Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Sumqayıtda müasir metallurgiya kompleksinin inşasına dair saziş imzalanıb

Bakı, 20 dekabr, Elvin Camalov, AZƏRTAC 

Azərbaycanın “Baku Steel Company” və İtaliyanın “Danieli” şirkətləri arasında müasir metallurgiya kompleksinin tikintisinə dair saziş imzalanıb.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhərində müasir metallurgiya kompleksinin tikintisinə dair saziş dekabrın 20-də Bakıda imzalanıb.

Sazişdə dəyəri 1 milyard 225 milyon avro olan dəmir konsentratından başlayaraq hazır polad təbəqələrinin istehsalını əhatə edən 5 müasir metallurgiya zavodunun tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisi zamanı 4000-ə yaxın, müəssisə fəaliyyətə başladıqdan sonra isə 1200 nəfər işlə təmin olunacaq. Bu kompleksin tikintisi metallurgiya sənayesi sahəsində müxtəlif çeşiddə məhsulların istehsalının genişləndirilməsinə və ölkənin ixrac potensialının artırılmasına töhfə verəcək.

Sazişin imzalanması “Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.

“Metallurgiya sənayesinin inkişafı: Yeni çağırışlar və hədəflər” mövzusunda keçirilən tədbirdə sənaye sahəsində fəaliyyət göstərən 50-yə yaxın sahibkar iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyri-neft sektorunun inkişafının Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu, bu sahənin şaxələndirilməsi istiqamətində mühüm işlərin görüldüyünü və 2016-cı ilin 11 ayı ərzində qeyri-neft sənayesinin 5 faiz artdığını qeyd edib.

Sənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin diversifikasiyası ilə bağlı sistemli tədbirlərin həyata keçirildiyini vurğulayan nazir Şahin Mustafayev bu sahədə proqram xarakterli sənədlərin qəbul olunduğunu, yeni qanunvericilik bazasının formalaşdırıldığını, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı islahatların davam etdirildiyini və təşviq mexanizmlərinin tətbiqinə başlanıldığını qeyd edib. Diqqətə çatdırılıb ki, bu ilin may ayından indiyədək sahibkarlara 84 investisiya təşviqi sənədi verilib ki, bu layihələrin 50 faizi sənaye sahəsinə aiddir. Bu layihələr çərçivəsində yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılacaq və 6 mindən çox iş yeri açılacaq.

Qeyri-neft sektorunun inkişafının dəstəklənməsinin zəruriliyini qeyd edən nazir Şahin Mustafayev sənaye parklarının və zonalarının, o cümlədən Sumqayıt Kimya, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları, eləcə də Neftçala və Masallı sənaye zonalarında müasir tələblərə cavab verən sənaye müəssisələrinin təşkili üçün yaradılmış əlverişli imkanlar barədə məlumat verib. Qeyd olunub ki, hazırda təkcə Sumqayıt Kimya Sənaye Parkında rezidentlər tərəfindən 9 müəssisə yaradılır və onların bir neçəsi 2017-ci ildə fəaliyyətə başlayacaq. “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti” də SKSP-nın rezidentlərindəndir və hazırda sənaye parkında ferroərintilər zavodu inşa edir. Zavod 2018-ci ildə istifadəyə veriləcək.

Şahin Mustafayev Azərbaycanda metallurgiya sənayesinin tarixi ənənələrinin mövcud olduğunu, “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda, eləcə də “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”ndə bu sahənin əsas prioritetlərdən biri kimi müəyyən edildiyini vurğulayıb. Metallurgiya sənayesinin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi məqsədilə “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində zəruri işlər görülür.

Şahin Mustafayev, həmçinin qeyd edib ki, Sumqayıtda tikiləcək investisiya dəyəri 1 milyard avrodan çox olan metallurgiya kompleksi yeni iş yerlərinin açılmasında, bu sahədə idxaldan asılılığın azalmasında və ixracın genişləndirilməsində əhəmiyyətli olacaq. Tikinti işləri 3 ilə yekunlaşacaq. SKSP-də fəaliyyət göstərəcək Peşə Tədris Mərkəzi yaradılacaq metallurgiya kompleksi üçün də kadr hazırlaya bilər. Yeni tikiləcək kompleksdə istehsal olunacaq məhsulların yarıdan çoxu ixracyönümlü olacaq. Bu məhsullar Azərbaycandakı tələbatı tam ödəyəcək.

İtaliyanın “Danieli” şirkətinin İdarə Heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycanda əlverişli biznes mühitinin olduğunu, xarici investorlar üçün əlverişli şəraitin yaradıldığını bildirib, son zamanlar sahibkarlıq sahəsində aparılan islahatları yüksək qiymətləndirib. Gianpietro Benedetti metallurgiya kompleksi barədə məlumat verərək bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıtda 5 metallurgiya zavodunu özündə birləşdirən metallurgiya klasteri yaranacaq. Klasterin yaranması Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər istehsal zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti yeni nəsil texnologiyaları əsasında inşa ediləcək kompleksin unikal layihə olduğunu, xərclər və keyfiyyət baxımından səmərəliliyini qeyd edib.

“Baku Steel Company” MMC-nin baş direktorunun müavini Ramin Kərimov metallurgiya kompleksinə daxil olacaq zavodlar barədə təqdimatla çıxış edib. Ramin Kərimov, həmçinin təmsil etdiyi qurum barədə məlumat verərək istehsal gücü 1 milyon ton olan poladəritmə zavodunda müasir istehsal sahələrinin yaradıldığını və hazırda azkarbonlu poladdan yüksək keyfiyyətli metal məmulatlarının istehsal edildiyini diqqətə çatdırıb. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, Gürcüstan, İran, Qazaxıstan, Rusiya və digər ölkələrə ixrac edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Respublika Qan Bankı” publik hüquqi şəxs yaradılır - FƏRMAN

“Şərq qapısı” qəzetinin elan etdiyi “Naxçıvan 100 ildə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

BDU Elmi Kitabxanasının oxucuları üçün “EBSCO Discovery Service” sistemindən ödənişsiz istifadə imkanı

TƏBİB-in İcraçı direktoru Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri ilə görüşüb

Qazaxıstan Ali Audit Palatası ilə dövlət investisiyalarının auditi mövzusunda təcrübə mübadiləsi aparılıb

İ.M.Məmmədovun 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan çempionatlarında ilk dəfə feyr-pley mükafatı veriləcək

Gənc rəssam: Ən böyük arzum Şuşanın gözəl təbiət mənzərələrini kətana köçürməkdir

Respublika üzrə pensiyalar iyulun 17-də ödəniləcək

“Kaspersky Lab” şirkəti ABŞ-ı tərk edir

“Respublika Qan Bankı” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-Çin münasibətləri mövzusunda elmi sessiya

C.T.Əbdul-Qədirovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

E.D.Qurbanovun Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Britaniyalı səyyah Xəzər dənizini üzərək keçmək istəyir

“Paris-2024”: Hacı Əliyevin rəqiblərindən biri dəyişib

Bakı Fransanın müstəmləkə altında saxladığı ərazilərdəki Müstəqillik Hərəkatlarının Qurultayına ev sahibliyi edəcək

Azərbaycan iqtisadiyyatının inkişafında ARNDF-in əvəzsiz rolu

Dövlət Miqrasiya Xidməti Çin vətəndaşlarına vizasız rejim tətbiq edilməsi barədə məlumat yayıb

“Sumqayıt” afrikalı hücumçu ilə vidalaşıb

Avropa Kuboku: Azərbaycanın kişi həndbol komandalarının rəqibləri bəlli olub

Roberta Metsola ikinci müddətə Avropa Parlamentinin sədri seçilib

Finlandiya Prezidenti qaçqınların ölkədən çıxarılması ilə bağlı qanun imzalayıb

Almaniya köhnəlmiş dəmir yolu şəbəkəsi problemini həll edir

İngiltərə millisinin baş məşqçisi istefa verib

İspaniyada avtobus qəzaya uğrayıb: 50-dən çox sərnişin xəsarət alıb

Komitə sədri: Yay düşərgəsi layihəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər

Mahir Emreli Almaniya klubuna keçib

Kral Çarlz Britaniyanın yeni parlamentinin açılış iclasında çıxış edəcək

Masallı Rayon Mərkəzi Xəstəxanasında ölü dölün doğulması faktı ilə bağlı araşdırma aparılır

Doqquz yaşlı azərbaycanlı qız Almaniyada şahmat turnirinin qalibi olub

"Sabah"ın hazırlıq planında dəyişiklik edilib

Azərbaycanda fındıq bitkisi haqqında yeni kitab nəşr olunub

Ötən il Gürcüstanda 14 nəfər xarici ölkə vətəndaşı itkin düşüb

Sosial sorğu: Fransızlar Olimpiya Oyunları zamanı mümkün təhlükədən narahatdırlar

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi daha bir taktiki-xüsusi təlim keçirib

Səhiyyə Nazirliyi: Aşura günü könüllü qanvermə aksiyalarında 611 litr qan tədarük olunub

Roman Qriqorçuk: Ramil Şeydayev “Neftçi” üçün əla transferdir

Avropa Kuboku: Azərbaycanın həndbol komandalarının rəqibləri müəyyənləşib

“Real Madrid” Mbappeni təqdim edib, ulduz futbolçu ilə 5 illik müqavilə imzalanıb VİDEO

“Araz-Naxçıvan” braziliyalı müdafiəçi ilə anlaşıb

Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xüsusi xidmətlər təklif edib

Abşeronda qanvermə aksiyası təşkil edilib

Dövlət Xidməti: Bu ilin beş ayında 22 inzibati xəta üzrə protokol tərtib edilib

“YAŞAT” Fondu şəhid övladları üçün Antalyada düşərgə təşkil edir

Elgün Səfərov: Ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur

Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi açılıb

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başlayıb

İyulun 17-də bəzi bölgələrdə leysan yağacaq

Azərin Türkiyə Prezidentinin də olduğu konsertdə tamaşaçıları “boz qurd” jesti ilə salamlayıb

“Neftçi” Ramil Şeydayevlə 3 illik müqavilə imzalayıb

Daşkəsəndə məktəbli qızlar arasında voleybol turniri keçirilib

UFAZ və ADNSU əməkdaşları geofizika sahəsinə dair birgə araşdırma aparıblar

AMB: Bankların bugünkü hərracda tələbi 60 milyon dolları ötüb

Ölkənin taxıl sahələrinin 85 faizində biçin başa çatıb

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Elbəniz Təhməzova: Xalçada naxışların, ilmələrin hər biri sanki səninlə danışır

Azərbaycan klubu fransalı həndbolçunu transfer edib

Şeyxülislam: Builki Məhərrəm ayı xüsusi əhəmiyyət daşıyır VİDEO

Özbəkistanda xalqımızın Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqqında maarifləndirici mühazirələr təşkil edilib

Ciorcia Meloni: İtaliya Qərbi Balkan regionunda sülhün qorunmasında maraqlıdır

Rektor: Media təmsilçilərinin uşaq hüquqları ilə bağlı məlumatlı olması çox mühümdür

İcraçı direktor: Azərbaycan-Pakistan özəl sektor tərəfdaşlıqlarının təşviqi investisiyaların artmasına kömək edəcək - MÜSAHİBƏ

“Şerif”in futbolçusu: “Zirə” ilə matçda nəticəni öz xeyrimizə dəyişmək şansımız var

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi keçirilib

Bahar Muradova: Hər bir media nümayəndəsi ailə məsələlərinə, uşaq hüquqlarına xüsusi önəm verməlidir

UNEC ilə Rumıniyanın Braşov Transilvaniya Universiteti əməkdaşlıq edəcək

® Paşa Paşayev: Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək

Omanda məscidin ətrafında atışmada 4 nəfər qətlə yetirilib

Müdafiə naziri Qazaxıstana səfərə gedib VİDEO

Su polisindən Xəzərdə brokonyer əməliyyatı VİDEO

Mariya Zaxarova: Fransanın Afrika siyasətini tənqid edən jurnalist vətəndaşlıqdan məhrum edilib

Naxçıvanda orta aylıq əməkhaqqı artıb

ABŞ-ın milli parkında iki səyahətçi ölü tapılıb

“James Webb” kosmik teleskopu cırtdan planetlərin iqlimini müəyyən edir

Naxçıvanda rabitə xidmətlərinin dəyəri artıb

2022-2024-cü illərdə icbari tibbi sığorta ilə 182 mindən artıq doğuş aparılıb

Cou Cinfen: Əminəm ki, Azərbaycanın sədrliyi ilə möhtəşəm COP29 tədbirinin şahidi olacağıq VİDEO

Amerika Kubokunun rəmzi komandası açıqlanıb

İlin altı ayında ixtisaslaşmış sosial xidmət mərkəzlərində 300-dək uşağa xidmət göstərilib

İlahiyyat İnstitutunda keçirilən aksiyada 100-dək könüllü iştirak edir

“Sabah”ın legioneri: “Makkabi” güclü rəqibdir, lakin biz özümüzə inanırıq

Türkiyəli ekspert: Ümumi maraqlar və ortaq dəyərlər Türk dünyasını yeni qlobal mərkəzə çevirir

Rosfinmonitorinq “Crocus City Hall”da törədilmiş terror aktında beynəlxalq komandanın iştirak etdiyini açıqlayıb

Fuad Muradov: Daha üç ölkədə Azərbaycan evlərinin açılması ilə bağlı hazırlıq işləri yekunlaşıb

“Paris Notr-Dama ithaf” növbəti dəfə səhnədə

Cənubi Koreya COP29-da uğurlu nəticələrin əldə olunacağına inanır VİDEO

Bu il Energetika Nazirliyi və tabeli qurumlara 4 mindən çox müraciət daxil olub

Gürcü ekspertlər: Avropa İttifaqı Gürcüstanı cəzalandırmaq üçün onu Ermənistanla əvəzləmək istəyir

® “Tiffany & Co.” yeni yüksək zərgərlik kolleksiyasını Monakoda təqdim edib

İlon Mask Donald Trampın seçki kampaniyasına hər ay 45 milyon dollar verəcək

Azərbaycan avarçəkəni dünya çempionatında iştirak edəcək

İlin əvvəlindən bəri 22,4 min nəfərə proaktiv pensiya təyinatı aparılıb

Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin 82 faizdən çoxu tikintinin payına düşüb

Əfqanıstanın şimal-şərqində baş verən yol qəzasında 17 nəfər ölüb, 34 nəfər yaralanıb

Rektor: Vətəndaşlar qanvermə aksiyasında iştirak etməklə Aşura gününün mahiyyətini daha yaxşı anlamağa başlayıblar

Çempionlar Liqası: Bu gün “Qarabağ”ın rəqibi müəyyənləşəcək

Naxçıvandakı Orta İxtisas Polis Məktəbində gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Azərbaycanın iki karateçisi beynəlxalq turnirdə fəxri kürsüyə qalxıb

“Qarabağ” bu gün Avstriyada 2 oyun keçirəcək