İDMAN
Useyn Bolt zədələnərək son yarışını başa çatdıra bilməyib
Bakı, 13 avqust, AZƏRTAC
İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatının doqquzuncu günündə kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı oynanılıb.
AZƏRTAC xəbər verir ki, Useyn Bolt, Omar Mcleod, Julian Forte və Yohan Blakın təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib. Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib.
Budəfəki dünya çempionatında 100 metr məsafəyə qaçışda bürünc medal qazanan Bolt fəal idman həyatı ilə kədərli şəkildə vidalaşıb.
Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]