SON XƏBƏRLƏR

PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ BAŞA ÇATMIŞDIR

01.10.2003 [18:44]
Xəbər verildiyi kimi, Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Cənubi Qafqaz ölkələri parlament sədrlərinin görüşündə iştirak etmək üçün sentyabrın 28-dən oktyabrın 1-dək Moskvada rəsmi səfərdə ...

TURAN XANIM CAVİDƏ

01.10.2003 [18:43]
Hörmətli Turan xanım!
Sizi – Azərbaycanın tanınmış mədəniyyət xadimini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Siz respublikamızın mədəni həyatında uzun illərdən bəri yaxından iştirak edən ziyalı kimi ölkəmizdə ...

İNFORMASİYA CƏMİYYƏTİ ÜZRƏ DÜNYA SAMMİTİNƏ (VVSIS) AZƏRBAYCANIN HAZIRLIĞI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLMİŞDİR

01.10.2003 [17:21]
Dekabrın 10-12-də BMT və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən keçiriləcək İnformasiya Cəmiyyəti üzrə dünya sammitinə (VVSIS) Azərbaycanın hazırlığı ilə bağlı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binasında mətbuat konfransı keçirilmişdir.
İnformasiya-Kommunikasiya ...

QARŞIDAKI PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRDIRLAR

01.10.2003 [17:16]
Ölkəmizin Kiyevdəki səfirliyində sentyabrın 30-da keçirilmiş geniş yığıncaqda diplomatik nümayəndəliyimizin Azərbaycanda qarşıdakı prezident seçkilərinə hazırlığı məsələləri müzakirə olunmuşdur.
Yığıncaqda diplomatlarımızla yanaşı, Ukrayna Azərbaycanlıları Konqresinin rəhbərliyi, UAK-ın regional şöbələrinin ...

RUSİYA ƏRAZİSİNDƏ OLAN ƏCNƏBİLƏRƏ MİQRASİYA KARTLARININ VERİLMƏSİ DAYANDIRILDI

01.10.2003 [17:14]
Rusiya ərazisində müvəqqəti olan əcnəbi vətəndaşlara ölkənin viza və qeydiyyat şöbələrində miqrasiya kartlarının verilməsi oktyabrın 1-dən dayandırılmışdır. İndi “miqrant pasportu”nu sərhədi keçərkən ancaq sərhəd məntəqələrində almaq olar.
RF ...

PENSİYAÇI MÜƏLLİMƏ ÖZ EVİNİ MƏSCİDƏ ÇEVİRMİŞDİR

01.10.2003 [17:13]
Marneuli rayonunun Kirəc-Muğanlı kənd sakini Şahlıq Hüseynova bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş, bu yolda əlindən gələni əsirgəməmişdir.
Neçə ildir pensiyada olan bu tənha qadın öz məramına sadiq ...

BAKIDA XÜSUSİ İTLƏR HAZIRLANACAQDIR

01.10.2003 [17:13]
Azərbaycanda ilk dəfə olaraq, müasir tələblərə cavab verən kinoloji mərkəz fəaliyyətə başlamışdır. Mərkəzdə narkotik vasitələrin, silah-sursatın, təbii fəlakətlər zamanı xəsarət almış insanların axtarılması və digər mühüm işlər üçün xüsusi ...

SAHİBKARLIĞI NECƏ İNKİŞAF ETDİRMƏK OLAR?

01.10.2003 [17:07]
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiya Citizens Development Corps beynəlxalq təşkilatı ilə birlikdə sentyabrın sonunda Cəlilabad şəhərində yerli iş adamları üçün “Biznesin inkişafı” mövzusunda ikigünlük məşğələ təşkil etmişdir. ...

KÖÇKÜN QƏSƏBƏLƏRİNDƏ SOSİAL PROBLEMLƏR HƏLL OLUNUR

01.10.2003 [17:07]
Azərbaycan Prezidentinin Fərmanına uyğun olaraq, Xocavənd rayonunun məcburi köçkünləri üçün Haramı düzündə 3 qəsəbə salınmışdır.
Rayon icra hakimiyyətində müxbirimizə bildirmişlər ki, məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə sosial-məişət şəraitini yaxşılaşdırmaq ...

SƏMƏRQƏNDDƏ TANINMIŞ SOYDAŞIMIZIN YUBİLEYİ QEYD EDİLİR

01.10.2003 [17:06]
Əlişir Nəvai adına Səmərqənd Dövlət Universitetinin professoru, tarixçi alim, mərhum soydaşımız Yusif Ələsgərovun 90 illiyi bu şəhərdə geniş qeyd edilir. Səmərqənd televiziyası və radiosu tanınmış soydaşımız haqqında proqramlar hazırlayır, ...

“BƏXTİYAR VAHABZADƏ”... EKRANDA

01.10.2003 [17:05]
Dövlət televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində xalq şairi, Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadəyə həsr olunmuş sənədli filmin istehsalı başa çatmışdır.
Birlikdən müxbirimizə demişlər ki, filmin ssenari müəllifi Zərnişan Azayeva, ...

“ÖMÜR YOLU BİRCƏ ANDIR” VOKAL TAMAŞASI SƏFƏRƏ ÇIXIR

01.10.2003 [17:05]
İstedadlı müğənni Rəşidə Behbudovanın “Ömür yolu bircə andır” adlı vokal tamaşası Moskva və Sankt-Peterburq teatrlarının səhnələrində nümayiş olunacaqdır.
Rəşid Behbudov Fondundan müxbirimizə demişlər ki, hazırda vokal tamaşa rus ...

YANVAR-AVQUST AYLARINDA AZƏRBAYCANDA VERGİLƏRDƏN MƏDAXİL 2,522 TRİLYON MANAT OLMUŞDUR

01.10.2003 [17:04]
Vergilər Nazirliyindən bildirmişlər ki, həmin məbləğin 555,998 milyard manatını mənfəətdən tutulan vergi, 451,833 milyard manatını gəlir vergisi, 205,382 milyard manatını aksizlər, 75,299 milyard manatını dövlət rüsumu, 35,521 milyard manatını ...

YENİ İŞ YERLƏRİ AÇILMIŞDIR

01.10.2003 [17:03]
Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əli Bayramlı şəhərində 3 yeni istehsal sahəsi yaratmışdır. Bunlar şəhərin Hacı Qəhrəmanlı qəsəbəsindəki mal-qara kökəltmə məntəqəsi, çörək-bulka və üzlük tava sexləridir. Hər ...

XALQ YAZIÇISI İSMAYIL ŞIXLI “ŞIX OCAĞININ NURU”NDA

01.10.2003 [16:23]
Dövlət televiziyasının “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində xalq yazıçısı, görkəmli ictimai xadim İsmayıl Şıxlıya həsr olunmuş “Şıx ocağının nuru” adlı sənədli filminin istehsalı başa çatmışdır.
Birlikdən müxbirimizə demişlər ki, filmin ssenari ...

ÇİNDƏ GÖMRÜK ƏMƏKDAŞLIQ KOMİTƏSİNİN BEYNƏLXALQ SEMİNARI KEÇİRİLMİŞDİR

01.10.2003 [16:22]
Çin Xalq Respublikasının Urumçi şəhərində Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Gömrük Əməkdaşlıq Komitəsinin GƏK beynəlxalq seminarı keçirilmişdir.
Dövlət Gömrük Komitəsindən bildirmişlər ki, Azərbaycan, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan ...

BP-NİN AZƏRBAYCANDA HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏRƏ YAXIN BİR NEÇƏ İLDƏ 18 MİLYARD DOLLAR SƏRMAYƏ QOYULACAQDIR

01.10.2003 [16:21]
Bunu BP-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord bildirmişdir. Onun sözlərinə görə, bu qədər vəsaiti “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənilməsinə, habelə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə yönəltmək nəzərdə tutulur. Belə bir riskə Azərbaycanda ...

BÖLGƏLƏRDƏ NEFT STRATEGİYASINAMARAQ BÖYÜKDÜR

DÖVLƏT NEFT ŞİRKƏTİNİN NÜMAYƏNDƏLƏRİ REGİONLARDA GÖRÜŞLƏRİ DAVAM ETDİRİRLƏR

01.10.2003 [16:02]
Azərbaycan Dövlət Neft Şirkəti mütəxəssislərinin, tanınmış politoloq və alimlərin respublikanın bölgələrinə səfərləri davam edir.
Şirkətin baş energetiki, YAP ərazi təşkilatının sədri, Qarabağ müharibəsi veteranı Məhəmmədəli Məmmədzadə AzərTAc-ın müxbirinə ...

AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN 2003-CÜ İL DÖVLƏT BÜDCƏSİNİN YANVAR-SENTYABR AYLARINDA İCRASINA DAİR OPERATİV MƏLUMATI

01.10.2003 [15:22]
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 2003-cü ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin mədaxil proqnozu 103,0 faiz icra olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 37,4 faiz çoxdur. ...