SON XƏBƏRLƏR

GƏNCƏ AVTOMOBİL ZAVODU İŞƏ SALINACAQDIR

07.04.2004 [15:53]
Bu ilin sonunadək Gəncə avtomobil zavodunun bir hissəsinin işə salınması nəzərdə tutulmuşdur.
İqtisadi inkişaf naziri Fərhad Əliyev AzərTAc-ın müxbirinə demişdir ki, zavodun işə düşməsi barədə Rusiya Federasiyasının “QAZel”, ...

KAZANDA “POSTSOVET MƏKANINDA İSLAM” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

07.04.2004 [13:41]
AzərTAc Müstəqil İslam İnformasiya agentliyinə istinadla xəbər verir ki, Kazan şəhərində “İslam, postsovet məkanında eynilik: Mərkəzi Asiya və Rusiyanın Avropa hissəsinin müqayisəli təhlili” mövzusunda konfrans keçirilmişdir. Fransanın Mərkəzi Asiyanı ...

SAPARMURAD NİYAZOV TÜRKMƏNLƏRƏ QIZIL DİŞ QOYDURMAMAĞI MƏSLƏHƏT GÖRÜR

07.04.2004 [13:21]
AzərTAc Röyter agentliyinə istinadla xəbər verir ki, Türkmənistan Prezidenti Saparmurad Niyazov türkmənlərə qızıl diş qoydurmamağı tövsiyə etmişdir.
Türkmənistan Prezidenti ali məktəblərdən birində onunla görüşdə təbrik nitqi ilə çıxış ...

HİTLER FƏXRİ VƏTƏNDAŞLIQDAN MƏHRUM EDİLDİ

07.04.2004 [13:18]
AzərTAc xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Xaslak şəhəri bu yaxınlaradək Adolf Hitlerin fəxri vətəndaş titulunu qoruyub saxladığı sonuncu Avstriya şəhəri idi. Lakin şəhər şurası bu günlərdə sabiq ...

ALİ TƏHSİL OCAQLARIMIZ ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

07.04.2004 [13:15]
Fransanın üçüncü böyük şəhəri Marseldə Avropa Universitetinin Assosiasiyası tərəfindən ümumiləşən Avropa təhsil məkanında təhsil siyasətini qovuşdurmaq, qabaqcıl universitetlərin təcrübəsini öyrənmək və tətbiq etmək, qarşıya qoyulmuş yeni vəzifələrə hazırlıq məsələləri ...

YENİ QƏSƏBƏLƏRİN İNFRASTRUKTURUNU YAXŞILAŞDIRMAQ MƏQSƏDİ İLƏ TƏDBİRLƏR GÖRÜLÜR

07.04.2004 [13:07]
Ağdam rayonundan olan 3674 məcburi köçkün ailəsi üçün salınacaq yeni qəsəbələrin sosial-texniki infrastrukturunu yaxşılaşdırmaq məqsədi ilə Əfətli kəndi ərazisində bir ədəd 110/35 kilovatlıq və üç ədəd 35/10 kilovatlıq yardımçı ...

MƏKTƏBLƏRİN KADR TƏMİNATI İLƏ BAĞLI PROQRAM HAZIRLANMIŞDIR

07.04.2004 [13:05]
Təhsil naziri Misir Mərdanov AzərTAc-ın müxbirinə bildirmişdir ki, orta ümumtəhsil məktəblərinin kadr təminatı ilə bağlı xüsusi proqram hazırlanmış və hökumətə təqdim edilmişdir. Hazırda digər yeni proqramlar üzərində də iş ...

ERMƏNİSTANIN TƏCAVÜZÜ AZƏRBAYCANDA BİOMÜXTƏLİFLİYİN İTİRİLMƏSİNİN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİDİR

07.04.2004 [12:49]
AMEA-nın Genetik Ehtiyatlar İnstitutundan AzərTAc-a demişlər ki, Ermənistanın təcavüzü nəticəsində əhalisinin təxminən 12 faizinin qaçqın və məcburi köçkün düşməsi, ərazisinin 20 faizinin işğal altında qalması Azərbaycanın iqtisadiyyatı ilə bərabər, ...

GƏNCƏ MAŞINQAYIRMA ZAVODU İŞƏ SALINACAQDIR

07.04.2004 [12:48]
Bu ilin sonunadək Gəncə avtomobil zavodunun bir hissəsinin işə salınması nəzərdə tutulmuşdur.
İqtisadi inkişaf naziri Fərhad Əliyev AzərTAc-ın müxbirinə demişdir ki, zavodun işə düşməsi barədə Rusiya Federasiyasının “QAZel”, ...

“AZƏRİQAZ” MART AYINDA 159,4 MİLYON KUBMETR TƏBİİ QAZ ALMIŞDIR

07.04.2004 [12:46]
AzərTAc Azərbaycan Dövlət Neft Şirkətinə istinadla xəbər verir ki, bu ilin mart ayında “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyətinə 159,4 milyon kubmetr təbii qaz təhvil verilmişdir. Cari ilin ilk rübündə isə ...

MƏKKƏ KİÇİK HƏCCƏ HAZIRLAŞIR

07.04.2004 [12:42]
AzərTAc-ın Ər-Riyaddan aldığı xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanı ümrəyə - kiçik həcc ziyarətinə gələcək zəvvarların qəbuluna və onlara rahat yaşayış şəraiti yaradılmasına, yüksək səviyyədə xidmət göstərilməsinə hazırlığı başa çatdırmışdır. ...

BARSELONA KORRİDANI QADAĞAN EDİR

07.04.2004 [12:31]
AzərTAc-ın Röyter agentliyinə istinadla verdiyi xəbərə görə, Barselona şəhər şurası burada buğa döyüşlərinin keçirilməsini qadağan edən qərar çıxarmışdır. Şəhər şurasının 21 deputatı bu qərarın lehinə, 15-i isə əleyhinə səs ...

QAZAXISTAN, BELARUS, RUSİYA VƏ UKRAYNA VAHİD İQTİSADİ MƏKAN YARADIR

07.04.2004 [12:29]
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Astanada Belarus, Qazaxıstan, Rusiya və Ukraynanın vahid iqtisadi məkanda formalaşdırılması üzrə Yüksək Səviyyəli Qrupun 11-ci iclası keçirilmişdir.
Nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan Prezidenti ...

“BİZİM XƏZƏR” MÜSABİQƏSİ KEÇİRİLİR

07.04.2004 [12:28]
Təhsil Nazirliyinin Ekoloji Tərbiyə və Təcrübə Mərkəzi Xəzər dənizi mövzusuna həsr olunmuş “Bizim Xəzər” adlı müsabiqə keçirir.
AzərTAc xəbər verir ki, “Ekson Azərbaycan” əməliyyat şirkətinin maliyyə yardımı ilə təşkil ...

“MÜASİR İNCƏSƏNƏTİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA KONFRANS KEÇİRİLMİŞDİR

07.04.2004 [12:27]
AzərTAc xəbər verir ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) “Müasir incəsənətin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Tədbiri ADRA-nın rektoru, akademik Ömər Eldarov açmışdır.
Təhsil nazirinin müavini Elmar ...

OMBUDSMAN MİLLİ MƏCLİSƏ TƏKLİFLƏR GÖNDƏRMİŞDİR

07.04.2004 [12:27]
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında” Milli Məclisin 2004-cü il 26 mart tarixli qərarına müvafiq olaraq, ombudsman Elmira Süleymanova ilk illik məruzəsində öz əksini tapmış ...

ALİ MƏKTƏBLƏRƏ TƏLƏBƏ QƏBULU PLANININ LAYİHƏSİ HAZIRLANMIŞDIR

07.04.2004 [12:16]
Təhsil naziri Misir Mərdanov AzərTAc-ın müxbirinə demişdir ki, 2004/2005-ci tədris ili üçün respublikamızın dövlət ali məktəblərinə tələbə qəbulu planının layihəsi hazırlanmışdır. Həmin layihədə elə bir ciddi dəyişiklik yoxdur. Amma ...

NAXÇIVANDA TƏBİİ FƏLAKƏT

07.04.2004 [12:14]
Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Babək və Şahbuz rayonlarında 70 santimetr qalınlığında yağan qar, temperaturun birdən-birə aşağı düşərək şaxtaya çevrilməsi bəzi problemlər yaratmışdır.
Ordubad Rayon İcra Hakimiyyətindən AzərTAc-ın müxbirinə demişlər ...

ALMANİYANIN TİBB ALİMLƏRİ MÖCÜZƏ VƏD EDİRLƏR

07.04.2004 [12:12]
Ürəyi xəstə uşaqlar ürək əzələləri ilə uyuşaraq fəaliyyət göstərən yardımçı ürək qapağı protezləri vasitəsilə rahat ömür sürəcəklər. Almaniyanın Aaxen şəhərindəki tibb alimlərinin ixtirası belə bir möcüzə vəd edir.
...

İSMAYILLI RAYONUNUN ƏN BÖYÜK VƏ YARAŞIQLI KÜÇƏSİ ÜMUMMİLLİ LİDERİMİZİN ADINI DAŞIYACAQDIR

07.04.2004 [11:55]
AzərTAc-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin ən böyük və yaraşıqlı küçəsinə xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı ...

ŞƏHƏRİN ƏN BÖYÜK PROSPEKTİ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN ADINI DAŞIYACAQDIR

07.04.2004 [11:53]
AzərTAc-ın müxbiri xəbər verir ki, əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, Qazax Rayon İcra Hakimiyyətinin başçısının sərəncamı ilə şəhərin Azadlıq prospekti bundan sonra ümummilli liderimiz Heydər Əliyevin adını daşıyacaqdır.
Hazırda prospektdə ...

BƏRDƏ SAKİNİNDƏN XEYLİ TİRYƏK VƏ HEROİN TAPILMIŞDIR

07.04.2004 [11:50]
AzərTAc Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, respublikamızın ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir. Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən ...

SCAD PROQRAMI İŞİN MÜASİR SƏVİYYƏDƏ QURULMASINA XÜSUSİ DİQQƏT GÖSTƏRİR

07.04.2004 [11:32]
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının SCAD milli əlaqələndiricisi Məzahir Əfəndiyev AzərTAc-a demişdir ki, Bakı Beynəlxalq dəniz limanının gömrük məntəqəsi üçün dəyəri 1 milyon dollardan çox ...

QAZAXISTAN URAN İXRACI ÜZRƏ DÜNYA LİDERİ OLMAQ FİKRİNDƏDİR

07.04.2004 [11:29]
AzərTAc-ın xüsusi müxbirinin Astanadan verdiyi xəbərə görə, energetika və mineral ehtiyatlar naziri Vladimir Şkolnik parlamentdəki çıxışında bildirmişdir ki, Qazaxıstan uran istehsalının həcmini ildə 12 min tona çatdırmaq və dünya ...

ÖLKƏMİZDƏ AĞIR CİNAYƏTLƏR BAŞ VERMƏMİŞDİR

07.04.2004 [11:24]
DİN-in mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, aprel ayının ötən günləri ərzində ölkəmizdə qəsdən adamöldürmə, adam öldürməyə cəhd, quldurluq, soyğunçuluq, zorlama və digər ağır cinayətlər baş verməmişdir. Daxili işlər orqanları ...