Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində əsaslı tədbirlər görülür

Miqrantların hüquqlarının müdafiəsi və onların cəmiyyətə inteqrasiyası sahəsində əsaslı tədbirlər görülür

Bakı, 17 dekabr, AZƏRTAC

Hər il dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

AZƏRTAC bu günlə əlaqədar Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.

1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

Bu gün dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Çünki təəssüf hissi ilə deməliyik ki, miqrasiya mənfi qlobal proseslər - milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi mühafizəkarlıq və artan antimiqrant düşüncələri və siyasətləri fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır.

Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni, başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın həcminin artdığını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların isə əksəriyyətini əməkçi miqrantlar təşkil edir.

Beynəlxalq miqrantlar tərəfindən mənşə ölkələrində qalan ailə üzvlərinə göndərdikləri pul baratlarının 2016-cı il üçün hesablanan ümumi həcmi 601 milyard dollardır. Bu məbləğ dünyada göstərilən bütün xarici yardımların ümumi məbləğindən iki dəfə çoxdur və az qala bütün xarici investisiyaların məbləğinə bərabərdir.

Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur. İndi dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların böyük əksəriyyəti - təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələr tərəfindən məskunlaşdırılır.

Doğrudur, 2016-cı il bir neçə aspektdən miqrasiya üçün əhəmiyyətli il olub. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) BMT sisteminə daxil olması, qaçqınlar və miqrantlarla bağlı Nyu-York Bəyannaməsinin qəbulu bunu deməyə əsas verir. Nyu-York Bəyannaməsi qaçqınların və miqrantların həyatlarını, hüquqlarını qorumaq üçün beynəlxalq ictimaiyyətin siyasi iradəsini özündə ehtiva edir. Bəyannaməni mahiyyətcə bərabər olan iki hissəyə bölmək olar. Birinci hissə miqrantların sağlamlığını, ləyaqətini, əsas insan hüquq və azadlıqlarını qorumaq üçün üzv dövlətlərin dərhal icra etməli olduğu öhdəlikləri əhatə edir. İkinci hissədə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün ayrı, qaçqınlar üçün ayrı olmaqla 2018-ci ildə qəbulu nəzərdə tutulan qlobal vəhdətə aparacaq hökumətlərarası prosesə başlamaq barədə üzv dövlətlərin niyyətini əks etdirir. Qlobal vəhdət miqrasiya sahəsində daha geniş əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq. Çünki demoqrafik təzyiqlər fonunda miqrasiyanın idarəedilməsinə qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət və ləyaqət prinsiplərini rəhbər tutan yanaşmanın nümayiş etdirilməsi vaxtıdır.

Ulu öndər Heydər Əliyevin şah əsəri olan və müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycan Respublikası üçün miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsinin təmini, miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi prioritet istiqamətlərdəndir. Dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyəti göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Yaradılmasının on illik yubileyini qeyd etməyə hazırlaşan Dövlət Miqrasiya Xidməti beynəlxalq təcrübənin öyrənilməsinə hər zaman xüsusi diqqət yetirir. Belə ki, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlərin inkişaf etdirilməsi, dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması, əməkçi miqrantların hüquqlarının müdafiəsinin gücləndirilməsi, qaçqın və sığınacaq axtaranların inteqrasiyası və s. sahələrdə əməkdaşlıq perspektivlərinin müzakirə olunması məqsədilə son illərdə əhəmiyyətli addımlar atılıb. BMT və onun Qaçqınlar üzrə Ali Komissarlığı, BMqT, Avropa İttifaqı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qızıl Xaç Komitəsi, Beynəlxalq Əmək Təşkilatı, Avropa İttifaqı, ATƏT, Müstəqil Dövlətlər Birliyi (MDB) kimi təşkilatlarla əməkdaşlıq inkişaf etdirilib.

2012-ci ildə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinə tamhüquqlu üzv seçildikdən sonra iki qurum arasında əməkdaşlıq əlaqələri daha da genişlənib. Əməkdaşlığın yüksək səviyyədə olması istər rəhbər, istərsə də işçi qaydada baş tutan qarşılıqlı səfərlərdə özünü büruzə verir.

Məlum olduğu kimi, MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 19-cu iclası da bu il oktyabrın 12-də Bakıda yüksək səviyyədə keçirilib. Həmçinin Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) təşkilatçılığı ilə noyabrda Vyanada keçirilən Miqrasiya Konfransında da Azərbaycan nümayəndə heyəti fəal iştirak edib.

Ötən illər ərzində miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası bir sıra ölkələrlə sazişlər imzalayıb.

İkitərəfli münasibətlər əsasında Türkiyə, Fransa, Monteneqro, Almaniya, İsveç, İsveçrə, Belçika, Lüksemburq, Niderland, Latviya, Estoniya, Rusiya, Qazaxıstan, Belarus, Moldova, Gürcüstan, Pakistan və digər ölkələrlə miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilir, birgə layihələr həyata keçirilir, onların qanuni miqrasiya, miqrasiyanın effektiv idarə olunması, readmissiya, könüllü qayıdış, eyni zamanda, miqrasiya sahəsində qabaqcıl və innovativ xarakterli təcrübələri öyrənilir.

Miqrasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikasının əsas tərəfdaşı kimi çıxış edən BMqT ilə Xidmət arasında əməkdaşlıq yüksək səviyyədə qurulub. Belə əməkdaşlıq çərçivəsində BMqT ilə birgə Azərbaycanda miqrantların hüquqlarının qorunması, insan alverinə qarşı mübarizə, readmissiya idarəçiliyi, potensialların artırılması ilə bağlı bir sıra layihələr həyata keçirilib. Hazırda BMqT ilə “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” layihəsi (2014-2017-ci illər) uğurla reallaşdırılır. Bu layihə çərçivəsində görülmüş işlərdən biri Dövlət Miqrasiya Xidmətinin təyin etdiyi cərimələrin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödənilməsi proqramının Xidmət tərəfindən hazırlanması və artıq istifadəyə verilməsi olub.

Qeyd olunanlarla yanaşı, bu il dekabrın 8-də Cenevrədə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan Miqrantların Könüllü Qayıdışına Yardım Üzrə Pilot Layihənin həyata keçirilməsinə dair əməkdaşlıq Sazişi”i imzalanıb. Pilot layihənin əsas məqsədi könüllü olaraq öz ölkələrinə dönmək arzusunda olan, sığınacaqla təmin olunmaq istəyinə rədd cavabı almış şəxslərin və həssas miqrantların mənşə ölkələrinə uğurla qayıtmaları üçün əlverişli şəraitin yaradılmasından ibarətdir. Böyük əhəmiyyətə malik bu Sazişin imzalanma mərasimində BMqT-nin baş direktoru Uilyam Leysi Svinq ötən il ölkəmizə səfərini və səfər zamanı dövlətimizin başçısı ilə görüşünü xatırladıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında yaradılmış sabitliyi və mütərəqqi miqrasiya idarəçiliyi modelini, eləcə də ölkədə multikultural dəyərlərə verilən önəmi bir daha vurğulayıb. Həmçinin könüllü qayıdışa yardım çərçivəsində imzalanan saziş qarşılıqlı inam və etimadın nümunəsi kimi səciyyələndirilib.

Əlbəttə, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada enerji-nəqliyyat sahələrində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, Azərbaycanda mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması, yüksək templi iqtisadi inkişaf əcnəbilərin ölkəmizə axınına səbəb olan əsas amillərdir. Həmçinin ölkəmizdə tolerantlığın yüksək səviyyədə olması miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir. Bununla əlaqədar olaraq vurğulanmalıdır ki, bu günə qədər Azərbaycanda miqrantlara münasibətdə milli, etnik və dini zəmində hüquq pozuntusu qeydə alınmayıb. Lakin biz qaçqın və miqrant dalğası fonunda Avropada islamofobiya meyillərinin artması və İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdləri ilə bağlı öz dərin narahatlığımızı Nyu-Yorkda BMT Baş Assambleyasının bu ilin sentyabrında “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə, görüş çərçivəsində, “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da, Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında, sessiya çərçivəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Svinq ilə görüşlərdə də ifadə etmişik.

Bu gün dünyada qaçqın və məcburi köçkün problemi çox kritik bir həddə çatıb. Əlbəttə məcburi köçkünlərin ağır vəziyyəti və ehtiyacları heç cür diqqətdən kənarda qalmamalıdır və buna görə də, beynəlxalq ictimaiyyətin bu problemin həllinə münasibətdə ümumi və vahid yanaşmadan çıxış etməsi zəruridir. Münaqişədən əziyyət çəkmiş ölkə kimi biz qaçqınların və məcburi köçkünlərin iztirablarını çox yaxşı başa düşürük. Təcavüzkar Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlı öz daimi yaşayış yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təəssüf ki, icra olunmur. Qeyd etmək lazımdır ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq imkanı verilməsinin zəruriliyi ilə bağlı beynəlxalq birliyin tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа zəruridir.

Hazırda dünyada 10 milyona yaxın vətəndaşlığı olmayan şəxs var. Azərbaycan Respublikası vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə 2015-ci ildən BMT QAK-ın “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Kampaniya çərçivəsində ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir. Belə ki, vətəndaşsızlıq hallarının azaldılması, bununla mübarizə sahəsində məlumatlılığın artırılması, uzun müddət ölkə ərazisində yaşayan və hər hansı bir dövlətin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədlərə malik olmayan şəxslərin hüquqi statusunun müəyyən olunması, sənədləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər uğurla davam etdirilir.

Həqiqət budur ki, öz hüquqlarını bilməyən şəxs hər an insan alverinin qurbanına çevrilə bilər. Ona görə də Dövlət Miqrasiya Xidməti ictimaiyyətin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırması üçün müntəzəm olaraq maarifləndirilmə tədbirləri həyata keçirir. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə təsis edilmiş 18 iyun - İnsan Hüquqları Günü ilə bağlı bu il Göygöldə, Qobustanda, Yevlaxda, Lənkəranda insan hüquq və azadlıqlarından bəhs edən mövzularda tədbirlər keçirilib. İnsan hüquq və azadlıqlarından bəhs edən mövzularda keçirilən genişmiqyaslı tədbirlərdə Xidmətin əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, sahibkarlar, ictimaiyyətin nümayəndələri, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər. Tədbirlərdə respublikamıza təşrif buyuran hər bir əcnəbinin hüquq və azadlıqlarının qanunla qorunduğu, Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya proseslərinin idarəedilməsi və tənzimlənməsi ilə bağlı görülən işlər, beynəlxalq təcrübənin öyrənilməsi, qanunvericiliyə edilən yeniliklər barədə məlumat verilib. Vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı ciddi mübarizə tədbirlərinin görüldüyü diqqətə çatdırılıb. Eləcə də Dövlət Miqrasiya Xidməti regional miqrasiya idarələrinin xidmət ərazilərinə aid olan Mingəçevir, Ağcabədi, Zərdab, Ağdaş, Ucar və Ağdamda, Zaqatala, Qax, Qəbələ və Balakəndə, Samux, Şəmkir, Naftalan, Daşkəsən, Gədəbəy və Tovuzda, Sabirabad, Saatlı, Beyləqan, Füzuli və İmişlidə, Xaçmaz, Şabran, Qusar, Xudat, Siyəzən və Qubada, Biləsuvar, Cəlilabad və Yardımlıda, Kürdəmir və Ağsuda maarifləndirmə tədbirləri keçirib. Mingəçevir, Zaqatala, Balakən, Qax, Qusar, Ağcabədi, Zərdab, Şəmkir, Balakən, İmişlidə isə həm də səyyar xidmətlər təşkil edib.

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, Salyan və Neftçala şəhərlərində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, ictimaiyyət və mətbuat nümayəndələri üçün “Açıq qapı günü” təşkil olunub.

Həmçinin əcnəbi uşaqların yerli şəraitə uyğunlaşdırılmaları, təhsilləri, uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması ilə bağlı qanunvericilikdən irəli gələn məsələlər də Xidmət tərəfindən diqqətdə saxlanılıb.

Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ətraflı məlumatlandırılması və maarifləndirilməsi üçün mütəmadi olaraq, Xidmətin fəaliyyətini, miqrasiya prosedur qaydalarını özündə əks etdirən yazıların mətbuatda dərc olunmasına, informasiya agentliklərində işıqlandırılmasına, verilişlərin, videomaterialların və filmlərin hazırlanaraq telekanallarda yayımının təşkilinə xüsusi yer ayırıb. Bunlarla yanaşı, DMX-nin təqdim etdiyi və elektron hökumət portalına inteqrasiya edilmiş elektron xidmətlərlə bağlı 11 videotəlimat hazırlanmış və istifadəçilərə təqdim olunub. Ümumiyyətlə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq DMX tərəfindən elektron xidmətlərin göstərilməsi işi təmin edilib. Bu gün də Xidmətdə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər davam etdirilir. Dövlətimizin başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq elektron xidmətlərin sferası genişləndirilir.

Möhtərəm Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, Azərbaycan uğurlu miqrasiya idarəçiliyi modelini qura bilib. Bu faktı beynəlxalq təşkilatların, bir sıra ölkələrin müvafiq strukturlarının nümayəndələri də dəfələrlə qeyd ediblər. Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşının amalı bu etimadı bundan sonra da layiqincə doğrultmaqdır.

Firudin Nəbiyev,

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi,

II dərəcəli dövlət miqrasiya xidməti müşaviri 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir