Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvanda Novruz bayramı qeyd olunub

Naxçıvan, 18 mart, AZƏRTAC

Azərbaycan xalqının zəngin milli dəyərlər sistemini və adət-ənənələrini özündə yaşadan bayramlar sırasında Novruz xüsusi yer tutur. Xalqımızın mənəvi dünyası və həyata baxışı Novruz mərasimlərimdə dolğun əks olunub, bu bayram milli varlığın rəmzinə çevrilib. Hər il xalqımız Novruz bayramını böyük təntənə ilə qeyd edir, baharın gəlişini xoş əhval-ruhiyyə ilə qarşılayır. Ölkə Prezidenti İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyildiyi kimi: “Novruz bayramı ulu babalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir. Ən qədim təsəvvürləri qoruyub saxlamış bu bayram təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsidir. Odlar diyarına onun hər gəlişi min illərin ənənəsinə uyğun, rəngarəng mərasimlər və el şənlikləri ilə müşayiət olunmuşdur. Milli özünüdərkin təşəkkülündə müstəsna mövqeyə malik Novruz ənənələri çoxəsrlik tarixi keçmişinə daim ehtiramla yanaşan xalqımızın dünya mədəniyyətinə misilsiz töhfələrindəndir. Həmin ənənələrin müqəddəs ərməğan kimi həmişə uca tutulması və layiqincə yaşadılaraq gələcək nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Novruz bayramı bu il də Naxçıvan Muxtar Respublikasında əmin-amanlıq və iqtisadi yüksəliş şəraitində qeyd olunur.

Martın 18-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Novruz bayramı münasibətilə bayram şənliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ailə üzvləri ilə birlikdə bayram şənliyində iştirak edib.

Milli geyimli qız Ali Məclisin Sədrinə Novruzun rəmzi olan səməni təqdim edib.

El ağsaqqalı Dədə Qorqud Novruzun gəlişi münasibətilə xeyir-dua verərək deyib: “Bu gün Oğuz yurduna Novruz gəlir. El tonqal başına yığışır, köhnə ildən arınaraq yeni ili qarşılayır. Ulu Novruz, qədəmlərin sayalı olsun! Ötən il böyük əməllərlə yadda qaldı. Düşərli olsun! Qədim Naxçıvanımız Əlincəqalasına qovuşdu. Gülüstan və Qarabağlar türbələrinə yeni nəfəs verildi. Yaşar olsun! Qorqud ata deyir ki, bütün bunların yaradanı var. Ömrü uzun olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaradanları, xalq da yaşadacaqdır!”.

Xalq qəhrəmanı Koroğlu təbriklərini çatdıraraq deyib ki, nə qədər ki, bu yurdun əyilməz, polad biləkli oğulları var, yağı düşmən Vətənimizə yaxın gələ bilməz! Babək isə xalqımızın qəhrəmanlıq tarixindən söz açıb: “Tarix boyu öz Vətənini, azadlığını özün qorumusan. Bu əziz gündə azadlığın uğrunda canlarından keçənləri bir daha yada salır, onların qəhrəmanlığı önündə baş əyirik. Ey Azərbaycanım! Sən öz əzminlə qəvi düşmənləri diz çökməyə məcbur etdin! Azadlığını qazandın! İndi biz onu göz bəbəyi kimi qorumalıyıq. Ey Naxçıvanım! Babək oğlun deyir ki, sənə bayramlar yaraşır. Həmişə olduğu kimi, bu Novruz günlərində də övladın Babək sənin ayıq-sayıq əsgərindir”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram tədbirində çıxış edərək deyib: Novruz bayramını əcdadlarımızdan bizə qalmış ən böyük milli dəyər kimi yüksək qiymətləndirən ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “Novruz bayramı... bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır”.

Ali Məclisin Sədri Novruz bayramı münasibəti ilə tədbir iştirakçılarını, Naxçıvan Muxtar Respublikasının bütün əhalisini, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən hərbi hissələrinin şəxsi heyətlərini təbrik edərək deyib: Həmişə olduğu kimi, bu il də muxtar respublikamızda Novruz bayramı əmin-amanlıq içində, firavanlıq şəraitində qeyd olunur. Ötən il muxtar respublikada sabitliyin daha da möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilmiş, ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə artaraq 2 milyard 500 milyon manatı ötmüşdür. Sosial-iqtisadi inkişaf sürətlənmiş, yeni emal və sənaye müəssisələri yaradılmışdır. Əldə olunan imkanlar hesabına infrastruktur obyektləri, məktəblər, idman və səhiyyə-sağlamlıq müəssisələri tikilərək istifadəyə verilmiş, sahibkarlıq inkişaf etdirilmişdir. 2016-cı ildə daha 49 yeni istehsal və xidmət sahəsi fəaliyyətə başlamış, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı artmışdır.

Qeyd olunub ki, indi sosial-iqtisadi inkişafın hüdudları daha da genişlənib. Quruculuq və abadlaşdırma tədbirləri təkcə şəhər və rayon mərkəzlərini deyil, kənd və qəsəbələri də əhatə edib. Bütövlükdə, kənd təsərrüfatı inkişaf etdirilib, ekoloji vəziyyətin qorunmasına, ətraf mühitin mühafizəsinə, yaşıllaşdırma və təbii ehtiyatlardan səmərəli istifadəyə diqqət artırılıb. Əhalinin mənzil şəraitinin və içməli su təminatının yaxşılaşdırılması ilə bağlı tədbirlər həmişə olduğu kimi, ötən il də diqqətdə saxlanıb, Naxçıvan şəhərinin ətraf kəndlərində, Şahbuz və Culfa şəhərlərində, eləcə də onlara bitişik ətraf kəndlərdə içməli su və kanalizasiya sistemləri istifadəyə verilib. Energetika, rabitə və nəqliyyat sahələri də davamlı inkişaf etdirilib, Naxçıvan Muxtar Respublikasının ərazisi sürətli internetlə təmin olunub, dördüncü nəsil mobil rabitə şəbəkəsi yaradılaraq fəaliyyətə başlayıb. Artan tələbata uyğun olaraq müasir yol-nəqliyyat sistemi qurulub, 62 kilometrlik yeni yollar salınıb, 5 yeni körpü və Naxçıvan Beynəlxalq Hava Limanının daha bir terminalı istifadəyə verilib.

Ali Məclisin Sədri deyib: Muxtar respublika iqtisadiyyatının əsas göstəricilərindən biri də xarici bazarlara rəqabətə davamlı məhsulların çıxarılmasıdır. Ötən il xarici ticarət dövriyyəsi artmış, əməliyyatların 90,5 faizi ixracın, 9,5 faizi isə idxalın payına düşmüşdür. Daxili bazarın xarici məhsullardan asılılığı artıq aradan qalxmışdır. Hər il olduğu kimi, ötən il də sosial inkişaf diqqətdə saxlanmış, 5080 şagird yerlik 14 məktəb, 4 həkim və 9 feldşer-mama məntəqəsi üçün binalar tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Təhsilə göstərilən qayğı öz bəhrəsini vermiş, qəbul imtahanlarında iştirak edən məzunlarımızdan 1737-si ali məktəblərin, 567-si isə orta ixtisas məktəblərinin tələbəsi olmuşdur. Ali məktəblərə qəbul olan 338 məzun 500-dən yuxarı bal toplamışdır. Tariximizin araşdırılmasına, milli-mənəvi dəyərlərimizə qayğı daha da artırılmış, ötən il “Naxçıvan tarixi” çoxcildliyinin nəşri başa çatdırılmış, xalqımızın əyilməzlik simvolu olan Əlincəqala və tarixi Gülüstan türbəsi bərpa edilmiş, Qarabağlar Türbə Kompleksində bərpa işlərinə başlanmışdır.

Qeyd olunub ki, ötən illərin ən mühüm nəticəsi ərzaq və enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bununla yanaşı informasiya və müdafiə təhlükəsizliyi sahələrində də tədbirlər görülüb, ordu hisslərinin müdafiə imkanları artırılıb. Bu gün qeyd etmək xoşdur ki, sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar məskunlaşmaya, əhali gəlirlərinin artmasına və demoqrafik vəziyyətə də öz təsirini göstərib, muxtar respublika əhalisinin sayı əvvəlki illə müqayisədə artaraq 450 min nəfərə çatıb. 2016-cı ildə də muxtar respublikanın sosial-iqtisadi inkişafına töhfəsini verənlərin əməyi yüksək qiymətləndirilib, 63 nəfər Azərbaycan Respublikasının müxtəlif orden, medal və fəxri adları ilə təltif edilib, 2 nəfərə ali hərbi rütbə verilib, 1 nəfər Azərbaycan Respublikası Prezidentinin fəxri diplomuna, 1 nəfər Prezident təqaüdünə, 9 nəfər Prezident mükafatına layiq görülüb. Həmçinin 12 nəfərə Naxçıvan Muxtar Respublikasının fəxri adları verilib, 1 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə”, 15 nəfər isə “Rəşadətli əməyə görə” nişanları ilə təltif olunub.

Ali Məclisin Sədri insan əməyi olmadan inkişafın mümkün olmadığını diqqətə çatdırıb, muxtar respublikanın inkişafına öz töhfəsini verənlərin hamısına təşəkkürünü bildirib.

“Bayramların firavanlıq və sabitlik şəraitində keçirilməsi insanlarda böyük fərəh hissi doğurur. Əldə etdiyimiz uğurların, sabitlik və əmin-amanlığın bir səbəbi var: o da davam və inkişaf etdirilən Heydər Əliyev yolu, insanlarımızın bu yola sədaqətidir”, - deyən Ali Məclisin Sədri bir daha bayram münasibəti ilə təbriklərini çatdırıb, çıxışını ölkə Prezidenti İlham Əliyevin 2017-ci il yanvarın 11-də muxtar respublikaya səfəri zamanı dediyi fikirlərlə tamamlayıb: “Son illər ərzində Naxçıvan böyük inkişaf yolu keçmişdir. Naxçıvan şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi, infrastruktur layihələrinin icrası, bütün şəhər və kəndlərin abadlaşması prosesi onu göstərir ki, respublika möhkəm ayaqda dayanır. Bu gün Naxçıvan Muxtar Respublikasının çiçəklənmə dövrüdür. Bütün istiqamətlər üzrə işlər uğurla gedir və gözəl nəticələr var”.

Sonra Ali Məclisin Sədri bayram tonqalını yandırıb.

Naxçıvan Musiqi Kollecinin “Naxçıvanqala” ritm qrupu maraqlı kompozisiya təqdim edib.

Novruzun dövlət səviyyəsində qeyd olunması, bayramın milli varlığımızın rəmzinə çevrilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında Novruz bayramı xüsusi yer tutur. Bu gün Novruz bayramının ölkəmizdə əmin-amanlıq, sabitlik və inkişaf şəraitində qeyd olunması da Ümummilli Liderimizin siyasi xəttinə sədaqətin bəhrəsidir. Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin Gənc Heydərçiləri Ulu Öndərə və vətənə həsr olunmuş şeirləri bədii qiraət ediblər.

Novruz bayramında səslənən xalq mahnıları, onların ifa olunduğu qədim musiqi alətlərimiz xalqımızın zəngin mədəni inkişaf yolu keçdiyini göstərir. Tarixi min illərə söykənən musiqi alətlərimizdə - tütək, tulum, zurna və balabanda təqdim olunan milli musiqi nümunələri bayram tədbirində xoş əhval yaradıb.

Şifahi xalq yaradıcılığının ən kamil nümunələrindən biri də aşıq sənətidir. Dədə Qorqud dastanından süzülüb cilalanan və zəngin ənənəyə malik olan aşıq sənəti özündə xalqımızın milli musiqisini, söz sənətimizin incəliklərini yaşadır. Aşıq havaları Azərbaycan xalqının bədii təfəkkürünün parlaq ifadəsidir. Naxçıvanda tarixən mövcud olmuş aşıq sənəti bu gün də yaşadılır, gənc nəslə öyrədilir, təbliğ edilir. Tədbirdə Naxçıvan Aşıqlar Birliyinin üzvləri tərəfindən ifa olunan “Qəhrəmani” aşıq havası alqışlarla qarşılanıb.

Yallılar xalqımızın etnoqrafik xüsusiyyətlərini özündə cəmləşdirir. Milli geyimlərimizi və bənzərsiz xalq musiqisini yaşadan yallılar bu gün də qorunur, gənc nəsillərə öyrədilir. Naxçıvan Musiqi Kollecinin rəqs ansamblının təqdim etdiyi “El yallısı” birlik və bərabərliyimizin ifadəsinə çevrilib.

Baharın gəlişini təmtəraqla bayram edən əcdadlarımız Novruzla bağlı zəngin folklor nümunələri yaradıblar. Hazırda bu folklor nümunələri gənc nəslə öyrədilərək yaşadılır. Təhsil ocaqlarında təşkil olunan dərnəklərdə xalq yaradıcılığına xüsusi diqqət yetirilir. Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında göstərilən “Bayram axşamı, axır çərşənbə” kompozisiyası alqışlarla qarşılanıb.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs ansamblının çıxışları, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblının və Naxçıvan Musiqi Kollecinin Sazçalanlar ansamblının ifaları xoş ovqat yaradıb, Naxçıvan Dövlət Kukla Teatrı “Niyyət açarı” tamaşasını təqdim edib.

Naxçıvan Dövlət Universitetinin yerli və xarici tələbələri “Tello” yallısını təqdim ediblər. Ali Məclisin Sədri tələbələrin bayramını təbrik edib, onlarla şəkil çəkdirib.

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı milli dəyərlərimizin əbədiyaşarlıq rəmzidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına uyğun olaraq hər il Naxçıvanda Novruz bayramında xalq yaradıcılığı günlərinin keçirilməsi də bu mənada mühüm əhəmiyyət daşıyır. Çünki əcdadlarımız bu torpaqda zəngin mədəniyyət, adət-ənənələr və dəyərlər sistemi formalaşdırıb. 5 min il bundan əvvəl Naxçıvanqalada ilkin şəhər mədəniyyətinin yaranması, xalq sənətkarlığının müxtəlif sahələrinin inkişaf etməsi bunun bariz nümunəsidir. Vaxtilə el sənətkarlarının yaratdıqları əşyalar, məişət avadanlıqları bu gün həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevrilib. Naxçıvanda bu ənənə indi də yaşadılır. Tədbirdə oyma, dulusçuluq, papaqçılıq, xalçaçılıq, misgərlik kimi xalq sənətkarlığı nümunələri də nümayiş olunub.

Naxçıvan Musiqi Kollecinin yeni yaradılan “Bahar” qızlar ansamblı “Naxçıvanda bir quyu var” xalq mahnısını, Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının üzvləri isə milli rəqslərimizdən ibarət kompozisiya təqdim ediblər.

Ali Məclisin Sədri uşaqlarla şəkil çəkdirib.

Milli musiqi sənətimizin əsasını təşkil edən muğamlarımız dünyada tanıdılır, təbliğ olunur. Bu gün Naxçıvan Musiqi Kollecində, uşaq-musiqi məktəblərində muğamlarımız gənc nəslə öyrədilir, istedadlı muğam ifaçıları üzə çıxarılır, el şənliklərində muğam ifalarına və xalq mahnılarına geniş yer verilir. Tədbirdə muğam qrupları çıxış edib, milli musiqi alətlərində xalq mahnılarımız səslənib.

Bayram şənliyində ictimai-iaşə xidməti də göstərilib, yerli müəssisələrin istehsal etdikləri məhsulların satışı təşkil edilib, muxtar respublikada hazırlanan müxtəlif növ milli yeməklər, bayram şirniyyatları, şərbət və içkilər tədbir iştirakçılarına təklif olunub.

Ali Məclisin Sədri ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanıb.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də Novruz bayramı münasibətilə şənliklər keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır