Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Azərbaycan səfiri “Il Libero” qəzetinə müsahibəsində ölkəmizlə bağlı həqiqətləri İtaliya ictimaiyyətinin diqqətinə çatdırıb

Azərbaycan səfiri “Il Libero” qəzetinə müsahibəsində ölkəmizlə bağlı həqiqətləri İtaliya ictimaiyyətinin diqqətinə çatdırıb

Bakı, 20 oktyabr, AZƏRTAC

İtaliyanın nüfuzlu “Il Libero” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin jurnalist Miska Rucceriyə verdiyi müsahibə dərc olunub. Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Jurnalistin “Papa Fransiskin Azərbaycana səfərini necə qiymətləndirirsiniz” sualını cavablandıran M.Əhmədzadə səfərin ölkəmizin multikonfessional ölkə kimi təsbit olunması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. O, Azərbaycanla Vatikan arasında ənənəvi sıx əlaqələrin mövcud olduğunu, hələ 2002-ci ildə Papa II İohann Pavelin ölkəmizə səfəri zamanı Azərbaycan hökumətinin Bakıda katolik kilsəsinin inşası üçün ərazi ayırdığını və hazırda burada fəaliyyət göstərən kilsənin ölkə katoliklərinin mərkəzi olduğunu qeyd edib. Səfir Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun katolik mədəni irsinin bərpası istiqamətində fəaliyyətinin Azərbaycanla Vatikan arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini bildirib.

Əhalisinin tam əksəriyyətini müsəlmanlar təşkil edən və azsaylı katolik icması olan Azərbaycanın multikulturalizm və multikonfessional model ölkə kimi təqdim edilməsinin nə ilə bağlı olması sualına cavabında M.Əhmədzadə bildirib ki, Azərbaycan tarixən multikonfessional, çoxmədəniyyətli və multietnik ölkə olub. Konstitusiyamızın etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin etdiyini vurğulayıb. O, ölkəmizdə ictimai və özəl həyatın bərabərlik prinsipinə əsaslandığını, müxtəlif dinlərin harmoniya içində mövcudluğunu, Bakı və əhalisi çox olan digər şəhərlərimizdə məscidlər, kilsələr və sinaqoqların fəaliyyət göstərdiyini, dövlət rəsmilərinin müxtəlif dini icmaların bayramlarında heç bir fərq qoymadan iştirak etdiyini söyləyib. Ölkəmizin bu xüsusiyyətlərə malik olmasını nəzərə alaraq cari ilin aprelində BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun məhz Bakıda keçirilməsinin təsadüfi olmadığını qeyd edib.

“Dini soyuq müharibə” kimi təqdim edilən Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamasına dair suala cavabında səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dini münaqişə kimi təqdim edilməsinin gülünc olduğunu, Bakının mərkəzində yerləşən erməni kilsəsinin dövlət tərəfindən bərpa edildiyini və orada erməni dilində 5 min kitabın saxlanıldığını deyib. Diplomat əlavə edib ki, Ermənistan bilərəkdən münaqişəni dini zəmində təqdim edərək xristian aləmində ictimai fikri öz tərəfinə çəkməyə çalışır. Bu münaqişənin Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları üzərində qurulduğunu, SSRİ-nin süqutu ilə Ermənistanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ regionunu və onun ətrafındakı 7 rayonu işğal etdiyini, bir milyon azərbaycanlını qaçqın və məcburi köçkün vəziyyətinə saldığını, qaçqın və məcburi köçkünlərin ölkənin ümumi əhalisində faizinə görə Azərbaycanın dünyada birinci yerdə olduğunu söyləyib.

Münaqişənin törətdiyi yaraların nə vaxt sağalacağı ilə bağlı sualını cavablandıran səfir vurğulayıb ki, nə vaxta qədər azərbaycanlı qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmayacaqlar, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlər, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmayacaq, yaraların sağalması mümkün deyil. Dağlıq Qarabağ münaqişəsinin tarixin ağrılı səhifələrindən olduğunu, 2017-ci ildə erməni vəhşiliyinin simvolu olan Xocalı soyqırımının anılmasının 25-ci ildönümünün qeyd ediləcəyini vurğulayan səfir bu soyqırımının acı nəticələri barədə məlumat verib. O, faciənin beynəlxalq ictimaiyyət tərəfindən qınanılmasının vacibliyini vurğulayıb.

Səfir Ermənistanın bu ilin aprelində Azərbaycana qarşı törətdiyi yeni hərbi təcavüz barədə məlumat verib, erməni tərəfinin ölkəmizə qarşı yalan və gülünc iddialarına cavab olaraq Ermənistan qoşunlarının tərkibində ASALA erməni terrorist təşkilatının üzvlərinin olduğunu, Azərbaycana qarşı erməni hərbi qüvvələrinin kimyəvi silahlardan istifadə etdiyini və ölkəmizin nüvə silahı ilə təhdid edildiyini bildirib.

Rəsmi Moskvanın son dövrlərdə vasitəçilik səylərini artırmasının münaqişənin həllinə töhfə verə biləcəyi sualına cavab olaraq M.Əhmədzadə bunun əlbəttə ki, sülh prosesinə kömək edə biləcəyini deyib, Azərbaycanın hər zaman münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu, lakin sülhün ancaq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxacağı təqdirdə mümkün olacağını vurğulayıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənədlərin yerinə yetirilməsi üçün dünya ictimaiyyətinin dəstəyinin vacibliyini vurğulayan diplomat Ermənistanın status-kvonun dəyişməli olduğunu qəbul etməsinin, danışıqlarda imitasiya etməyi dayandırmasının, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməsinin vaxtının gəlib çatdığını deyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir: Enerji səmərəliliyinə investisiyanı 7 dəfə artırmaq lazımdır

Peter Mixalko: Biz müəyyən edilmiş təmiz enerji texnologiyaları üçün əlverişli şərait yaratmalıyıq

Neft və Sənaye Universiteti ilə QS şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Ersin Tatar Prezident İlham Əliyevin Türk dünyasının birliyi məsələsində mövqeyini alqışlayıb

Kolorado ştatında 12 turist istifadə olunmayan qızıl mədənində köməksiz qalıb

Moldovanın xəbər portalı Pre-COP29 konfransına geniş yer ayırıb

Şəhid döyüşçü Ayxan Cəfərovun xatirəsi anılıb

XİN rəsmisi: COP29 çərçivəsində 70-ə yaxın beynəlxalq səviyyəli görüşün keçirilməsi planlaşdırılır

Azərbaycan Milli Antidopinq Agentliyi beynəlxalq işçi qrupuna dəvət alıb

“Trendyol”un nümayəndəsi: Azərbaycan bizim üçün ikinci məqsədyönlü investisiya və biznesin inkişafı bazarıdır

Azərbaycan Dünya Səyahət və Turizm Şurasının qlobal sammitində təmsil olunub

Misli Premyer Liqasında daha üç turun oyun cədvəli məlum olub

Səhlənkarlıq nəticəsində külli miqdarda dövlət əmlakının məhv olması faktına görə cinayət işi başlanıb

Bidzina İvanişvili: “Milli Hərəkat” partiyası Gürcüstanı xaosa sürükləməyə çalışır

Misli Premyer Liqası: Təxirə salınmış oyunun vaxtı açıqlanıb

“Nizamişünaslıq” jurnalı Azərbaycanda dövri elmi nəşrlərin siyahısına daxil edilib

Aşqabadda Rusiya və İran prezidentlərinin görüşü olub

Kamal Abdulla yaradıcılığı Türkiyə portallarında

Moskvada “Musiqi dünyası” jurnalının 25 illiyi münasibətilə beynəlxalq konfrans olacaq

Sahibə Qafarova: Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir

Olaf Şolts İstanbulda Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq

“Uçuşların təhlükəsizliyinə nəzarət üzrə tənzimləyici funksiyaların və vəzifələrin ötürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq seminarda Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsündən danışılıb

“AHİK Könüllüləri” proqramına start verilir

ADY-nin departamentinin müdiri: İnsan resursları praktikalarını tamamilə yenidən qurmağa nail olduq

Sorğu: Polşada Donald Tuskun partiyasına dəstək azalıb

Londonda “Times” radiosunun canlı efirində COP29-la bağlı müzakirələr aparılıb

COP29 ölkəmizə nələri qazandıracaq?

Naxçıvanda 20 kəndin elektrik şəbəkəsi yenidən qurulur

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər

Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

“Arsenal”ın hücumçusu Yunanıstanla oyunda zədələnib

Mədəniyyət naziri: Yeni dövrün çağırışları teatrların fəaliyyətində nəzərə alınmalıdır

AQTA saxta qida ekspertləri ilə bağlı xəbərdarlıq edib

İcarəsi ucuz olan obyektlər müsabiqəyə çıxarılıb

Yalçın Rəfiyev: İqlim məsələlərinin həllində qarşılaşdığımız çətinliklər siyasi və maliyyə problemləridir

Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsinə qatılacaqlar

“Yuğ” Teatrının kollektivi ilə görüş

Nigar Arpadarai: Özəl sektor iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayır

Bakı-Rusiya, Bakı-Gürcüstan avtomobil yollarında elektron tərəzilər quraşdırılıb VİDEO

Şənbə günü ölkə ərazisində yağmurlu hava şəraiti gözlənilir

UNICEF-in nümayəndəsi: Təhsil uşaqları dəyişən dünyaya hazırlamaqda mühüm rol oynayır

Nobel Sülh Mükafatı laureatının adı açıqlanıb

Fındıqda bakterioz xəstəliyi: ziyanları və qarşısının alınması üsulları

“Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib - YENİLƏNİB

Cəmi 50 il ərzində vəhşi heyvanların sayı 73 faiz azalıb

Bakıda iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb

Zaqatalada “KOB Fest” sərgi-satış yarmarkası açılıb

Naxçıvanda ekodüşərgə təşkil olunacaq

Türkiyə Livandan minə yaxın vətəndaşını təxliyə edib

Fərid Pərdəşünas: Jurnalistlər texnologiyanın inkişafından bəhrələnərək, daha güclü media mühiti yarada bilərlər

Azərbaycan ilk dəfə basketbol üzrə Dünya Kubokunun seçmə oyunlarına ev sahibliyi edəcək

Üçqat NBA çempionu karyerasını bitirib

Gənclər və İdman Nazirliyində Məsut Özillə görüş keçirilib

Postmüharibə dövründə şəhid ailələri və müharibə veteranları kateqoriyasına aid 11800 nəfər üçün kiçik bizneslər yaradılıb

UNICEF-in rəsmisi Azərbaycanda uşaq qayğı sistemində aparılan islahatları müsbət dəyərləndirib

Nazir müavini: COP29-da Bakının adını daşıyacaq 8 Bəyannamə və öhdəliklər olacaq

MŞ-nin nümayəndəsi: Sağlam informasiya mühiti üçün tənqidi düşüncə və məlumatlılıq vacibdir

Baş danışıqçı: COP29-da qəbul edilməsi vacib olan təxminən 60 qərar var VİDEO

Daşkəsənin Xoşbulaq kəndində qanunsuz tikililər sökülüb

Misli Premyer Liqasının üç klubu cərimələnib

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi qərarı ölkəmizin yüksək nüfuzunun göstəricisidir ŞƏRH

Azərbaycan millisinin sabiq futbolçusu: Yüksək motivasiya və inam sayəsində Estoniyaya qalib gəlmək olar

Baş Prokurorluğun idarə rəisi BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının tətbiqini qiymətləndirib

Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” - respublika elmi konfransı

Dünya çempionu olmuş tanınmış futbolçu karyerasını başa vurub

“Dilçilik araşdırmaları” jurnalının yeni nömrəsi çap olunub

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

Bartın Universitetində “Azərbaycanda kitabxanaçılıq təhsili” mövzusunda mühazirə dinlənilib

“Amazon”un texniki direktoru “INMerge” sammiti iştirakçılarını innovasiyalar üzrə eksperimentlər etməyə çağırıb

Azərbaycanda 1400 bələdiyyə birləşdirilir

Azərbaycan klubu üç legioner voleybolçu transfer edib

Agentlik sədri: Hazırda 600 min istifadəçi “Mygov”dan istifadə edir

Mühəndislik düşüncələrinin inkişaf mərhələləri – yeni nəşr

Millətlər Liqası: Azərbaycan – Slovakiya matçının hakimləri müəyyənləşib

Elmir Vəlizadə: Jurnalistlərin peşəkar yanaşması informasiya əsrində həqiqəti təbliğ etmək üçün həlledici rol oynayır

Vüqar Zifəroğlu: Azərbaycana qarşı aparılan informasiya müharibəsi ölkədə daxili sabitliyi pozmağa yönəlib

“Füzuli poeziyası irfan və ümumbəşəri mənəvi dəyərlər işığında” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək

İqtisadi Şuranın növbəti iclası keçirilib

Vətən müharibəsinin xronikası: 11 oktyabr

BMT builki Beynəlxalq Qız Uşaqları Gününü “Qızların gələcəyi vizyonu” mövzusunda qeyd edir

Elmir Vəlizadə: Azərbaycanın milli maraqları üçün ideoloji təhlükəsizlik daim diqqət mərkəzində olmalıdır

Nazir: Mitiqasiya və uyğunlaşma maliyyəsinin əlçatanlığını əhəmiyyətli dərəcədə artırmalıyıq

COP29-a ev sahibliyi Azərbaycanın enerji keçidini dəstəkləməsinin əyani sübutudur - RƏY

Media islahatları Azərbaycan mətbuatının yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan verib VİDEO

“Mançester Yunayted”in futbolçusu ürək əməliyyatı keçirib

Vanuatunun iqlim dəyişmələri naziri: Pre-COP29-da aparılan müzakirələr mühüm bir addımdır

Baş icraçı direktor: Şirkətlər yenilik etməməyin ən böyük risk olduğunu anlamalıdırlar

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edib

Azərbaycan Pakistanda keçirilən mədəniyyət festivalında təmsil olunub

Əhməd İsmayılov: İnformasiya təhlükəsizliyinin təmin edilməsi müasir dövrün vacib çağırışlarındandır

Muxtar Babayev: COP29 Sədrliyinin bu il ambisiyaları artırmaq planı var

Hərbi qulluqçular könüllü qanvermə aksiyasında iştirak ediblər

Baş Prokurorluq: Qazaxda tələbələrin zəhərlənməsi ilə əlaqədar araşdırma aparılır

Rəşad Məcid: Milli təhlükəsizlik məsələləri naminə Azərbaycan mediası səfərbər olmalıdır VİDEO

Nazir: Bütün dünyada iqlim dəyişmələrinin ciddi təsirləri davam edir

“Kəpəz”in yeni transferi: “Neftçi”yə vurduğum qol mənə zövq verdi