İQTİSADİYYAT
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçəcək VİDEO
Bakı, 9 dekabr, Elvin Camalov, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində gücləndirilmiş iş rejiminə keçiləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.
O bildirib ki, gücləndirilmiş iş rejimi dekabrın 25-dən yanvarın 7-dək davam edəcək. Bayram günləri istifadəyə veriləcək əlavə nəqliyyat vasitələri barədə məlumat isə yaxın günlərdə açıqlanacaq.