CƏMİYYƏT
Ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində VİDEO

Bakı, 27 yanvar, AZƏRTAC
Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti “ASAN xidmət” mərkəzlərində həyata keçirilir.
Bu barədə AZƏRTAC-a “ASAN xidmət”in mətbuat xidmətindən məlumat veriblər.
Belə ki, yanvarın 26-dan etibarən, şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən “Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələrinin qeydiyyat müddətinin uzadılması xidməti” üçün bütün “ASAN xidmət” mərkəzlərinə (Masallı regional “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət edə bilərlər.
Qeyd edək ki, şəxs ölkəyə müvəqqəti gətirilmiş avtonəqliyyat vasitəsinin ölkədə qalma müddətinin bitməsinə ən azı 1 gün qalmış müddətin uzadılması üçün müraciət etməlidir.
Xatırlatmaq istərdik ki, “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərilən xidmətlər, dövlət rüsumu, iş qrafiki haqqında məlumatı 108 Çağrı mərkəzindən əldə etmək mümkündür.