REGİONLAR
Yevlaxda tapılan antik dövrə aid əşyalar Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib
Yevlax, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax rayonunun Yəldili kəndi ərazisindəki qədim nekropolda aparılan arxeoloji tədqiqatlar zamanı eradan əvvəl II əsrdən bizim eranın II əsrinə qədərki dövrə aid əşyalar aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Şamil Nəcəfov AZƏRTAC-a bildirib ki, antik dövrə aid bir irihəcmli dəfn küpünün yanında və içərisində parç, vaza və kuzə tipli gil qablar, ləçək ağızlı kiçik küpələr, tuncdan qolbağı, sədəf və gildən muncuqlar tapılıb.
Aşkarlanan arxeoloji materiallar Yevlax Tarix-Diyarşünaslıq Muzeyinə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [15:31]
Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək
- 29.03.2024 [14:54]
Salyan sakinindən külli miqdarda heroin götürülüb
- 29.03.2024 [13:39]
Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada
- 29.03.2024 [13:09]
Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib
- 29.03.2024 [13:04]