan Respublikasında prezident seçkiləri başlanmışdır.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Seçkilər İnformasiya Mərkəzində jurnalistlər qarşısında çıxış edərək bildirmişdir ki, 124 seçki dairəsinin ...

ÇƏNNƏB KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI

15.10.2003 [06:06]
Ordubad rayonunun dağlıq Çənnəb kəndində 200 yerlik ikimərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.
Rayon İcra Hakimiyyətindən AzərTAc-ın müxbirinə demişlər ki, yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə keçirilmiş mərasimdə ...

NURSULTAN NAZARBAYEV VAHİD ƏLƏKBƏROVU QƏBUL ETMİŞDİR

15.10.2003 [06:05]
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyanın “LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərovla görüşmüşdür. Görüşdə “LUKoyl”un Qazaxıstanda fəaliyyətinin genişləndirilməsi, şirkətin ölkənin neft layihələrində iştirakı perspektivləri müzakirə edilmişdir.
“LUKoyl” Qazaxıstanda ən ...

TÜRKİYƏNİN İRAQDAKI SƏFİRLİYİ QARŞISINDA PARTLAYIŞ OLMUŞDUR

15.10.2003 [06:05]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir:
Oktyabrın 14-də Türkiyənin Bağdaddakı səfirliyi qarşısında terror aktı törədilmişdir. Naməlum şəxs tərəfindən idarə olunan və partlayıcı maddə ilə dolu avtomobil səfirliyin qapısı önündə dayanaraq ...

128 NÖMRƏLİK ELEKTRON ATS İSTİFADƏYƏ VERİLMİŞDİR

15.10.2003 [06:04]
Qazıməmməd şəhərində 128 nömrəlik yeni elektron ATS-in açılış mərasimi olmuşdur. AzərTAc-ın müxbiri xəbər verir ki, mərasimə toplaşanlar yeni rabitə xidməti obyektinin açılmasını Hacıqabul rayonunun həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, ...

YENİ TRANSFORMATOR QURAŞDIRILMIŞDIR

15.10.2003 [06:03]
“Azərenerji” SC tərəfindən Ağstafa şəhərində 330 kilovatlıq yarım stansiyada 125 meqavatlıq transformator istifadəyə verilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, bununla da Gəncəbasar bölgəsinin enerji təminatı və qonşu Gürcüstan ...

ALMATIDA “NEFT VƏ QAZ” SƏRGİSİ KEÇİRİLMİŞDİR

15.10.2003 [06:03]
Almatıda 11-ci beynəlxalq “Neft və qaz” sərgisi başa çatmışdır. Sərgidə ABŞ, Azərbaycan, Almaniya, Qazaxıstan, Yaponiya, Türkiyə, Rumıniya, Rusiya, Kanada, İran, Çexiya, Özbəkistan və başqa ölkələrdən gəlmiş 300-dən artıq elmi ...

ALMAN TƏLƏBƏLƏRİ ÖLKƏMİZDƏ AZƏRBAYCAN DİLİNİ ÖYRƏNƏCƏKLƏR

15.10.2003 [06:02]
Azərbaycan Respublikasının Berlindəki səfirliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Alman Akademik Müdafiə Xidməti (DAAD) özünün Mərkəzi və Şərqi Avropa, o cümlədən, Qafqaz və Mərkəzi Asiya ölkələrindəki təqaüd proqramlarını təkmilləşdirmək və ...

ƏSGƏRLƏRLƏ GÖRÜŞ

15.10.2003 [06:02]
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “N” hərbi hissəsində olmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, Ali Məclisin sədri hissədə xidmət göstərən hərbçilərlə görüşmüş, onların sosial-məişət şəraiti ...

ŞİRVAN AŞIQLARININ KONSERTİ KEÇİRİLƏCƏKDİR

15.10.2003 [06:01]
Noyabrın 14-də Respublika Aşıqlar Birliyinin təşəbbüsü ilə Dənizçilərin Mədəniyyət Evində “Şirvan aşıqları” adlı konsert keçiriləcəkdir.
Birlikdən AzərTAc-ın müxbirinə demişlər ki, konsertdə Göyçayın, Ucarın, Kürdəmirin, Zərdabın, Qobustanın, Şamaxının 10 ...

İRANLI İNCƏSƏNƏT USTALARININ KONSERTİ OLACAQDIR

15.10.2003 [05:59]
Oktyabrın 26-da Mərkəzi konsert salonu – “Respublika” sarayında İran İslam Respublikası incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı veriləcəkdir.
Saraydan AzərTAc-ın müxbirinə demişlər ki, konsertdə “Araz-Azəri” musiqi qrupunun ...

KÜRDƏMİRDƏ REGİONAL AQRAR ELM MƏRKƏZİ ÜÇÜN OBYEKTLƏR İSTİFADƏYƏ VERİLMİŞDİR

14.10.2003 [22:35]
Kürdəmir rayonunda Regional Aqrar Elm Mərkəzi üçün yeni inzibati bina və laboratoriya istifadəyə verilmişdir. Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İrşad Əliyev demişdir ki, bu mərkəz nazirliyin Elmi ...

AZƏRBAYCAN YUNESKO-NUN KOMİTƏLƏRİNƏ ÜZV SEÇİLMİŞDİR

14.10.2003 [22:29]
Parisdə YUNESKO-nun 32-ci Baş konfransı çərçivəsində keçirilmiş növbəti içlasda “Qeyri-maddi irs haqqında” konvensiya layihəsi ətrafında müzakirələr aparılmışdır. Müzakirələrdə iştirak edən Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizin bu konvensiyanı dəstəklədiyini, ...

RUSİYADA 250 MİNDƏN ÇOX ADAM İMMUN ÇATIŞMAZLIĞI VİRUSUNA YOLUXMUŞDUR

14.10.2003 [22:09]
İTAR-TASS-ın yaydığı xəbərə görə, immun çatışmazlığı virusuna və QİÇS-ə yoluxanların problemlərinə həsr olunmuş Ümumrusiya müşavirəsində bildirilmişdir ki, ölkədə immun çatışmazlığı virusuna yoluxmuş 250 mindən çox adam rəsmi qeydiyyata alınmışdır. ...

ATƏT RUSİYA JURNALİSTİNİN QƏTLƏ YETİRİLMƏSİNDƏN NARAHATDIR

14.10.2003 [21:39]
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının rəhbərliyi oktyabrın 9-da “Tolyattinskoye obozreniye” qəzetinin redaktoru Aleksey Sidrovun qətlə yetirilməsi ilə bağlı narahatlığını bildirmişdir.
ATƏT-in kütləvi informasiya vasitələrinin azadlığı üzrə nümayəndəsi Freymut ...

AZADLIQ MÜCAHİDLƏRİNİN XATİRƏSİNƏ HÖRMƏTSİZLİK

14.10.2003 [21:39]
Bu hadisə Tbilisidə baş vermişdir. Burada 1989-cu il aprelin 9-da baş vermiş faciəli hadisələr zamanı həlak olanların müqəddəs xatirəsinə ucaldılan abidə qarət edilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, ...

İRANDA DAHA İKİ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR

14.10.2003 [21:33]
Oktyabrın 14-nə keçən gecə İranda daha iki zəlzələ baş vermişdir. Gilan əyalətindəki Rudbar şəhərciyinin sakinləri Rixter cədvəli ilə 3,7 bal gücündə yeraltı təkanlar hiss etmişlər. 3,5 bal gücündə digər ...

ƏRƏB ÖLKƏLƏRİ İRAQIN ENERJİ SİSTEMİNİN BƏRPASINA 2 MİLYARD DOLLAR AYIRACAQLAR

14.10.2003 [21:31]
AzərTAc-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, İraq ərəb ölkələrindən enerji sisteminin bərpasına yardım göstərməyi xahiş etmişdir. Həmin ölkələrin bu məqsədlə 2 milyard dollar ayıracağı gözlənilir. ABŞ da İraqın ...

QIRĞIZISTAN PREZİDENTİ FRANSADA SƏFƏRDƏ OLMUŞDUR

14.10.2003 [21:31]
Qırğızıstan Prezidenti Əsgər Akayevin Fransaya işgüzar səfəri başa çatmışdır. Prezidentin mətbuat xidmətindən bildirmişlər ki, Ə.Akayevin Fransa Prezidenti Jak Şirakla görüşündə iki ölkə arasında siyasi, iqtisadi, mədəni-humanitar, hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi ...

İRAN PREZİDENTİ HƏMVƏTƏNİNİN NOBEL SÜLH MÜKAFATINA LAYİQ GÖRÜLMƏSİNİ ALQIŞLAMIŞDIR

14.10.2003 [21:10]
İran Prezidenti Məhəmməd Xatəmi bildirmişdir ki, ölkədə həmvətənimiz Şirin İbadinin uğuruna sevinməyən yoxdur və mən də, hamı kimi, buna şadam. Ümid edirəm ki, bu uğur İran xalqının mənafelərinə, Yer üzündə ...

BOLQARISTANLI MÜŞAHİDƏÇİLƏR SEÇKİLƏRƏ HAZIRLIQDAN RAZIDIRLAR

14.10.2003 [20:55]
Prezident seçkilərini müşahidə etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Bolqarıstan deputatları oktyabrın 14-də Şəhidlər xiyabanını ziyarət etmişlər. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarları üstünə gül-çiçək dəstələri ...

GƏNCLƏRİN BEYNƏLXALQ KONFRANSINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ ƏKS ETDİRƏNFİLM NÜMAYİŞ ETDİRİLMİŞDİR

14.10.2003 [20:55]
İspaniyanın Malaqa şəhərində yerləşən Avropa-Latın Amerikası Gənclər Mərkəzində dünyanın bir sıra gənclərdən ibarət ictimai birlikləri tərəfindən təşkil edilmiş “Gənclər və inkişaf məsələləri üzrə IV Beynəlxalq konfrans”da Azərbaycanı “Güc Birlikdədir” ...

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL OLUNMALIDIR

14.10.2003 [20:55]
Oktyabrın 14-də Milli Məclisin sədri Murtuz Ələsgərov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi sədrinin müavini Salih Kapusuzu qəbul etmişdir.
Qonağı səmimi salamlayan Murtuz Ələsgərov demişdir ki, Azərbaycan hökuməti ...

ENERGETİKLƏR MİNGƏÇEVİRİN ABADLAŞDIRILMASINDA İŞTİRAK EDİRLƏR

14.10.2003 [20:54]
“Azərenerji” Səhmdar Cəmiyyəti Mingəçevirdəki energetiklər qəsəbəsində 450 yerlik ikimərtəbəli orta məktəb binasını və 250 nəfərlik tamaşaçı salonu olan klubu tikib istifadəyə vermişdir. Qəsəbənin ərazisi abadlaşdırılmış, təxminən 50 idman şəhərciyi ...

YÜK MAŞINI İLƏ YÜK QATARI TOQQUŞMUŞDUR

14.10.2003 [20:47]
Oktyabrın 14-də Bakının Xətai rayon ərazisində - Nobel qardaşları prospektində yük qatarı ilə yük maşını toqquşmuşdur.
Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, hadisə 6 nömrəli çörək ...