ELM VƏ TƏHSİL


“100 saat Astronomiya” Şamaxı Astrofizika Rəsədxanası və Planetariumla birlikdə qeyd olunub

Bakı, 14 yanvar, AZƏRTAC

2019-cu ildə Beynəlxalq Astronomiya İttifaqı özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildiriblər ki, ilboyu keçiriləcək bayram tədbirlərində əsas diqqət, astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldiləcək.

Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Təhsil Nazırliyinin Respublika Uşaq–Gənclər İnkişaf Mərkəzi və “Azərkosmos” ASC-nin təşkilatçılığı ilə keçirilən “100 saat Astronomiya” tədbiri çərçivəsində məktəblilər üçün “açıq qapı” saatları, “Kosmik kostyum” müsabiqəsi və gecə müşahidələri təşkil olunub.

Qeyd edək ki, ilboyu keçirilməsi planlaşdırılan bir sıra tədbirlər də var. Bunlara fevralın 11-də bütün dünyada qeyd olunacaq “Qadınlar və qızlar astronomiyada”, “Eynşteyn məktəbi” və “Hamı üçün qaranlıq səma” adlı tədbirlər daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.