İQTİSADİYYAT
SOCAR-ın ümumi aktivləri 53 milyard manatı keçib
Bakı, 12 avqust, Nihad Budaqov, AZƏRTAC
SOCAR-ın ümumi aktivləri 53 milyard manatı ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. SOCAR-ın ümumi aktivləri 2016-cı il dekabrın 31-nə 53 milyard 7 milyon manat olub. Bunun 20 milyard 555 milyon manatını cari aktivlər, 32 milyard 452 milyon manatını isə uzunmüddətli aktivlər təşkil edib.
Ötən ilin sonuna şirkətin cəmi kapitalı 17 milyard 704 milyon manat təşkil edib. Bunun 16 milyard 447 milyon manatı qrupun səhmdarlarına aid olan kapital, 1 milyard 257 milyon manatı isə qeyri-nəzarət payları olub.
Qeyd edək ki, 2015-ci ilin sonuna SOCAR ümumi aktivləri 39 milyard 954 milyon manat təşkil etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]