SON XƏBƏRLƏR

ÖZƏL TEXNİKİ SERVİS MƏRKƏZLƏRİ YARADILIR

21.04.2004 [15:27]
Ölkə Prezidentinin “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanına uyğun olaraq, aqrar sektorda texniki servis mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur.
Bərdə Ərazi Kənd Təsərrüfatı İdarəsindən AzərTAc-ın müxbirinə bildirmişlər ...

POLŞA XƏZƏR NEFTİNDƏ MARAQLIDIR

21.04.2004 [15:27]
AzərTAc-ın müxbiri Kiyevdən xəbər verir ki, aprelin 20-də Ukrayna Daxili İşlər Nazirliyi yanında Diplomatiya Akademiyasında rektorluq nümayəndələrinin, professor-müəllim heyətinin və dinləyicilərin Polşa Respublikasının Ukraynadakı səfiri Marek Zyulkovski ilə görüşü ...

“KİND-SƏS” MÜASİR EŞİTMƏ CİHAZLARI TƏKLİF EDİR

21.04.2004 [14:16]
“KİND-SƏS” Eşitmənin Protezləşdirilməsi Mərkəzi ən yeni və müasir rəqəmli eşitmə cihazları təklif edir.
Baş həkim Mehman Əliyev AzərTAc-ın müxbirinə demişdir ki, Almaniyanın “Kind-Nyurgerate” təşkilatının təşəbbüsü ilə yaradılan Mərkəz ...

İRAQDAN 260 HƏRBİ QULLUQÇU İSPANİYAYA QAYITMIŞDIR

21.04.2004 [14:14]
AzərTAc-ın xarici informasiya agentliklərinə istinadla verdiyi xəbərə görə, İraqın Ən-Nəcəf və Əd-Divaniyyə şəhərlərindəki İspaniya hərbi bazalarında yerləşdirilmiş “Plyus Ultra” briqadasının 260 hərbi qulluqçusu aprelin 20-də İspaniyaya qayıtmışdır. Onları qarşılayan ...

DOMİNİKAN RESPUBLİKASI DA ƏSGƏRLƏRİNİ İRAQDAN ÇIXARIR

21.04.2004 [14:13]
AzərTAc-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Dominikan Respublikası öz hərbi kontingentini İraqdan vaxtından əvvəl çıxarmaq haqqında qərar qəbul etmişdir.
Respublikanın silahlı qüvvələr naziri Xose Migel Soto Ximenes bildirmişdir ...

SƏDDAM HÜSEYNİ MÜHAKİMƏ EDƏCƏK TRİBUNALIN TƏRKİBİ MƏLUMDUR

21.04.2004 [14:13]
AzərTAc xəbər verir ki, Bağdadda keçmiş İraq prezidenti Səddam Hüseyni mühakimə edəcək tribunalın tərkibi açıqlanmışdır. İraq Milli Konqresinin (İMK) rəsmi nümayəndəsinin dediyinə görə, məhkəmə prosesinə Müvəqqəti İdarə Şurasının üzvü ...

RESPUBLİKA VETERANLAR ŞURASININ PLENUMU OLMUŞDUR

21.04.2004 [14:13]
AzərTAc xəbər verir ki, aprelin 21-də Mərkəzi Zabitlər Evində Respublika Veteranlar Şurasının plenumu olmuşdur. Plenumu Şuranın sədri Baloğlan Rüstəmov açmışdır.
Şura sədrinin müavini Çingiz Həsənov “Böyük Vətən Müharibəsində ...

YAZLIQ BİTKİLƏR ƏKİNİ DAVAM EDİR

21.04.2004 [14:11]
Hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, Ağsu rayonunda yaz əkin kampaniyası uğurla davam etdirilir.
İcra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, 1800 hektaradək sahədə yazlıq bitkilər əkiləcəyi gözlənilir. İndiyədək 700 ...

ZAQATALADA “ŞAHİN” HƏRBİ-İDMAN OYUNLARININ ZONA MƏRHƏLƏSİ KEÇİRİLMİŞDİR

21.04.2004 [14:10]
Rayon icra hakimiyyətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, respublika Gənclər, İdman və Turizm, Təhsil və Müdafiə nazirliklərinin, habelə, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətlərinin Respublika Şurasının, Veteranlar Şurasının və digər ...

FERMERLƏR ŞURASI YARADILMIŞDIR

21.04.2004 [14:08]
Biləsuvar rayonunda fermerlər şurası yaradılmışdır.
AzərTAc-ın müxbiri xəbər verir ki, yeni qurumun təsis yığıncağında idarə heyəti seçilmiş, nizamnamə hazırlanmış və tədbirlər planı müəyyənləşdirilmişdir.
...

MİRCƏLAL KƏNDİNDƏ YENİ MƏKTƏB BİNASI TİKİLİR

21.04.2004 [13:11]
Saatlı rayonunun Mircəlal kəndində dövlət vəsaiti ilə 120 yerlik yeni ibtidai məktəb binası tikilir.
AzərTAc-ın müxbiri xəbər verir ki, inşaat işlərinə yerli icma da köməklik göstərir. Təhsil ocağı ...

ABŞ AĞBALIQ KÜRÜSÜNÜN İDXALINI DAYANDIRA BİLƏR

21.04.2004 [13:10]
AzərTAc-ın müxbiri xəbər verir ki, ABŞ hökuməti ağbalığı nəsli kəsilmək təhlükəsi olan təbiət növlərinin siyahısına daxil etmişdir. Bu qərar ağbalıq kürüsünün ən böyük idxalçısı - Birləşmiş Ştatları kürünün ölkəyə gətirilməsini ...

ŞİRƏ-KONYAK ZAVODU 200 ADAMI İŞLƏ TƏMİN ETMİŞDİR

21.04.2004 [12:08]
İmişli şirə-konyak zavodu istehsal fəaliyyətini qısa müddətdə genişləndirməklə, 200 adamı işlə təmin etmişdir.
AzərTAc-ın müxbiri xəbər verir ki, müəssisədə hazırlanan 14 adda məhsul daxili bazara çıxarılmaqla yanaşı, MDB-nin ...

TÜRKİYƏLİ RƏSSAMIN BAKIDA FƏRDİ SƏRGİSİ

21.04.2004 [12:07]
AzərTAc-ın müxbiri xəbər verir ki, Vəcihə Səmədova adına sərgi salonunda tanınmış türk rəssamı Mutluxan Taşın “Eşq” adlı fərdi yaradıcılıq sərgisi açılmışdır.
Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən sərgidə ...

TƏRTƏRDƏ YENİ İSTEHSAL SAHƏLƏRİ YARADILIR

21.04.2004 [12:06]
Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan yağı emal edən sex istifadəyə verilmişdir. Hazırda sexdə 10 nəfər işçi çalışır.
Rayon icra hakimiyyətində AzərTAc-ın müxbirinə bildirmişlər ki, Tərtərdə kiçik və orta ...

MÜƏLLİMLƏR İNSTİTUTUNUN KOLLEKTİVİ PREZİDENT SƏRƏNCAMLARINI RAZILIQLA QARŞILAMIŞDIR

21.04.2004 [11:33]
Azərbaycan Müəllimlər İnstitutunda professor və müəllimlərin, tələbələrin yığıncağı olmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, institutun rektor əvəzi Məmmədhənifə Musayev tədbirdə çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin alimlik dərəcələrinə ...

AZERCELL ABONENTLƏRİNİN SAYI 1 MİLYONU KEÇMİŞDİR

21.04.2004 [11:29]
Azərbaycanın mobil rabitə lideri Azercell Telekom birgə müəssisəsi abonentlərinin sayı 1 milyonu ötmüşdür.
Müəssisənin mətbuat xidmətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, Azercell uzun illərdir xidmət göstəricilərinə görə, MDB məkanında lider ...

DÖVLƏT DUMASININ RFKP VƏ “RODİNA” FRAKSİYALARI RUSİYA-UKRAYNA MÜQAVİLƏLƏRİNİN RATİFİKASİYASINA ETİRAZINI BİLDİRMİŞLƏR

21.04.2004 [11:28]
AzərTAc-ın Moskvadan aldığı xəbərdə deyilir ki, aprelin 20-də Dövlət Dumasının Rusiya Federasiyasının Kommunist Partiyası və “Rodina” müxalifət fraksiyaları Azov dənizindən və Kerç boğazından birgə istifadədə əməkdaşlıq, habelə ikitərəfli sərhəd ...

MARADONANIN ANALİZLƏRİNDƏ KOKAİN ƏLAMƏTLƏRİ TAPILMIŞDIR

21.04.2004 [11:27]
AzərTAc xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, məşhur Argentina futbolçusu Diyeqo Maradonanın analizlərində kokain əlamətləri aşkar edilmişdir.
Argentina mətbuatının məlumatına görə, Maradonanın sidiyində kokainin qatılığı o dərəcədədir ...

FORTEPİANO MUSİQİ AXŞAMI KEÇİRİLMİŞDİR

21.04.2004 [11:27]
“Kapellhauz” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində fortepiano musiqisi konserti olmuşdur.
AzərTAc-ın müxbiri xəbər verir ki, konsertdə Bakı Musiqi Akademiyası orta ixtisas məktəbi studiyasının şagirdləri iştirak etmiş, onların ifasında Azərbaycan, rus ...

ŞƏKİ-ZAQATALA BÖLGƏSİNDƏ FERMERLƏRƏ KREDİTLƏRİN VERİLMƏSİ DAVAM EDİR

21.04.2004 [11:23]
Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi” layihəsi çərçivəsində 2004-cü ilin axırınadək Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında birgəborclular qruplarında birləşmiş fermerlərə ...

BOL KARTOFUN ƏSASI QOYULUR

21.04.2004 [11:22]
Kartofçuluqla məşğul olan fermerlərimiz yaz tarla işlərinə ötən ilin yüksək nəticələrini daha da artırmaq əzmi ilə başlamışlar.
Kənd Təsərrüfatı Nazirliyindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, aprelin 1-dək 32 min ...

FERMERLƏRƏ KREDİTLƏR VERİLİR

21.04.2004 [11:22]
“Kred-Aqro” Qeyri Dövlət Kredit Təşkilatının (QDKT) İsmayıllı nümayəndəliyi 2001-ci ildən fəaliyyət göstərir. İndiyədək İsmayıllı və Göyçay rayonlarında kənd təsərrüfatında çalışan fermerlərə və fiziki şəxslərə 1 milyon ABŞ dollarından artıq ...

TƏBİİ QAZ HASİLATI ARTMIŞDIR

21.04.2004 [11:21]
Azərbaycan Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, “Azneft” İstehsalat Birliyinin 28 May adına Neft-Qazçıxarma İdarəsinin kollektivi cari ilin mart ayında dəniz yataqlarından 186 milyon 749 min kubmetr təbii ...

QAZ HASİLATI ÜZRƏ PROQNOZLAR ÖZÜNÜ DOĞRULTMUŞDUR

21.04.2004 [11:21]
Azərbaycan Dövlət Neft Şirkətindən AzərTAc-ın müxbirinə bildirmişlər ki, “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin kollektivi cari ilin mart ayında 800 min kubmetr təbii qaz hasil edərək, aylıq ...