SON XƏBƏRLƏR

AZƏRBAYCAN VƏ BOLQARISTAN MÜDAFİƏ NAZİRLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ PLANI İMZALANMIŞDIR

04.11.2003 [20:29]
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Bolqarıstan Respublikası Müdafiə Nazirliyi arasında 2004-cü il üçün əməkdaşlıq planı təsdiqlənmiş və imzalanmışdır ...

BOLQARISTANIN MÜDAFİƏ NAZİRİ BAKIYA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR

04.11.2003 [20:28]
Noyabrın 4-də Bolqarıstanın müdafiə naziri Nikolay Svinarov Bakıya iki günlük rəsmi səfərə gəlmişdir.
Bina hava limanında səmimi qarşılanan qonaq ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:43]
Hörmətli Prezident,
Azərbaycan Respublikasının Prezidenti kimi vəzifənizə başlamağınız münasibətilə İspaniya hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi bildirirəm.
Dost Azərbaycan xalqının rifah, sülh və firavanlıq istəklərinə ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:39]
Allahın salamı, rəhməti və bərəkətləri üzərinizdə olsun!
Azərbaycan Respublikasının Prezidenti kimi and içərək vəzifənizə başlamağınız münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə bu vəzifədə cansağlığı, səadət, ...

A.A.İMAMƏLİYEVİN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN REGİONAL MƏSƏLƏLƏR DAİMİ KOMİSSİYASININ ÜZVÜ SEÇİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

04.11.2003 [19:34]
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Asif Ağalar oğlu İmaməliyev Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü seçilsin ...

A.T.RASİ-ZADƏNİN AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ TƏYİN EDİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

04.11.2003 [19:32]
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alıram:
Artur Tahir oğlu Rasi-zadə Azərbaycan Respublikasının Baş naziri təyin edilsin.
Bu Fərman imzalandığı gündən qüvvəyə minir. ...

A.T.RASİ-ZADƏNİN AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ VƏZİFƏSİNƏ TƏYİN EDİLMƏSİNƏ RAZILIQ VERİLMƏSİ HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN QƏRARI

04.11.2003 [19:29]
Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin 9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən qərara alır:
Artur Tahir oğlu Rasi-zadənin Azərbaycan Respublikasının Baş naziri ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:24]
Hörmətli İlham Heydər oğlu,
Prezident seçkilərində qələbəniz münasibətilə təbriklərimi qəbul edin. Əminəm ki, Türkmənistanla Azərbaycan arasında münasibətlər ölkələrimizin dost xalqlarının rifahı naminə qarşılıqlı anlaşma və hörmət ruhunda inkişaf ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:19]
Zati-aliləri!
Azərbaycan Respublikasının Prezidenti kimi yüksək vəzifəyə seçilməyiniz münasibətilə 143 dövlətin, o cümlədən Azərbaycanın turizm sahəsində mənafelərini təmsil edən Dünya Turizm Təşkilatı adından ən səmimi təbrikləri qəbul etməyinizi ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:17]
Hörmətli cənab Prezident,
Azərbaycan Respublikasının Prezidenti seçilməyinizlə bağlı Sizə Bosniya və Herseqovinanın dövlət təsisatları adından və şəxsən öz adımdan məmnuniyyətlə ürəkdən gələn təbriklərimi ifadə edir, səmimiyyətlə ölkənizə sülh ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:16]
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi və ailənizi türk xalqı adından və şəxsən öz adımdan təbrik edir, bu vəzifənin ölkənizə və bütün türk aləminə xeyirli olmasını arzulayıram.
Prezidentliyiniz ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:08]
Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə öz adımdan, Tunis hökuməti və xalqı adından hərarətli təbriklər göndərməyi özümə şərəf sayıram. Sizə yeni məsuliyyətli işinizdə cansağlığı, səadət və uğurlar diləyirəm. ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:07]
Zati-aliləri!
Bəhreyn Krallığının hökuməti mənə qoşularaq, Zati-alinizə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ürəkdən gələn təbriklərini çatdırır.
İcazə verin, bu imkandan istifadə edib, Sizə vəzifənizi yerinə yetirməkdə, xalqınızın ...

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ

04.11.2003 [19:06]
Zati-aliləri, qardaşım İlham Əliyev!
Əs-səlamu aleykum və rəhmətullahi bərəkatuhu
Azərbaycan Respublikasının Prezidenti seçkilərindəki qələbəniz mənə gözəl bir fürsət verir ki, bu münasibətdən istifadə edərək, Zati-alilərinizə Səudiyyə Ərəbistanı ...

DÜNƏNİMİZƏ EHTİRAMLA, SABAHIMIZA İNAMLA
ÖLKƏMİZİN İDMAN TARİXİNDƏ ŞƏRƏFLİ YOL KEÇMİŞ VETERAN İDMANÇILAR AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ÜNVANLADIQLARI TƏBRİK MƏKTUBUNA BU SƏRLÖVHƏNİ SEÇMİŞLƏR. TƏBRİKİN AZƏRTAC-A DAXİL OLMUŞ MƏTNİNİ TƏQDİM EDİRİK

04.11.2003 [18:58]
Biz, ahıl idman mütəxəssisləri, düz 34 ildir ki, cənab Heydər Əliyevin rəhbərliyi altında idmanın inkişafı naminə çalışırıq.
Biz, bu müdrik insanın şücaətinin, qətiyyətinin, fədakarlığının canlı şahidləriyik. Təkcə onu ...

OKTYABRDA 26 MİN TON ŞƏRTİ YANACAĞA QƏNAƏT EDİLMİŞDİR

04.11.2003 [18:57]
Bu ilin oktyabrında 1 kilovat-saat elektrik enerjisinin istehsalına şərti yanacaq sərfi 380,45 qram təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,14 qram azdır.
“Azərenerji” ...

DODİ İLƏ DİANANIN NAKAM MƏHƏBBƏTİ HAQQINDA FİLM

04.11.2003 [18:56]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərdə deyilir ki, Misir kinematoqrafçıları dünyanın ən zəngin misirlilərindən biri - Londondakı möhtəşəm “Herrodz” univermağının sahibi, milyarder Məhəmməd əl Fayedin həyatı haqqında çoxseriyalı “ailə dastanı”nın ...

ELEKTRİK XƏTTİNDƏ NASAZLIQ TEZLİKLƏ ARADAN QALDIRILMIŞDIR

04.11.2003 [18:56]
Noyabrın 4-də respublikanın cənub rayonlarını elektrik enerjisi ilə təmin edən 220 kilovoltluq üçüncü Masallı yüksək gərginlikli elektrik verilişi xəttində qısa müddətli nasazlıq yaranmışdı.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AzərTAc-a ...

İLHAMLI GƏLƏCƏYƏ BÖYÜK İNAM

BU FİKİR ŞAMAXI RAYON FƏALLARININ YIĞINCAĞINDA DƏFƏLƏRLƏ SƏSLƏNMİŞDİR

04.11.2003 [16:28]
Möhtərəm Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan Respublikası bu günlər böyük sevinc içərisindədir. Xalqımızın sonsuz sevincinin səbəbi dahi Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı İlham Əliyevin oktyabrın 15-də keçirilmiş ...

VAŞİNQTON GÜRCÜSTANDA PARLAMENT SEÇKİLƏRİNİN TƏŞKİLİNDƏKİ MÜSBƏT CƏHƏTLƏRƏ DƏ DİQQƏT YETİRMİŞDİR

04.11.2003 [15:43]
AzərTAc-ın Vaşinqtondan aldığı xəbərdə deyilir ki, ABŞ hökuməti Gürcüstan iqtidarını və vətəndaşlarını ölkədə parlament seçkilərinə açıq və ədalətli şəkildə yekun vurulmasını təmin etməyə çağırmışdır.
ABŞ Dövlət Departamentinin rəsmi ...

TÜRKİYƏNİN İXRAC REKORDU

04.11.2003 [15:42]
Türkiyənin dövlət statistika idarəsi 2003-cü ilin oktyabr ayı üzrə ölkənin iqtisadi göstəricilərini açıqlamışdır. Oktyabr ayı ərzində Türkiyənin ixracı 4,9 milyard ABŞ dolları məbləğində olmuşdur ki, bu da ölkə üçün rekord ...

“İNGİLİSCƏ-AZƏRBAYCANCA LÜĞƏT”İN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR

04.11.2003 [14:40]
M.F.Axundov adına Respublika kitabxanasında filologiya elmləri doktoru, professor Oruc Türksevərin (Musayevin) təşəbbüsü və rəhbərliyi ilə “Qismət” nəşriyyatında işıq üzü görən “İngiliscə-Azərbaycanca lüğət”in təqdimat mərasimi keçirilmişdir.
Respublika kitabxanasından AzərTAc-a ...

AKROBATLAR AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏKLƏR

04.11.2003 [13:48]
Azərbaycanın idman akrobatikası üzrə yığma komandası böyüklər və yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcəkdir. Qitə birinciliyi noyabrın 6-9-da Polşanın Zelena Qura şəhərində keçiriləcəkdir. Azərbaycan Gimnastika Federasiyasından AzərTAc-ın müxbirinə bildirmişlər ...

ABŞ KONQRESİ İRAQA VƏ ƏFQANISTANA 87 MİLYARD DOLLAR AYRILMASINI BƏYƏNMİŞDİR

04.11.2003 [13:47]
AzərTAc-ın müxbirinin Vaşinqtondan verdiyi xəbərə görə, ABŞ Konqresi Amerika qoşunlarının Əfqanıstanda və İraqda saxlanmasına və bü dövlətlərin iqtisadi bərpasına 87 milyard dollardan artıq vəsait ayrılmasını bəyənmişdir.
Həmin vəsaitin ...

İRAQDA NEFT KƏMƏRİ PARTLADILMIŞDIR

04.11.2003 [13:47]
AzərTAc-ın müxbiri Ankaradan xəbər verir ki, İraqın şimalındakı Kərkük şəhərindən 35 kilometr cənub-şərqdə neft kəmərinin qollarından birində yeni təxribat törədilmişdir.
İraqın Neft Sənayesi Nazirliyinin nümayəndəsi Sayeq əl-Cəburi bildirmişdir ...