SON XƏBƏRLƏR

AZƏRBAYCANIN KİYEVDƏKİ SƏFİRİ UKRAYNANIN ƏDLİYYƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR

18.01.2007 [17:08]
Azərbaycanın Kiyevdəki səfirliyindən AzərTAc-ın xüsusi müxbirinə bildirmişlər ki, səfir Tələt Əliyev yanvarın 17-də Ukraynanın ədliyyə naziri Aleksandr Lavrinoviç ilə görüşmüşdür ...

İMİŞLİ-PARSABAD YÜKSƏKGƏRGİNLİKLİ ÖTÜRÜCÜ XƏTTİN ÇƏKİLİŞİ SÜRƏTLƏNİR

18.01.2007 [13:40]
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, 330 kilovoltluq İmişli-Parsabad (İran) yüksəkgərginlikli elektrikötürücü xəttin çəkilişində işlər getdikcə sürətlənir ...

ARXEOLOQLAR TÜRKLƏRİN ANADOLUDA 3 MİN 200 İL BUNDAN ƏVVƏLKİ İZLƏRİNİ AŞKAR ETMİŞLƏR

18.01.2007 [13:38]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, arxeoloqlar Anadolunun şimal-şərqində aparılan qazıntılar zamanı iti və atı ilə birgə dəfn olunmuş şəxsin məzarını aşkar etmişlər. Onlar bu qəbrin Orta Asiyadan 3 min 200 il əvvəl gəlmiş bir türk qəbiləsinə aid olduğu qənaətindədirlər ...

QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ GÖRÜŞ

17.01.2007 [16:13]
AzərTAc xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə Vatikan Dövlətinin Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti və Ukrayna Katolik Universitetinin rektoru Boris Qudzyak ilə görüşmüşdür ...

UKRAYNA VƏ TÜRKİYƏ YÜKSƏK TEXNOLOGİYALAR SAHƏSİNDƏ BİRGƏ LAYİHƏLƏR HƏYATA KEÇİRƏCƏK

17.01.2007 [16:10]
AzərTAc Ukrinforma istinadla xəbər verir ki, Ukraynanın Baş naziri Viktor Yanukoviç Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla yanvarın 17-də Ankarada apardığı danışıqlardan sonra bildirmişdir ki, danışıqların ...

AZƏRBAYCAN İLƏ SƏUDİYYƏ ƏRƏBİSTANI ARASINDA TƏHSİL SAHƏSİNDƏ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR

17.01.2007 [14:54]
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yanvarın 17-də Baş nazir Artur Rasizadə ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığının ali təhsil naziri doktor Xalid əl Anqarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

RUSİYADA TERROR AKTI TƏHLÜKƏSİ VAR

17.01.2007 [14:46]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, RF Milli Antiterror Komitəsi (MAK) yerüstü nəqliyyatda və metroda terror-təxribat aktı törədilməsinin mümkünlüyü barədə məlumata malikdir. Bu, MAK-ın Federal Operativ qərargahının (FOQ) məlumatında bildirilmişdir. Qeyd olunmuşdur ki, əcnəbi tərəfdaşlardan alınmış bu informasiya hazırda ölkənin xüsusi xidmət orqanları tərəfindən yoxlanılır. ...

HƏKİM FİDEL KASTRONUN AĞIR VƏZİYYƏTDƏ OLMASI HAQQINDA İNFORMASİYANI TƏKZİB ETMİŞDİR

17.01.2007 [14:37]
AzərTAc-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Kuba Prezidenti Fidel Kastro ötən ilin yayında bağırsaqlarında aparılan cərrahiyyə əməliyyatından sonra yavaş-yavaş sağalır. Onun sağlamlığı “təhlükə altındadır”, lakin ağır vəziyyətdə deyildir. Bunu Ekvadorda səfərdə olan Venesuela Prezidenti Huqo Çaves bildirmişdir. Venesuela Prezidenti ...

YAP NƏSİMİ RAYON TƏŞKİLATINDA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

17.01.2007 [14:35]
AzərTAc xəbər verir ki, yanvarın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının qərargahında 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüş keçirilmişdir. YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova 20 Yanvar faciəsinin dəhşətlərindən danışdı. Dedi ki, Azərbaycan xalqı o dövrdə keçmiş SSRİ ...

SƏUDİYYƏ ƏRƏBİSTANI TEHRANLA VAŞİNQTON ARASINDA VASİTƏÇİLİK ETMİR

17.01.2007 [14:34]
AzərTAc İTAR-TASS-a istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bəzi KİV-lərin yaydığı belə bir məlumatın yalan olduğunu bildirmişdir ki, guya, İran hökuməti Ər-Riyaddan Tehranla Vaşinqton arasında münasibətlərin tənzimlənməsində vasitəçi olmağı xahiş etmişdir. Səudiyyə Ərəbistanının rəsmi nümayəndəsi belə uydurmaları qəti şəkildə rədd etmişdir. ...

KÜVEYT PARLAMENTİNİN SƏDRİ İRANA HƏRBİ ZƏRBƏLƏR ENDİRİLMƏSİNİN ƏLEYHİNƏDİR

17.01.2007 [14:33]
AzərTAc “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Küveyt parlamentinin sədri Casim əl-Hərəfinin fikrincə, İrana qarşı hərbi əməliyyatların keçirilməsi regionun bütün ölkələrinə mənfi təsir göstərəcəkdir. O, jurnalistlərlə görüşündə demişdir: “İrana qarşı istənilən hərbi əməliyyatın başlanması təkcə bu əməliyyatların təşəbbüskarları üçün deyil, həm də bütün region üçün ağır nəticələnəcəkdir”. ...

ÇİN KOMPYUTER VİRUSU DÜNYADA MİNLƏRLƏ KOMPYUTERİ SIRADAN ÇIXARMIŞDIR

17.01.2007 [14:30]
AzərTAc-ın İTAR-TASS-dan aldığı xəbərə görə, ÇXR, ABŞ və Avropada minlərlə kompyuteri Çində hazırlanan ən dağıdıcı virus sıradan çıxarmışdır. Proqramın kodunu öyrənən Şanxay İnformasiya Texnologiyaları Mərkəzinin mütəxəssisləri infeksiyaya yoluxan kompyuterlərə ciddi ziyan yetirmək kimi potensial imkanlar baxımından bu virusa ən yüksək təhlükəlilik dərəcəsi vermişlər. ...

AZƏRBAYCAN BMT-NİN 2007-Cİ İL BÜDCƏSİNƏ ÖZ ÜZVLÜK HAQQINI ÖDƏMİŞDİR

17.01.2007 [14:29]
Birləşmiş Millətlər Təşkilatının 2007-ci il üçün müntəzəm büdcəsinə öz üzvlük haqlarını üzv dövlətlərdən yalnız 9-u - Azərbaycan, Boliviya, Bruney, Burkina-Faso, Finlandiya, Norveç, Cənubi Afrika Respublikası, Surinam və Zambiya yanvarın 16-dək tamamilə ödəmişlər. AzərTAc xəbər verir ki, bunu BMT-nin mətbuat katibi Təşkilatın Nyu-Yorkdakı iqamətgahında keçirilən brifinqdə bildirmişdir. ...

İSVEÇRƏDƏ ÖLKƏNİN TARİXİNDƏ ƏN QALMAQALLI İQTİSADİ CİNAYƏT İŞİNƏ BAXILACAQ

17.01.2007 [14:22]
AzərTAc xarici KİV-lərə istinadla xəbər verir ki, İsveçrədə ölkənin tarixində ən qalmaqallı iqtisadi cinayətin - milli aviadaşımalar sahəsində lider olan “Swissair” şirkətinin müflisləşməsi üzrə məhkəmə prosesi başlanmışdır. Müttəhimlər kürsüsündə şirkətin direktorlar şurasının üzvləri və top-menecerləri oturmuşlar. Onlar xidməti vəzifələrindən sui-istifadə etməkdə və digər qanun pozuntularına yol verməkdə təqsirləndirilir. ...

ABŞ MƏHKƏMƏSİ QURANA AND İÇMƏK HÜQUQUNU QORUMAĞA İCAZƏ VERMİŞDİR

17.01.2007 [14:21]
AzərTAc Assoşieyted Press Agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın Şimali Karolina ştatının Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinə Bibliya ilə yanaşı, Qurana və ya hər hansı digər dini kitaba da şahid andı içməyi qanuni saymağı tələb edən iddiaya baxmağı bir vəzifə kimi tapşırmışdır. ...

MOBİL TELEFONUN PARTLAMASI MEHMANXANAYA 75 MİN DOLLAR ZİYAN VURMUŞDUR

17.01.2007 [14:20]
AzərTAc Si-En-En telekanalına istinadla xəbər verir ki, ABŞ-ın Valleco şəhərində 59 yaşlı Luis Pikassonun şalvarının cibindəki mobil telefonun partlaması nəticəsində onun yaşadığı mehmanxana nömrəsində yanğın başlanmışdır. Pikassonun bədəninin yarısı güclü yanıqlara məruz qalmışdır. ...

KORLAR ÜÇÜN İSLAMA DAİR KİTABLAR

17.01.2007 [14:19]
Bu günlərdə Kazandaki “Süleyman” məscidinin kitabxanasına korlar üçün 100-dən çox kitab, o cümlədən Quran, təfsirlər, hədislər, islam inancları, şəriət qaydaları haqqında kitablar gətirilmişdir. ...

ABŞ RUSİYANI TƏNQİD EDİR

17.01.2007 [14:18]
AzərTAc Röyter agentliyinə istinadla xəbər verir ki, ABŞ Rusiyanı İrana “Top-M1” zenit-raket kompleksləri satdığına görə tənqid etmiş və bunu “qeyri-münasib siqnal” adlandırmışdır. ...

TƏHSİL MÜƏSSİSƏSİNİN 70 İLLİYİ QEYD EDİLMİŞDİR

17.01.2007 [13:54]
AzərTAc xəbər verir ki, Bakının Binəqədi rayonundakı 179 nömrəli məktəbində bu təhsil ocağının 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tanınmış təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək, ölkəmizin təhsil sistemində aparılan islahatlar, həyata ...