SON XƏBƏRLƏR

MƏŞHUR ALMAN DİRİJORU PONELLİ FİLARMONİYADA KONSERT VERƏCƏKDİR

01.03.2004 [03:48]
Martın 17-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında məşhur alman dirijoru Pyer Domenik Ponellinin iştirakı ilə Üzeyir Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin konserti olacaqdır.
Filarmoniyadan AzərTAc-ın müxbirinə bildirmişlər ...

NEFT KƏMƏRİNİN LAYİHƏSİNƏ HƏSR OLUNMUŞDUR

01.03.2004 [03:47]
Xəzər Universitetində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Universitetdən AzərTAc-ın müxbirinə bildirmişlər ki, tədbirdə layihənin baş icraçı mütəxəssisi Michael Tovvnsheldinin məruzəsi dinlənilmiş, layihənin həyata ...

FRANSANIN CƏNUB-QƏRB BÖLGƏLƏRİNDƏ İFLİC VƏZİYYƏT

01.03.2004 [02:12]
Fevralın 26-dan yağan güclü qar Fransanın cənub-qərb hissəsini iflic vəziyyətinə salmış, ölkənin Brotan, Kot d”Armor və Morbian əyalətlərində elektrik xətlərini sıradan çıxarmışdır. Nəticədə fevralın 27-28-də 120 mindən artıq ev ...

MƏRMƏRƏ DƏNİZİNDƏ FIRTINA NƏTİCƏSİNDƏ 4 BALIQÇI GƏMİSİ BATMIŞDIR

01.03.2004 [01:13]
Fevralin 28-də Mərmərə dənizində başlayan güclü fırtına nəticəsində Türkiyənin Təkirdağ vilayətinin Şarköy limanında dayanan 4 balıqçı gəmisi batmışdır. Mərmərə dənizinin Şarköy sahillərində küləyin sürəti saatda 90 kilometrə, dalğaların hündürlüyü ...

ŞAGİRDLƏR XOCALI FACİƏSİNİ ÖYRƏNİRLƏR

29.02.2004 [22:07]
Mingəçevir Azərbaycan-Türkiyə özəl litseyində şəhərdə müvəqqəti məskunlaşmış xocalılarla görüş keçirilmişdir.
Litseyin müdiri Əhməd Salih Gürenin “Xocalı faciəsi və Türkiyə”, Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Göyüş Həsənovun “Erməni ...

TEYMUR RƏCƏBOV HARRİ KASPAROVUN LİDERLİYİNƏ İMKAN VERMƏMİŞDİR

29.02.2004 [22:07]
AzərTAc-ın xarici införmasiya agentliklərindən aldığı xəbərə görə, İspaniyanın Linares şəhərində keçirilən şahmat üzrə 21-ci ənənəvi superturnirdə Rusıya şahmatçıları Harri Kasparov və Vladimir Kramnik 9-cu turdan sonra xalların sayına görə, ...

İRANDA İKİ YERALTI TƏKAN QEYDƏ ALINMIŞDIR

29.02.2004 [21:46]
AzərTAc-in Tehrandan aldığı xəbərə görə, fevralın 29-da səhər tezdən İranın cənub-qərbində iki yeraltı təkan qeydə alınmışdır. Rixter cədvəli ilə 4,1 gücündə olan birinci yeraltı təkanı Hüzistan əyalətindəki Əndiməşq şəhərinin ...

SƏDDAM HÜSEYNİN OĞULLARININ YERİ BARƏDƏMƏLUMAT VERƏN ŞƏXS 30 MİLYON DOLLAR ALMIŞDIR

29.02.2004 [21:12]
AzərTAc-ın İTAR-TASS agentliyinə istinadla verdiyi xəbərə görə, ötən il Səddam Hüseynin oğulları Udeyin və Quseyin gizləndiyi yer barədə İraqdakı ABŞ qoşunlarına məlumat verən şəxs bu günlərdə ABŞ hökumətindən təxminən ...

AİLƏLƏRİN RAHATLIĞI ÜÇÜN

29.02.2004 [21:11]
İmişlidə rayonun daxili imkanları hesabına 100 ailənin yaşadığı iki beşmərtəbəli yaşayış binasının dam örtüyü tamamilə yenidən qurulmuşdur. Təmir işlərinə 100 milyon manat vəsait xərclənmişdir. Bununla da sakinlərin yağış sızmaları ...

“HEYDƏR ƏLIYEV UNIVERSITETI”NIN 50-CI MƏŞĞƏLƏSI OLMUŞDUR

29.02.2004 [21:00]
Mingəçevirdə fəaliyyət göstərən “Heydər Əliyev Universiteti”nin növbəti 50-ci məşğəlləsi keçirilmişdir.
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, məşğələdə Universitetin rektoru Məhəbbət Qarabağlı “İlham Əliyev Prezidentlik fəaliyyəti Heydər Əliyev ideyalarının həyata ...

ƏNƏNƏVİ GÖRÜŞLƏR RAZILIQLA QARŞILANIR

29.02.2004 [20:59]
Hər ayın sonuncu günü Mingəçevirdə ayır-ayrı məhəllədə yaşayan insanların seçdikləri təmsilçilərlə şəhər rəhbərliyinin görüşü keçirilir. Görüşdə sakinləri narahat edən problemlər, çatışmazlıqlar, onların qaldırdığı məsələlər öyrənilir, onların aradan qaldırılması üçün ...

SAHİBKARLARIN MARAQLARI QORUNACAQDIR

29.02.2004 [20:45]
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Hacıqabul şöbəsi fəaliyyətə başlamışdır. Yeni qurum könüllülük prinsipi əsasında işləyəcək, hüquqi və fiziki şəxslərin sahibkarlıq səylərini əlaqələndirəcək, onların hüquqi ...

DÖVRİYYƏDƏ OLAN PUL KÜTLƏSİ 33,9 FAİZ ARTMIŞDIR

29.02.2004 [20:45]
Fevralın 1-nədək dövriyyədəki pul kütləsinin ümumi həcmi 2470,4 milyard manat olmuşdur.
Milli Bankdan AzərTAc-ın müxbirinə bildirmişlər ki, bu, yanvarın 1-nə olan həcmdən 4,7 faiz az, 2003-cü il fevralın 1-nə ...

TAXIL SAHƏLƏRİNİN SUVARILMASI BAŞA ÇATDIRILMIŞDIR

29.02.2004 [20:36]
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, Neftçala rayonunun torpaq mülkiyyətçiləri əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri dəf edərək, 30 min hektar taxıl sahəsinin birinci suvarmasını optimal aqrotexniki müddətdə başa çatdırmışlar. ...

QAZ BALONUNUN PARTLAMASI NƏTİCƏSİNDƏ ON NƏFƏR HƏLAK OLMUŞDUR

29.02.2004 [20:26]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Düşəndə -Qissar marşrutu ilə hərəkət edən avtobus qaz balonunun partlaması nəticəsində on nəfər həlak olmuş, üç nəfər yaralanmışdır. Xəsarət alanlar xəstəxanaya çatdırılmışlar.
...

AVRASİYA İQTİSADİ BİRLİYİNİN DÖVLƏTLƏRARASI ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

29.02.2004 [20:18]
AzərTAc-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Almatida Avrasiya İqtisadi Birliyinin Dövlətlərarası Şurasının hökumət başçıları səviyyəsində doqquzuncu iclası başa çatmışdır. Bu birliyin üzvü olan Qazaxıstan, Rusiya, Qırğızıstan, Belorus və Tacikistan ...

NAXÇIVAN GÖMRÜKÇÜLƏRİ QAÇAQMALÇILIQLA MÜBARİZƏ APARIRLAR

29.02.2004 [20:07]
AzərTAc-ın verdiyi xəbərə görə, 2003-cü il ərzində Naxçıvan Muxtar Respublikasında gömrük qaydalarının pozulmasına dair 12 cinayət tərkibli hadisə qeydə alınmışdır. Ümumiyyətlə, hesabat dövründə 267 fakt üzrə tutulmuş cərimlərin məbləği ...

QAÇAQMALÇILIQLA MÜBARIZƏNIN GÜCLƏNDIRILMƏSI İSTIQAMƏTINDƏ KONKRET ADDIMLAR ATILIR

29.02.2004 [19:19]
AzərTAc xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində qaçaqmalçılığa qarşı mübarizəyə dair müşavirə keçirilmiş, Azərbaycan Prezidenti tərəfindən bu sahədə verilmiş göstərişlərin müvəffəqiyyətlə yerinə yetirilməsi istiqamətində tədbirlər müəyyənləşdirilmişdir.
Naxçıvan ...

BAĞLI QALAN ADAM OĞURLUĞU CİNAYƏTLƏRİN AÇILMASI ÜÇÜN ZƏRURİ TƏDBİRLƏR GÖRÜLÜR

29.02.2004 [19:19]
Respublika Baş prokurorluğundan AzərTAc-a demişlər ki, 1996-2003-cü illərdə törədilən və hələ də bağlı qalan 8 adam oğurluğu, o cümlədən, 2 prokurorluq əməkdaşının oğurlanması cinayətlərinin açılması və həmin hadisələrin törədilməsində iştirakı ...

MİNALARLA VƏ PARTLAMAMIŞ SURSATLARLA BAĞLI VƏZİYYƏT TƏHLİL EDİLMİŞDİR

29.02.2004 [19:12]
Beynəlxalq Mətbuat Mərkəzində Piyadalar əleyhinə minaların qadağan olunması uğrunda Azərbaycan Konvensiyasının təşkilatçılığı ilə “Ottava Konvensiyası imzalandıqdan sonra dünyadakı tendensiyalar” mövzusunda seminar keçirilmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, seminarda Azərbaycan ...

AZƏRBAYCANDA MÜƏLLİM HAZIRLIĞI ÜZRƏ TƏDRİS PROQRAMINI İNKİŞAF ETDİRMƏK ÜÇÜN ÜÇİLLİK PROQRAM HƏYATA KEÇİRİLİR

29.02.2004 [18:53]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində İREX-Beynəlxalq Tədqiqatçılar və Mübadilələr Şurasının “2003-2006-cı illərdə Azərbaycanın orta məktəbləri üçün Sosial fənlər (tarix, coğrafiya, təbiətşünaslıq, vətəndaş təhsili) sahəsində müəllim hazırlığı üzrə tədris proqramı”nın inkişafı ...

ABŞ AZƏRBAYCANIN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINA 10 MİLYON DOLLAR AYIRACAQDIR

29.02.2004 [18:36]
AzərTAc-ın verdiyi xəbərə görə, bu barədə fevralın 29-da Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin ABŞ-ın Milli Təhlükəsizlik üzrə Biznes İcraçıları Təşkilatının Prezidenti və baş icraçı əməkdaşı, istefada olan general ...

QİYMƏTLƏRİN ARTMASI ƏHALİNİN MADDİ VƏZİYYƏTİNƏ TƏSİR GÖSTƏRMƏYƏCƏK

29.02.2004 [18:34]
Rrespublikanın iqtisadi inkişaf naziri Fərhad Əliyev AzərTAc-ın müxbirinə bildirmşdir ki, Azərbaycanda enerjidaşıyıcıların daxili bazar qiymətləri dünya bazarındakı mövcud səviyyəyə yaxındır. Əgər 1-ci rübün sonunadək dünya bazarında qiymətlər təqribən 20 ...

“AKKUŞA” KANALI LİLDƏN TƏMİZLƏNİR

29.02.2004 [18:31]
Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sifarişi ilə podratçı “Melioservis” təşkilatı Salyan rayonundakı 34 kilometr uzunluğunda olan “Akkuşa” kanalının lildən təmizlənməsinə başlamışdır. Oısa müddətdə kanalın 8 kilometrində bu iş görülmüşdür. ...

YENİ ƏDƏBİ MƏCMUƏ NƏŞRƏ BAŞLAMIŞDIR

29.02.2004 [14:03]
Yeni nəşrə başlayan “Rəfiq” ədəbi məcmuəsinin ilk nömrəsi işıq üzü görmüşdür. Məcmuə ədəbi aləmə xeyirxah niyyətlə qədəm qoymuşdur. O belə bir inamla fəaliyyətə başlamışdır ki, öz səhifələrində fiziki məhdudiyyətli ...